Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-326/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 8858 manat məbləğin tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya hüququ əsasında 8858 manat məbləğin tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 2102” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobil Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 385-ci km-də hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmış, nəticədə, “X10” markalı ** AC *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuş və mikroavtobusda olan sərnişin X9, sərnişin X11, sərnişin X5, sərnişin X2 müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Şəmkir rayon Məhkəməsi tərəfindən çıxarılmış hökmə əsasən “Vaz 2102” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “X10” markalı ** AC *** dövlət nömrə nişanlı avtomobilə 5210 (beş min iki yüz on) manat maddi zərər dəymiş, mikroavtobusda olan sərnişin X3 müalicə xərci 750 azn, sərnişin X4 müalicə xərci 750 (yeddi yüz əlli) azn, sərnişin X1 müalicə xərci 750 (yeddi yüz əlli) azn, sərnişin Piriyeva Xalidə qızının sağlamlığına müalicə xərci 1500 (min beş yüz) azn olaraq müəyyən edilən xəsarət yetirmişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və xx.xx.2022-ci il tarixli, İAS220189, İAS220190, İAS220191, İAS220192, xx.xx.2022-ci il tarixli, İAS220122 saylı Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən cəmi 8750 (səkkiz min yeddi yüz əlli) manat manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı “Vaz 2102” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Odur ki, iddiaçı məhkəmədən Cavabdeh 8750 (səkkiz min yeddi yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 108 (yüz səkkiz) manat dövlət rüsumu, ümumilikdə 8858 (səkkiz min səkkiz yüz əlli səkkiz) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, heç bir məbləğ ödənişi ilə bağlı müraciət etməmiş, sığorta şirkəti özü ödəniş etmişdir. Ona görə də hazırkı iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın ona münasibətdə təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA 416641 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, Vaz 2102 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobil X12 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X17 mülkiyyətində olan Vaz 2102 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü ilə qədər Cavabdeh etibar etmişdir. İşdə olan 30 avqust 2021-ci il tarixdə arayışdan görünür ki, 27 avqust 2021-ci il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən 385-ci km-də sürücü Cavabdeh idarə etdiyi VAZ 2102 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobillə X6 idarə etdiyi Mercedes Benz markalı, 05AC288 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşmuş, nəticədə hər iki avtomobilin sürücüsü və mikroavtobusda olan sərnişinlər xəsarət almışlar. İşdə olan xx.xx.2020-ci il tarixli, PME********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta Şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən görünür ki, X7 məxsus olan Vaz 2102 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-cı ildən xx.xx.2021-ci ilədək sığortalanmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, Mercedes Benz markalı, 05AC288 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 5210 manat təşkil edir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1AS220122 saylı sığorta aktından görünür ki, “Mercedes Benz” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi 5000 manat təşkil edir və həmin məbləğ xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Ağstafa Avtonəqliyyat ASC-nin AZ431BAZ******************** saylı hesabına ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, İAS220189, İAS220190, İAS220191, İAS220192 saylı sığorta ödənişi aktlarına əsasən xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, X3 müalicə xərci 750 manat, X4 müalicə xərci 750 manat, X1 müalicə xərci 750 manat, Piriyeva Xalidə qızının sağlamlığına müalicə xərci 1500 manat zərərçəkmişlərin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə avtomobili idarə etmək hüququ (etibarnamə) olmadan idarə etdiyi X7 məxsus olan Vaz 2102 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Ağstafa Avtonəqliyyat ASC-yə məxsus olan Mercedes Benz markalı, 05AC288 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı "xxxx" ASC tərəfindən Mercedes Benz markalı, 05AC288 dövlət qeydiyyat nişanlı avtomobilin Ağstafa Avtonəqliyyat ASC-nin AZ431BAZ******************** saylı hesabına 5000 manat sığorta ödənişi edilmiş, eyni zamanda X3 müalicə xərci 750 manat, X4 müalicə xərci 750 manat, X1 müalicə xərci 750 manat, Piriyeva Xalidə qızının sağlamlığına müalicə xərci 1500 manat zərərçəkmişlərin hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh zərərin ödənilmiş əvəzi miqdarında 8750 manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbəlrinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə təsbit edilmiş bilavasitəlik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh zərərin ödənilmiş əvəzi miqdarında 8750 (səkkiz min yeddi yüz əlli) manat pul və 108 (yüz səkkiz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-326/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-326/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver