Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3267/2025 05.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, GNK6397826 nömrəli və xx.xx.2024-cü il tarixli, GNK6397827 nömrəli borc müqaviləsinə (müqavilələrinə) əsasən 2328 (iki min üç yüz iyirmi səkkiz) manat əsas borc, 44 (qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2372 (iki min üç yüz yetmiş iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMCdən xx.xx.2024-cü il tarixli, GNK6397826 nömrəli və xx.xx.2024-cü il tarixli, GNK6397827 nömrəli borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 2445 (iki min dörd yüz qırx beş) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2328 (iki min üç yüz iyirmi səkkiz) manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 2328 (iki min üç yüz iyirmi səkkiz) manat əsas borc, 44 (qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2372 (iki min üç yüz yetmiş iki) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNK6397827 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCdən hissə-hissə ödəniş şərti ilə 1240 (bir min iki yüz qırx) AZN məbləğində məişət avadanlığı əldə etmiş və onun 16 (on altı) AZN ilkin ödəmiş və qalan 1224 (bir min iki yüz iyirmi dörd) AZN məbləği 24 ay müddətinə aylıq 51 (əlli bir) AZN olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. Qeyd: borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNK6397826 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCdən hissə-hissə ödəniş şərti ilə 1205 (bir min iki yüz beş) AZN məbləğində məişət avadanlığı əldə etmiş və onun 101 (bir yüz bir) AZN ilkin ödəmiş və qalan 1104 (bir min bir yüz dörd) AZN məbləği 12 ay müddətinə aylıq 92 (doxsan iki) AZN olmaqla İddiaçı MMCyə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. Qeyd: borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli, GNK6397826 nömrəli müqavilə üzrə 1104 AZN, xx.xx.2024-cü il tarixli, GNK6397827 nömrəli müqavilə üzrə isə 1224 AZN olmaqla, cəmi 2328 AZN borcu vardır. 24 aprel 2025-ci il tarixli pretenziya məktubunda İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 2328 AZN məbləğində borcu olduğu, tələb olunan pul məbləği ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı və məhkəmə xərclərinində Cavabdeh tutulacağı bildirilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNK6397826 nömrəli və xx.xx.2024-cü il tarixli, GNK6397827 nömrəli nisyə alqı-satqı müqavilələrinə əsasən Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə ümumilikdə hər iki müqavilə üzrə 2328 (iki min üç yüz iyirmi səkkiz) AZN məbləğində məişət avadanlığı əldə etmiş, xx.xx.2024-cü il tarixli, GNK6397827 nömrəli müqavilə üzrə 16 (on altı) AZN ilkin ödəmiş və qalan 1224 (bir min iki yüz iyirmi dörd) AZN məbləği 24 ay müddətinə aylıq 51 (əlli bir) AZN və xx.xx.2024-cü il tarixli, GNK6397826 nömrəli müqavilə üzrə 101 (bir yüz bir) AZN ilkin ödəmiş və qalıq qalan 1104 (bir min bir yüz dörd) AZN məbləği 12 ay müddətinə aylıq 92 (doxsan iki) AZN olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun hər iki müqavilə üzrə İddiaçı MMC-yə 2328 manat əsas borcu qalmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, GNK6397826 nömrəli və xx.xx.2024-cü il tarixli, GNK6397827 nömrəli nisyə alqı-satqı müqavilələrinə əsasən 2328 (iki min üç yüz iyirmi səkkiz) manat tutularaq, İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GNK6397826 nömrəli və xx.xx.2024-cü il tarixli, GNK6397827 nömrəli müqavilələrə əsasən 2328 (iki min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat olmaqla, ümumilikdə 2372 (iki min üç yüz yetmiş iki) manat pul tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-3267/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3267/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver