Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3578/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2260 manat məbləğində vurulmuş zərər və 42,60 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2302,60 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-in hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21053” markalı, 66BN125 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il noyabrın 03-də Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21053” markalı, 66BN125 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ozan küçəsində “Ford Focus” markalı, **-DA-*** dövlət nömrə nişanlı və “VAZ 21074” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Gəncə DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-1003/2021 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7396 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobilə 1050 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7417 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Ford Focus” markalı, **- DA-*** dövlət nömrə nişanlı avtomobilə 1210 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 9430 nömrəli ödəniş tapşırığı ilə 1050 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X5 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 9431 nömrəli ödəniş tapşırığı ilə 1210 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2 ödəmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixli PXA ********** saylı sığorta müqaviləsinə əsasən “VAZ 21053” markalı, 66BN125 qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21053” markalı, 66BN125 nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 342.2.3-cü və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)- 1003/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 400 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi **-BN-*** qeydiyyat nişanlı, “VAZ 21053” minik markalı avtomobillə X2 məxsus “Ford Focus” markalı, **-DA-*** dövlət nömrə nişanlı avtomobillə və X6 məxsus, hadisə zamanı X4 idarə etdiyi “VAZ 21074” minik markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq onların əmlakına zərər vurmuşdur. PXA 98422 saylı sığorta aktının surətindən görünür ki, “Ford Focus” markalı, **-DA- *** qeydiyyat nömrə nişanlı avtomobil üçün sığorta ödənişi 1210 manat müəyyən edilmişdir. PXA 98423 saylı sığorta aktının surətindən görünür ki, “VAZ 21074” markalı, **-DR- *** qeydiyyat nömrə nişanlı avtomobil üçün sığorta ödənişi 1050 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7396 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, hadisə nəticəsində “VAZ 21074” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobilə 1050 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7417 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, hadisə nəticəsində “Ford Focus” markalı, **-DA-*** dövlət nömrə nişanlı avtomobilə 1210 manat məbləğində ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli, 9430 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 1050 manat məbləğində sığorta ödənişi köçürülmüşdür xx.xx.2021-ci il tarixli, 9431 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 1210 manat məbləğində sığorta ödənişi köçürülmüşdür xx.xx.2021-ci il tarixli, xx/xx-2148 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərin əvəzinin könüllü olaraq ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 936.2-cı maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, sığorta ödənişini etmiş sığortaçıya yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş zərər üzrə 2260 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 42,60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh 2260 (iki min iki yüz altmış) manat pul və ödənilmiş 42,60 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3578/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3578/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver