Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3196/2025 28.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2024-cü il tarixli AZL-2875 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 yanvar 2025-ci il tarixə ödənilməmiş 424.35 manat gecikdirilmiş əsas, 504.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 421.84 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Malibu” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3202.20 manat, ümumilikdə 4553.16 manat borcun və ödənilmiş 65.54 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 may 2024-cü il tarixli AZL-2875 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Malibu” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.“Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 982.17 manat, ümumilikdə isə 65131 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 65131 manatın 45720 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Malibu” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 yanvar 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3202.20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-2875 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 yanvar 2025-ci il tarixə ümumilikdə 1350.96 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki işin materiallarında olan, iddiaçı Lizinq şirkəti ilə Cavabdeh arasında bağlanmış 20 may 2024-cü il tarixli AZL-2875 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Malibu” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.“Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 982.17 manat, ümumilikdə isə 65131 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli təhvil təslim aktından görünür ki, “Chevrolet Malibu” markalı, qara rəngli, Ban nömrəsi LSGZG53L9PS013886 olan minik avtomobilini Cavabdeh təhvil almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli AZL-2875 saylı Lizinq müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri xx.xx.2024-cü il tarixdən başlayaraq 60 ay müddətində hər ay 982.17 manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC-nin servisi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktından görübür ki, “Chevrolet Malibu” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təhvil alınmışdır. İş materiallarında olan 77YS318 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən surətindən görünür ki, “Chevrolet Malibu” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı, LSGZG53L9PS013886 ban nömrəli, qara rəngli avtomobil mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına qeydə alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə lizinq alanın Daxili lizinq müqaviləsi üzrə 424,35 manat əsas, 504,77 manat hesablanmış faiz borcu, 421,84 manat dəbbə pulu olmaqla, cəmi 1350,96 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında "xxxx" MMC ilə Cavabdeh arasında 20 may 2024-cü il tarixli AZL-2875 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Chevrolet Malibu” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 982.17 manat, ümumilikdə isə 65131 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan, “Chevrolet Malibu” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 yanvar 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3202.20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-2875 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 yanvar 2025-ci il tarixə, 424.35 manat gecikdirilmiş əsas, 504.77 manat gecikdirilmiş mükafat borcu yaranmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd etməyi vacib hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik lizinq müqaviləsindən yarandığı üçün həmin münasibətlərə lizinq müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1.-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi Cavabdeh Lizinq müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı şirkət öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Bundan başqa, Cavabdeh Lizinq obyektinə 3202.20 manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin puzulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddia Cavabdeh AZL-2875 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 yanvar 2025-ci il tarixə olan 424.35 manat gecikdirilmiş əsas, 504.77 manat gecikdirilmiş mükafat borcu və həmçinin lizinq obyekti olan “Chevrolet Malibu” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3202.20 manat məbləğində pul tələbi hissədə əsaslı sayılmalı və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 421,84 manat dəbbə pulu hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 yanvar 2025-ci il tarixə olan 424.35 manat gecikdirilmiş əsas borca görə hesablanmış 421,84 manat dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğ kimi qiymətləndirilməli, azaldılmalı və 424.35 manat gecikdirilmiş əsas borcun 10 faizi qədər, yəni 42,43 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün "xxxx" MMC tərəfindən 65,54 manat dövlət rüsumu ödənilmişdir. İddia haqlı sayıldığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,54 manat məbləğində pul Cavabdeh alınıb, iddiaçı "xxxx" MMC-yə verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 220-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 may 2024-cü il tarixli AZL-2875 saylı Lizinq müqaviləsi üzrə 424,35 manat əsas borc, 504,77 manat hesablanmış faiz borcu, 42,43 manat dəbbə pulu və lizinq obyekti olan avtomaşına dəymiş zərərin əvəzi kimi 3202.20 manat məbləğində pul olmaqla, cəmi 4173,75 (dörd min bir yüz yetmiş üç) manat 75 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,54 (altmış beş) manat 54 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. İddia dəbbə pulu tələbinin qalan hissəsində əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3196/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3196/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver