Məhkəmə qərarları › İş №e-2(125)-3584/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3584/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3584/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Xiaomi Redmi 9 markalı telefon üçün 379,6 manat ödənilməmiş məbləğ 37,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A02S markalı telefon üçün 354 manat ödənilməmiş məbləğ 35 manat cərimə, xx.xx.2020-cu il tarixli müqavilə üzrə Realme C3 markalı telefon üçün 152 manat ödənilməmiş məbləğ, 15 manat cərimə olmaqla, ümumilikdə 973 (doqquz yüz yetmiş üç) manat pulun və 30 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Xiaomi Redmi 9 markalı telefon üçün 379,6 manat ödənilməmiş məbləğ 37,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A02S markalı telefon üçün 354 manat ödənilməmiş məbləğ 35 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə Realme C3 markalı telefon üçün 152 manat ödənilməmiş məbləğ, 15 manat cərimə olmaqla, ümumilikdə 973 manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 22222448 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Xiaomi Redmi 9 markalı telefonu 12 ay müddətinə hər ay 42,30 manat ödəmək şərti ilə almışdır. xx.xx.2021-ci il tarixli , 23087394 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Samsung Galaxy A02s markalı telefonu 12 ay müddətinə hər ay 29,50 manat ödəmək şərti ilə almışdır. xx.xx.2020-ci il tarixli , 21161943 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Realme C3 markalı telefonu 12 ay müddətinə hər ay 38 manat ödəmək şərti ilə almışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 379,6 manat ödənilməmiş məbləğ 37,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 354 manat ödənilməmiş məbləğ 35 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 152 manat ödənilməmiş məbləğ, 15 manat cərimə olmaqla, ümumilikdə 973 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraznı və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2021-ci il tarixli 22222448 nömrəli müqavilə üzrə 379,6 manat ödənilməmiş məbləğ 37,4 manat cərimə, xx.xx.2021-ci il tarixli 23087394 nömrəli müqavilə üzrə 354 manat ödənilməmiş məbləğ 35 manat cərimə, xx.xx.2020-ci il tarixli 21161943 nömrəli müqavilə üzrə 152 manat ödənilməmiş məbləğ, 15 manat cərimə olmaqla, ümumilikdə 973 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 31,88 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 600-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22222448 nömrəli müqavilə üzrə 379,6 manat ödənilməmiş məbləğ 37,4 manat cərimə, xx.xx.2021-ci il tarixli 23087394 nömrəli müqavilə üzrə 354 manat ödənilməmiş məbləğ 35 manat cərimə, xx.xx.2020-ci il tarixli 21161943 nömrəli müqavilə üzrə 152 manat ödənilməmiş məbləğ, 15 manat cərimə olmaqla, ümumilikdə 973 (doqquz yüz yetmiş üç) manat pul və ödənilmiş 30 ( otuz ) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar