Məhkəmə qərarları › İş №e-2(125)-3166/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3166/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3166/2022 30.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı 06 aprel 2021-ci il tarixli, 22446528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 694 manat, cərimə qismində 69 manat, 16 may 2021-ci il tarixli, 23074745 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 779 manat, cərimə qismində 77 manat, 09 iyun 2021-ci il tarixli, 23128558 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 886 manat, cərimə qismində 88 manat, cəmi 2.593 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat 93 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 noyabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 06 aprel 2021-ci il tarixli, 22446528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 694 manat, cərimə qismində 69 manat, 16 may 2021-ci il tarixli, 23074745 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 779 manat, cərimə qismində 77 manat, 09 iyun 2021-ci il tarixli, 23128558 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 886 manat, cərimə qismində 88 manat, cəmi 2.593 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 24 noyabr 2022-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 06 aprel 2021-ci il tarixli, 22446528 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 143 manat ödəniş etmək, digər məbləği isə 12 ay əzində hissə-hissə ödəmək şərtilə İMEİ kodu **********45069 olan «Samsung Galaxy A72» markalı mobil telefonu, Yeni qızıl zəmanəti (rəqəmsal) 2 il xidmətini və telefon quraşdırma xidmətini 1.379 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 06 aprel 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli, 23074745 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 159 manat ödəniş etmək, digər məbləği isə 12 ay əzində hissə-hissə ödəmək şərtilə «Apple Watch 6» markalı elektron saatı 1.495 manat 80 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 16 may 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 09 iyun 2021-ci il tarixli, 23128558 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 171 manat 50 qəpik ödəniş etmək, digər məbləği isə 12 ay əzində hissə-hissə ödəmək şərtilə « Apple Watch 6» markalı elektron saatı 1.501 manat 10 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 09 iyun 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hal-hazırda iddiaçıya olan borcu 06 aprel 2021-ci il tarixli, 22446528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 694 manat, cərimə qismində 69 manat, 16 may 2021-ci il tarixli, 23074745 nömrəli müqavilə üzrə 779 manat, cərimə qismində 77 manat, 09 iyun 2021-ci il tarixli, 23128558 nömrəli müqavilə üzrə 886 manat, cərimə qismində 88 manat, cəmi 2.593 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 06 aprel 2021-ci il tarixli, 22446528 nömrəli müqavilə üzrə 69 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər, 16 may 2021-ci il tarixli, 23074745 nömrəli müqavilə üzrə 77 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər, 09 iyun 2021-ci il tarixli, 23128558 nömrəli müqavilə üzrə 88 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 06 aprel 2021-ci il tarixli, 22446528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 694 manat, cərimə qismində 20 manat, 16 may 2021-ci il tarixli, 23074745 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 779 manat, cərimə qismində 20 manat, 09 iyun 2021-ci il tarixli, 23128558 nömrəli müqavilə üzrə 886 manat, cərimə qismində 20 manat, cəmi 2.419 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 45 manat 93 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 06 aprel 2021-ci il tarixli, 22446528 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 694 (altı yüz doxsan dörd) manat, cərimə qismində 20 (iyirmi) manat, 16 may 2021-ci il tarixli, 23074745 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 779 (yeddi yüz yetmiş doqquz) manat, cərimə qismində 20 (iyirmi) manat, 09 iyun 2021-ci il tarixli, 23128558 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 886 (səkkiz yüz səksən altı) manat, cərimə qismində 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat 93 (doxsan üç) qəpik, cəmi 2.464 (iki min dörd yüz altmış dörd) manat 93 (doxsan üç) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasina apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar