Məhkəmə qərarları › İş №e-2(125)-3596/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3596/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3596/2025 21.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh ştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə İphone 15 Pro Max markalı telefon və Apple Adapter üçün 2725,3 manat ödənilməmiş hissə 272,53 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İphone 15 Pro markalı telefon üçün 2141,88 manat ödənilməmiş hissə, 214,19 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Samsung Galaxy A25 markalı telefon üçün 403,6 manat ödənilməmiş hissə, 40,36 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc olmaqla ümumilikdə 5868,66 manat borcun və 78,69 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 4516,02 manat olan İphone 15 Pro Max markalı telefon və Apple Adapteri 18 ay müddətinə hər ay 250,89 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İphone 15 Pro markalı telefonu 18 müddətinə hər ay 230,66 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy A25 markalı telefonu 18 müddətinə hər ay 50,39 manat ödəmək şərti ilə almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2725,3 manat ödənilməmişt məbləğ 272,53 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2141,88 manat ödənilməmiş məbləğ, 214,19 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 403,6 manat ödənilməmiş məbləğ, 40,36 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc olmaqla, cəmi 5868,66 manat borcu yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək əvvəl vaxtı-vaxtında ödənişlər etdiyini, sonradan ödəniş edə bilmədiyini göstərərək borcunu hissə-hissə ödəyəcəyini bildib cərimə hissəsində güzəşt olunmasını xahiş etdi. Mülki işə əlavə edilmiş:- xx.xx.2024-cü il tarixli, 02067925nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İphone 15 Pro Max markalı telefon və Apple Adapterin nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 250,89 manat nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 10735759 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İphone 15 Pro markalı telefonun nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 230,66 manat nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Samsung Galaxy A25 markalı telefonun nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 50,39 manat nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2725,3 manat ödənilməmiş borcu qalmış, 272,53 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2141,88 manat ödənilməmiş borpcu qalmış, 214,19 manat dəbbə, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 403,6 manat ödənilməmiş məbləğ, 40,36 manat dəbbə hesablanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 02067925 nömrəli, xx.xx.2024-cü il tarixli 10735759 nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli nisyə alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 4516,02 manat olan İphone 15 Pro Max markalı telefon və Apple Adapteri 18 ay müddətinə hər ay 250,89 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İphone 15 Pro markalı telefonu 18 müddətinə hər ay 230,66 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy A25 markalı telefonu 18 müddətinə hər ay 50,39 manat ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmalı olan 272,53 manat cərimə məbləgi azaldılaraq 27,2 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmalı olan 214,19 manat cərimə məbləgi azaldılaraq 21,4 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmalı olan 40,36 manat cərimə məbləği azaldılaraq 4 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 02067925 nömrəli müqavilə üzrə 2725,3 manat ödənilməmiş məbləğ, 27,2 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2024-cü il tarixli 10735759 nömrəli müqavilə üzrə 2141,88 manat ödənilməmiş məbləğ, 21,4 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə 403,6 manat ödənilməmiş məbləğ, 4 manat dəbbə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc olmaqla, ümumilikdə 5394,18 manat cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 73,94 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 02067925 nömrəli müqavilə üzrə 2725,3 manat ödənilməmiş məbləğ, 27,2 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2024-cü il tarixli 10735759 nömrəli müqavilə üzrə 2141,88 manat dənilməmiş məbləğ, 21,4 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə 403,6 manat ödənilməmiş məbləğ, 4 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərc, ümumilikdə 5394,18 (beş min üç yüz doxsan dörd manat 18 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 73,94 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar