Məhkəmə qərarları › İş №e-2(125)-3603/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3603/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3603/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Soyuducu Hoffmann üçün 662.4 manat ödənilməmiş hissə, 66.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********11532 Huawei Matepad T 10S markalı tablet üçün 226.52 manat ödənilməmiş hissə, 26.48 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Tozsoran Gorenje üçün 207 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən X1 üçün 120.37 manat ödənilməmiş hissə, 12.63 manat cərimə, ümumilikdə 1342 manat borc və 33.42 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Soyuducu Hoffmann, İMEİ **********11532 Huawei Matepad T 10S markalı tablet, Tozsoran Gorenje, X1 almış və nəticədə 1342 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 662.4 manat (18 ay x 36.8 manat + 0 manat ilkin ödəniş) Soyuducu Hoffmann üçün ümumilikdə 729 manat olmaqla ondan 662.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 564 manat (12 ay x 45.5 manat + 18 manat ilkin ödəniş) İMEİ **********11532 Huawei Matepad T 10S markalı tablet üçün ümumilikdə, 253 manat olmaqla ondan, 226.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.48 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 277 manat (12 ay x 23 manat + 1 manat ilkin ödəniş) Tozsoran Gorenje üçün ümumilikdə 227 manat olmaqla ondan, 207 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 581.4 manat (18 ay x 32.3 manat + 0 manat ilkin ödəniş) X1 üçün ümumilikdə 133 manat olmaqla ondan, 120.37 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.63 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 868,51 manat təşkil edir. Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2021ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan satıcı "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 662.4 manat olan Soyuducu Hoffmann; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, dəyəri 564 manat olan İMEİ **********11532 Huawei Matepad T 10S markalı tablet, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 277 manat olan Tozsoran Gorenje və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, dəyəri 581.4 manat olan X1 satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Soyuducu Hoffmann üçün 662.4 manat ödənilməmiş hissə, 66.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********11532 Huawei Matepad T 10S markalı tablet üçün 226.52 manat ödənilməmiş hissə, 26.48 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Tozsoran Gorenje üçün 207 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən X1 üçün 120.37 manat ödənilməmiş hissə, 12.63 manat cərimə, ümumilikdə 1342 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilələr bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış əsas borcların ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı gecikdirilmiş ödənişlərə görə cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 66.6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 26.48 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 20 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 12.63 manat cərimə tutulmasını tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 0.6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 0.48 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 0.63 manat məbləğində cərimə müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borclar və azaldılmış cərimə borcları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 32.19 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 662.4 manat ödənilməmiş hissə, 0.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 226.52 manat ödənilməmiş hissə, 0.48 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 207 manat ödənilməmiş hissə, 1 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 120.37 manat ödənilməmiş hissə, 0.63 manat cərimə, ümumilikdə 1219 (min iki yüz on doqquz) manat pul və 32 (otuz iki) manat 19 (on doqquz) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar