Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3140/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 14 iyul 2023-cü il tarixli MAS-6022 saylı “daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 aprel 2024-cü il tarixə 908,73 manat gecikdirilmiş əsas, 702,73 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 146,52 manat dəbbə pulu olmaqla, cəmi 1757,98 manat borcun və ödənilmiş 100,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, lizinq obyekti olan avtomobil 21 may 2024-cü il tarixdə şirkətə geri qaytarılmış və «X13» MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2513,21 maddi zərər dəydiyi müəyyən olunmuşdur. Lizinq obyekti mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarıldığı üçün iddia tələbini həmin hissədə azaldırlar. Bununla belə, lizinq obyekti cavabdehin sahiblik və istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh, X14 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 874,40 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlardan göründüyü kimi, avtomobilin şirkətə qaytarıldığı tarixə gecikdirilmiş məbləğin, ödənilmiş cərimələrin və avtomobilə dəymiş zərərin də tələb olunması zərurəti yaranmışdır. Odur ki, cavabdehdən 14 iyul 2023-cü il tarixli MAS-6022 saylı “daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 may 2024-cü il tarixə 1144,97 manat gecikdirilmiş əsas, 852,82 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 792,16 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2513,21 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 874,40 manat, ümumilikdə 6177,56 manat borcun və ödənilmiş 100,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 14 iyul 2023-cü il tarixli MAS-6022 saylı “daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X8”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 43 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 403,01 manat, ümumilikdə isə 19229 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19229 manatın 14400 manatı əsas məbləğ təşkil etmişdir. 26 oktyabr 2023-cü il tarixdə X6, X7 və İddiaçı MMC arasında MAS-6022 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 14 iyul 2023-cü il tarixli “daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 04 noyabr 2023-cü il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-6022 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 14 iyul 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. X8 üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-6022 saylı “daxili Lizinq” müqaviləsinə əsasən 16 aprel 2024-cü il tarixə ümumilikdə 1757,98 manat gecikmə borcu yaranmışdır. X8 və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, avtomobili iddiaçıya qaytarmağa razıdır, o şərtlə ki, iddiaçı onun pulunu qaytarsın. Ona verilmiş “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə işləmək çox çətindir. İddiaçıya avtomobili qaytarmaq istədiyini bildirdikdə avtomobilin dəyərinin 1/3 hissəsini verəcəklərini bildirmişlər. Avtoqəza nəticəsində avtomobilin ön hissəsi zədələnmişdir, avtomobil kasko sığorta olunmuşdur, sığorta şirkətindən ona bildirilmişdir ki, dəymiş zərərin məbləği 800 manatdan az olarsa, xərci avtomobili idarə edən şəxs ödəməli, 800 manatdan çox olduğu təqdirdə isə sığorta şirkətinin özü qarşılamalıdır. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, o, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 14 iyul 2023-cü il tarixli, MAS-6022 nömrəli X6 və İddiaçı arasında bağlanmış “Daxili Lizinq” müqaviləsindən və hesabdan çıxarışdan görünür ki, X2 ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801604 ban, ağ rəngli avtomobil 14400 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 19 faiz hesablanmaqla 43 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 403,01 manat, ümumilikdə isə 19229 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, imza edənlər İddiaçı MMCnin direktoru X5, X6 İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İddiaçı MMC, X6 və X7 arasında bağlanmış 26 oktyabr 2023-cü il tarixli, MAS-6022 nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış 14 iyul 2023-cü il tarixli, MAS-6022 nömrəli X8 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X9”ə ötürür, “X9” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, imza edənlər X6 və X7, X3 istifadəsinə verilmiş saz vəziyyətdə olan İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İddiaçı MMC, X7 və Cavabdeh arasında bağlanmış 04 noyabr 2023-cü il tarixli, MAS-6022 nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış 14 iyul 2023-cü il tarixli, MAS-6022 nömrəli X8 və “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X9”ə - Cavabdeh ötürür, “X9” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, imza edənlər X7 və Cavabdeh, X4 istifadəsinə verilmiş saz vəziyyətdə olan İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar və Cavabdeh sözügedən avtomobili saz vəziyyətdə təhvil almışdır. İş materiallarına əlavə edilmiş, 13 mart 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 iyul 2023-cü il tarixli, MAS-6022 nömrəli X8nin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “Khazar LX” minik markalı, ağ rəngli, 2021-ci il buraxılışlı, NVABA1HHFMF801604 ban **-PY-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 10 iyun 2024-cü il tarixli, 1394 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 14 iyul 2023-cü il tarixli, MAS-6022 nömrəli X8 üzrə 21 may 2024-cü il tarixə 1144,97 manat gecikdirilmiş əsas borcu, 852,82 manat gecikdirilmiş mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış 792,16 manat dəbbə pulu olmaqla, cəmi 2789,95 manat borcu vardır. İş materiallarına əlavə edilmiş, elektron portaldan alınmış çıxarışlardan görünür ki, lizinq müqaviləsinin qüvvədə olduğu zaman, sözügedən avtomobillə cavabdeh tərəfindən törədilmiş inzibati xətalarla bağlı EQ 18911201 saylı protokola görə 76 manat, EQ 18911186 saylı protokola görə 15.20 manat, İXP ******* saylı porotokola görə 160 manat, EQ 18746313 saylı protokola görə 15.20 manat, İXP ******* saylı protokola görə 80 manat, EQ 18613534 saylı protokola görə 32 manat, EQ 18611109 saylı protokola görə 16 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 18431408 saylı protokola görə 32 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 18098390 saylı protokola görə 16 manat, EQ 18911193 saylı protokola görə 304 manat, ümumilikdə 874,40 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan müəyyən edilir ki, törədilmiş inzibati xəta ilə əlaqədar “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə “Siqnal” 15 saylı mühafizə olunan duracağa yerləşdirilmiş, xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsi sahibinə (iddiaçıya) təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş, nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi zədələnmişdir. İş materiallarına əlavə edilmiş, Sumqayıt Şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 23:30-da Sumqayıt şəhəri, N.Nərimanov rayonu, 20 yanvar küçəsinin kəsişməsində “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər (ümumi xidmət haqqı və ehtiyat hissələrinin ümumi dəyəri) 2513,21 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödənişləri özündə əks etdirən hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 403 manat məbləğində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Məcəllənin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşdə olan xx.xx.2023-cü il tarixli MAS-6022 saylı X8nin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə görə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə versə də, cavabdeh lizinq obyektindən istifadə üçün müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış lizinq müqaviləsi üzrə borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edərsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərinin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, lizinq alan X8 üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 792,16 manat məbləğində dəbbə pulu hesablamışdır. Məhkəmə 792,16 manat dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 100 (bir yüz) manat müəyyən edilməsinin daha məqsədə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi inzibati xəta haqqında protokollara görə ödənilmiş 874,40 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi hissəsində əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, sözügedən avtomobillə inzibati xəta törədilməsi ilə əlaqədar cavabdeh barəsində ayrı-ayrılıqda tətbiq edilmiş cərimələrə görə ümumilikdə 874,40 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli MAS-6022 saylı X8nin 5.2-ci bəndinə görə bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektində istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Bundan başqa, Mülki Məcəllənin 748-2.1-ci maddəsinin tələbinə görə lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi şərtlənən köhnə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İş materiallarından müəyyən edilir ki, lizinq alan Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi zədələnmişdir və onun ehtiyat hissələrinin dəyişdirilməsinə və təmirinə ümumilikdə 2513,21 manat xərc çəkilmişdir. Məhkəmə hesab edir ki, lizinq obyekti olan «Khazar LX» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətində olduğuna və həmin avtomobilə lizinq götürən Cavabdeh tərəfindən 2513,21 manat məbləğində maddi zərər vurulduğuna görə vurulmuş maddi zərərin əvəzi qismində 2513,21 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb İddiaçı MMC-yə verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının cavabdehin istifadəsinə verilmiş lizinq obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün qanunla nəzərdə tutulmuş altı aylıq kəsici müddətin başlanğıc anı iddiaçının lizinq obyektini geri aldığı andan, yəni xx.xx.2024-cü ildə təhvil aldığı andan başlamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli MAS-6022 saylı X8 və xx.xx.2023-cü il tarixli MAS-6022 saylı öhdəliklərin ötürülməsi müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə Cavabdeh İddiaçı MMC-nin xeyrinə sözügedən müqavilələr üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1144,97 manat, gecikdirilmiş mükafat qismində 852,82 manat, dəbbə pulu qismində 100 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 874,40 manat və lizinq obyektinə vurulmuş zərərin əvəzi qismində 2513,21 manat olmaqla, cəmi 5485,40 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçıya qeyd edilən məbləğdə ziyan vurduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəmənin əvvəlki iclasında iştirak etsə də məhkəməyə iddia tələbini təkzib edəcək, borcun, vurulan ziyanın düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzində 74,85 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli MAS-6022 saylı X8 və xx.xx.2023-cü il tarixli MAS- 6022 saylı öhdəliklərin ötürülməsi müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1144,97 manat, gecikdirilmiş mükafat qismində 852,82 manat, dəbbə pulu qismində 100 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 874,40 manat və lizinq obyektinə vurulmuş zərərin əvəzi qismində 2513,21 manat olmaqla, cəmi 5485,40 (beş min dörd yüz səksən beş manat qırx qəpik) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74,85 (yetmiş dörd manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutulub İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3140/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3140/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver