Məhkəmə qərarları › İş №e-2(125)-3357/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3357/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3357/2025 05.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********69456 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, HD GLASS, AKAMİ JAM CASE, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün, 62.04 (altmış iki manat, 04 qəpik) manat ödənilməmiş hissə, 6.20 (altı manat, 20 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU TOSHİBA GR üçün 140.53 (yüz qırx manat, 53 qəpik) manat ödənilməmiş hissə, 14.05 (on dörd manat, 05 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********05169 SAMSUNG GALAXY A04E markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün 81.32 (səksən bir manat, 32 qəpik) manat ödənilməmiş hissə, 8.13 (səkkiz manat, 13 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********06645 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 256.88 (iki yüz əlli altı manat, 88 qəpik) manat ödənilməmiş hissə, 25.69 (iyirmi beş manat, 69 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********85939 SAMSUNG GALAXY A05 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 286.78 (iki yüz səksən altı manat, 78 qəpik) manat ödənilməmiş hissə, 28.7 (iyirmi səkkiz manat, 70 qəpik) manat cərimə olmaqla ümumilikdə 910.31 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən İmei kod **********69456 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, HD GLASS, AKAMİ JAM CASE, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti, SOYUDUCU TOSHİBA GR, İmei kod **********05169 SAMSUNG GALAXYA04E markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti, İmei kod **********06645 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti, İmei kod **********85939 SAMSUNG GALAXY A05 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti almış və nəticədə 910.31 (doqquz yüz on manat, 31 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 559.8 (beş yüz əlli doqquz manat, 80 qəpik) manat (18 ay x 31.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********69456 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, HD GLASS, AKAMİ JAM CASE, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 68.24 (altmış səkkiz manat, 24 qəpik) manat olmaqla ondan, 62.04 (altmış iki manat, 04 qəpik) manat ödənilməmiş hissə, 6.20 (altı manat, 20 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1265.04 (min iki yüz altmış beş manat, 04 qəpik) manat (18 ay x 70.28 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU TOSHİBA GR üçün 154.58 (yüz əlli dörd manat, 58 qəpik) manat olmaqla ondan 140.53 (yüz qırx manat, 53 qəpik) manat ödənilməmiş hissə, 14.05 (on dörd manat, 05 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 365.94 (üç yüz altmış beş manat, 94 qəpik) manat (18 ay x 20.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********05169 SAMSUNG GALAXY A04E markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün 89.45 (səksən doqquz manat, 45 qəpik) manat olmaqla ondan 81.32 (səksən bir manat, 32 qəpik) manat ödənilməmiş hissə, 8.13 (səkkiz manat, 13 qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 592.98 (beş yüz doxsan iki manat, 98 qəpik) manat (18 ay x 32.11 manat + 15 manat ilkin ödəniş) olan İmei kod **********06645 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 282.57 (iki yüz səksən iki manat, 57 qəpik) manat olmaqla ondan 256.88 (iki yüz əlli altı manat, 88 qəpik) manat ödənilməmiş hissə, 25.69 (iyirmi beş manat, 69 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 397.08 (üç yüz doxsan yeddi manat, 08 qəpik) manat (18 ay x 22.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********85939 SAMSUNG GALAXYA05 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti üçün 315.46 (üç yüz on beş manat, 46 qəpik) manat olmaqla ondan 286.78 (iki yüz səksən altı manat, 78 qəpik) manat ödənilməmiş hissə, 28.7 (iyirmi səkkiz manat, 70 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2353.29 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 559,8 manat olan İmei kod **********69456 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, HD GLASS, AKAMİ JAM CASE, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti, dəyəri 1265,04 manat olan SOYUDUCU TOSHİBA GR, dəyəri 365.94 manat olan İmei kod **********05169 SAMSUNG GALAXY A04E markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, dəyəri 592,98 manat olan İmei kod **********06645 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti, dəyəri 397,08 manat olan İmei kod **********85939 SAMSUNG GALAXY A05 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 il xidmətinin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kod **********69456 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, HD GLASS, AKAMİ JAM CASE, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün hər ay 31,1 manat, SOYUDUCU TOSHİBA GR üçün hər ay 70,28 manat, İmei kod **********05169 SAMSUNG GALAXY A04E markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün hər ay 20,33 manat, İmei kod **********06645 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün hər ay 32,11 manat və İmei kod **********85939 SAMSUNG GALAXY A05 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün hər ay 22,06 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 30 aprel 2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********69456 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, HD GLASS, AKAMİ JAM CASE, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 559,8 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc 62,04 manat borcunu ödəmədiyindən, həmin məbləğə 6,20 manat cərimə hesablanmış; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən SOYUDUCU TOSHİBA GR üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1265,04 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 140,53 manat borcunu ödəmədiyindən, həmin məbləğə 14,05 manat cərimə hesablanmış; xx.xx.2023-cü il müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********05169 SAMSUNG GALAXY A04E markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 365,94 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 81,32 manat borcunu ödəmədiyindən, həmin məbləğə 8,13 manat cərimə hesablanmış, xx.xx.2023-cü il müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********06645 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 592,98 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 256,88 manat borcunu ödəmədiyindən, həmin məbləğə 25.69 manat cərimə hesablanmış; xx.xx.2024-cü il müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********85939 SAMSUNG GALAXY A05 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 397,08 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 286,78 manat borcunu ödəmədiyindən, həmin 28,7 manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 5 müqavilə üzrə 82,76 (səksən iki manat yetmiş altı qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 7 (yeddi) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********69456 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, HD GLASS, AKAMİ JAM CASE, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 62,04 (altmış iki manat dörd qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, SOYUDUCU TOSHİBA GR üçün 140,53 (bir yüz qırx manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, İmei kod **********05169 SAMSUNG GALAXY A04E markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün 81,32 (səksən bir manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, İmei kod **********06645 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 256,88 (iki yüz əlli altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, İmei kod **********85939 SAMSUNG GALAXY A05 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 286,78 (iki yüz səksən altı manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, ümumilikdə 834,55 (səkkiz yüz otuz dörd manat əlli beş qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********69456 SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER, HD GLASS, AKAMİ JAM CASE, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 62,04 (altmış iki manat dörd qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, SOYUDUCU TOSHİBA GR üçün 140,53 (bir yüz qırx manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, İmei kod **********05169 SAMSUNG GALAXY A04E markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün 81,32 (səksən bir manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, İmei kod **********06645 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 256,88 (iki yüz əlli altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, İmei kod **********85939 SAMSUNG GALAXY A05 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 286,78 (iki yüz səksən altı manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, ümumilikdə 834,55 (səkkiz yüz otuz dörd manat əlli beş qəpik) manat borc və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar