Məhkəmə qərarları › İş №e-2(125)-3324/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3324/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3324/2024 25.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 936 manat 60 qəpik, cərimə qismində 280 manat 90 qəpik, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 646 manat 90 qəpik, cərimə qismində 194 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.108 manat 90 qəpik, cərimə qismində 332 manat 60 qəpik, cəmi 3.499 manat 90 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 manat 99 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «King Song» markalı skuteri və «Remax» markalı xarici akkumlyatoru 1.125 manat 68 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 936 manat 60 qəpik və cərimə qismində 2.809 manat təşkil edir. İş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2023-cüil tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 30 manat ödəməklə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Gorenje» markalı paltaryuyanı 729 manat 99 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 646 manat 90 qəpik və cərimə qismində 1.940 manat təşkil edir. İş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Aux» markalı kondisoneri və TV boxu 1.174 manat 98 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 1.108 manat 90 qəpik və cərimə qismində 3.326 manat təşkil edir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə xx.xx.2023-cü il tarixli, ********* nömrəli, xx.xx.2023-cü il tarixli, ********* nömrəli və xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə əsas borcun əvəzi qismində 2.692 manat 40 qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 280 manat 90 qəpik təşkil edən cərimə məbləğinin 5 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 194 manat təşkil edən cərimə məbləğinin 5 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 332 manat 60 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 936 manat 60 qəpik və cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 646 manat 90 qəpik , cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.108 manat 90 qəpik, cərimə qismində 5 manat cəmi 2.707 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 47 manat 07 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 19 iyun 2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 936 (doqquz yüz otuz altı) manat 60 (altmış) qəpik, cərimə qismində 5 (beş) manat, 24 iyul 2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 646 (altı yüz qırx altı) manat 90 (doxsan) qəpik, cərimə qismində 5 (beş) manat, 17 avqust 2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.108 (bir min bir yüz səksən) manat 90 (doxsan) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 47 (qırx yeddi) manat 07 (yeddi) qəpik, cəmi 2.754 (iki min yeddi yüz əlli dörd) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar