Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3261/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 11 fevral 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 601 manat 90 qəpik, cərimə qismində 90 manat 20 qəpik, 18 aprel 2022-ci il tarixli, 11076097 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 508 manat 90 qəpik, cərimə qismində 76 manat 30 qəpik, 18 aprel 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 26 manat 90 qəpik, cərimə qismində 4 manat, cəmi 1.308 manat 20 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 08 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 mart 2023-cü il tarixdə «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 11 fevral 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 601 manat 90 qəpik, cərimə qismində 90 manat 20 qəpik, 18 aprel 2022-ci il tarixli, 11076097 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 508 manat 90 qəpik, cərimə qismində 76 manat 30 qəpik, 18 aprel 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 26 manat 90 qəpik, cərimə qismində 4 manat, cəmi 1.308 manat 20 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 08 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 03 aprel 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair 11 fevral 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 15 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung A325» markalı mobil telefonu, «Hi-Fi Wireless» markalı aksessuarı, «X2 2 Lite» markalı elektron saatı, «X1 A32» markalı aksessuarı 934 manat 96 qəpik məbləğinə «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşyalar 11 fevral 2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan əşyanın alqı-satqısına dair 18 aprel 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «Nokia 105 SS Black» markalı mobil telefonu 54 manat 99 qəpik məbləğinə «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 18 aprel 2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan əşyanın alqı-satqısına dair 18 aprel 2022-ci il tarixli, 11076097 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung A235 Black» markalı mobil telefonu, «DVR Dash Cam» markalı aksessuarı 679 manat 98 qəpik məbləğinə «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşyalar 18 aprel 2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 18 aprel 2022-ci il tarixli, 11076097 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 508 manat 90 qəpik və cərimə qismində 76 manat 30 qəpik təşkil edir. İşdə olan 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 18 aprel 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 26 manat 90 qəpik və cərimə qismində 4 manat təşkil edir. İşdə olan 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 11 fevral 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 601 manat 90 qəpik və cərimə qismində 90 manat 20 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 18 aprel 2022-ci il tarixli, 11076097 nömrəli müqavilə üzrə 76 manat 30 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər, 11 fevral 2022-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 90 manat 20 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinə üç müqavilə üzrə əsas borcun əvəzi qismində 633 manat 08 qəpik 80 qəpik borcunun yarandığı təsdiq olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 11 fevral 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 601 manat 90 qəpik və cərimə qismində 10 manat, 18 aprel 2022-ci il tarixli, 11076097 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 508 manat 90 qəpik və cərimə qismində 10 manat, 18 aprel 2022ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 26 manat 90 qəpik və cərimə qismində 4 manat, cəmi 1.161 manat 70 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 08 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 11 fevral 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 601 (altı yüz bir) manat 90 (doxsan) qəpik, cərimə qismində 10 (on) manat, 18 aprel 2022-ci il tarixli, 11076097 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 508 (beş yüz səkkiz) manat 90 (doxsan) qəpik, cərimə qismində 10 (on) manat, 18 aprel 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 26 (iyirmi altı) manat 90 (doxsan) qəpik, cərimə qismində 4 (dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 08 (səkkiz) qəpik, cəmi 1.194 (bir min yüz doxsan dörd) manat 78 (yetmiş səkkiz) məbləğində pul vəsaiti tutulsun. «İrşad-Electronics» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3261/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3261/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver