Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3490/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefon üçün 421,4 (dörd yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 42,8 (qırx iki manat səksən qəpik) manat cərimə olmaqla, cəmi 464 (dörd yüz altmış dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefon almış və nəticədə 464 (dörd yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 437,7 (dörd yüz otuz yeddi manat yetmiş qəpik) manat (18 ay x 23,4 manat + 16,5 manat ilkin ödəniş) olan «İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefon üçün ümumilikdə 464 (dörd yüz altmış dörd) manat olmaqla ondan, 421,4 (dörd yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42,8 (qırx iki manat səksən qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 16,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 437,7 manat olan İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefon dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar 23,4 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 437,7 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 421,4 (dörd yüz iyirmi bir manat qırx qəpik) manat borcunu ödəməmiş, həmin 42,8 (qırx iki manat səksən qəpik) manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanda yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən ona qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(125)- 3490/2023 saylı bildirişi və Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanda yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) ərizəsinin bir surəti ona göndərilmiş və poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli, 24037907 nömrəli müqaviləsinə əsasən İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefonu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanda yerləşən (Bayraq meydanı) “Kontak Home” 23-dən almış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2021-ci il tarixli, 24037907 nömrəli müqaviləsinin Əlavəsinə əsasən ilkin ödəniş daxil olmaq şərti ilə 437,70 (AZN) manata, 18 ay müddətdə hər ay 23,40 (AZN) manat ödəniş etməsi qeyd edilmişdir. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanda yerləşən (Bayraq meydanı) “Kontak Home” 23-dən (Müştəri Xidmətləri şöbəsi/satıcı X1) “Zəmanət Talonu” verilmişdir. Həmin zəmanət talonunda 1 il müddətinə verilmiş və həmin “Zəmanət Talonunda” qeyd edilmişdir ki, 1 il müddəti ərzində malda istehsalçı tərəfindən buraxılan qüsurlu mal Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun tələblərini nəzərə alaraq malda yaranan qüsurun səbəbini müəyyənləşdirmək üçün “Texniki Servis” tərəfindən qəbul edilir. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli, 24037907 nömrəli müqaviləsinə əsasən, almış olduğu İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefonu evə aparmış və telefonu istifadə edərkən mobil telefonda qüsur olduğundan işləməmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanda yerləşən (Bayraq meydanı) “Kontak Home” 23 mağazasına getmiş, almış olduğu “Samsung” mobil telefonu onlara təqdim edərək bildirmişdir ki, telefon işləmir, həmin telefonu başqa telefon ilə əvəz etmək lazımdır. Lakin, “Kontak Home” 23 mağazasında işləyən satıcı bildirmişdir ki, problem yoxdur “proqram” yüklənsə işləyəcəkdir və telefona “proqram” yükləmişlər. Bundan sonra bir müddət telefon yenə tam işləməmişdir. O, yenə “Kontak Home” 23 mağazasına gedib telefonu geri qaytarmalarını və ya başqa telefonla əvəz etmələrini bildirsə də, etməmişlər. Eyni zamanda telefonu təmirə də göndərməmişlər. Bununla əlaqədar “Kontak Home” 23 mağazasına gedib 7 dəfə müraciət etsə də bunu etməmişlər. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli, 24037907 nömrəli müqaviləsinə əsasən, almış olduğu İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefonu məhkəməyə təqdim etdiyindən, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefonu 421,4 (dörd yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 42,8 (qırx iki manat səksən qəpik) manat cərimə və 464 (dörd yüz altmış dörd) manat və 30 manat ödənilmiş dövlət rüsumunun ondan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 288.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 287-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefonu 437,70 manata almış, həmin məbləğdən 16,5 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMCyə 421,4 (dörd yüz iyirmi bir manat qırx qəpik) manat əsas borcu qalmış, qalıq borca 42,8 (qırx iki manat səksən qəpik) manat dəbbə pulu hesablanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh hazırki iddia tələbinə etiraz edərək, İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefonu məhkəməyə təqdim etdiyini qeyd edib, iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia tələbinin rədd edilməsi üçün hər hansı mötəbər sübutu və iddiaya etirazında qeyd etdiyi İmei kodu **********90667 «Samsung Galaxy A12» markalı telefonu məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 42,8 (qırx iki manat səksən qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 4 (dörd) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 421,4 (dörd yüz iyirmi bir manat qırx qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu olmaqla, 425,4 (dörd yüz iyirmi beş manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borcdan 421,4 (dörd yüz iyirmi bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat olmaqla ümumilikdə 455,4 (dörd yüz əlli beş manat qırx qəpik) manat pul tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-3490/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3490/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver