Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3623/2025 16.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SBS qulaqlıq üçün, 39.01 (otuz doqquz manat, 1 qəpik) manat ödənilməmiş hissə, 3.90 (üç manat, 90 qəpik ) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAFİR - YUMSAQ - KUNC divan, LENA - GENC - DOLAB, NEVRESİM TAKİMİ - TEKSTİL, 4 ədəd S777 - METBEX - STUL, M512 - METBEX – MASA üçün 3811.04 (üç min səkkiz yüz on bir manat, 4 qəpik) manat ödənilməmiş hissə, 381.10 (üç yüz səksən bir manat 10 qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, TRİMMER PANASONİC, PORSELEN - BH - CASQA NELBEKİ, PORSELEN - BH – BOSQAB üçün, 560.5 (beş yüz altmış manat 50 qəpik) manat ödənilməmiş hissə, 56.05 (əlli altı manat, 5 qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********78769 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA1 İl xidməti üçün 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 32.9 (otuz iki manat, 90 qəpik) manat dəbbə pulu, ümumilikdə 5213.51 manat borc və 72.14 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarasınız. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********15557 OPPO RENO 11 F, SBS qulaqlıq, SAFİR - YUMSAQ - KUNC divan, LENA GENC - DOLAB, NEVRESİM TAKİMİ - TEKSTİL, 4 ədəd S777 - METBEX - STUL, M512 - METBEX – MASA, TOZSORAN SAMSUNG, TRİMMER PANASONİC, PORSELEN - BH - CASQA NELBEKİ, PORSELEN - BH – BOSQAB, İmei kod **********78769 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA1 İl xidməti almış və nəticədə 5213.51 (beş min iki yüz on üç manat, 51 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1028.7 (bir rmin iyirmi səkkiz manat, 70 qəpik) manat (18 ay x 57.15 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********15557 OPPO RENO 11 F, SBS qulaqlıq üçün ümumilikdə, 42.91 (qırx iki manat, 91 qəpik) manat olmaqla ondan, 39.01 (otuz doqquz manat, 1 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 3.90 (üç manat, 90 qəpik ) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3977.04 (üç min doqquz yüz yetmiş yeddi manat, 4 qəpik) manat (24 ay x 165.71 manat + 0 manat ilkin ödəniş) olan SAFİR - YUMSAQ - KUNC divan, LENA - GENC - DOLAB, NEVRESİM TAKİMİ - TEKSTİL, 4 ədəd S777 - METBEX - STUL, M512 - METBEX – MASA üçün ümumilikdə, 4192.14 (dörd min yüz doxsan iki manat, 14 qəpik) manat olmaqla ondan, 3811.04 (üç min səkkiz yüz on bir manat, 4 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 381.10 (üç yüz səksən bir manat 10 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (18 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG, TRİMMER PANASONİC, PORSELEN - BH – CASQA NELBEKİ, PORSELEN - BH – BOSQAB üçün ümumilikdə, 616.55 (altı yüz on altı manat, 55 qəpik ) manat olmaqla ondan, 560.5 (beş yüz altmış manat 50 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 56.05 (əlli altı manat, 5 qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 494.64 (dörd yüz doxsan dörd manat, 64 qəpik) manat (18 ay x 27.48 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********78769 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA1 İl xidməti üçün ümumilikdə, 361.90 (üç yüz altmış bir manat, 90 qəpik) manat olmaqla ondan, 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.9 (otuz iki manat, 90 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-ci il tarixində İmei kod **********15557 OPPO RENO 11 F, ÖDƏNİŞİN TƏMİNATİ xidmətindən imtina etmiş və məhsul 987,39 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2,3 manat məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 987.39 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 365.14 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərərkj, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslznmzqlz cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, cavabdehə dəyəri 1028.7 manat olan mal 18 ay müddətə nisyə qaydada satılmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ikinci xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, cavabdehə dəyəri 3977.04 manat olan mal 24 ay müddətə nisyə qaydada satılmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış üçüncü xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən,cavabdehə dəyəri 494,64 manat olan mal 18 ay müddətə nisyə qaydada satılmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış dördüncü xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən,cavabdehə dəyəri 41,40 manat olan mal 18 ay müddətə nisyə qaydada satılmışdır. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, "xxxx" MMCyə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 39.01 manat ödənilməmiş hissə, 3.90 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 3811.04 manat ödənilməmiş hissə, 381.10 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 560.5 manat ödənilməmiş hissə, 56.05 manat dəbbə pulu və xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 329 manat ödənilməmiş hissə, 32.9 manat dəbbə pulu olmaqla, ümumilikdə 4 müqavilə üzrə 5213.51 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdeh ABC TELECOM” MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqavilələri üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın əsas borc tələbi hissəsinin təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və ödənilməli olan cərimənin hər iki müqavilə üzrə əsas borcun 10 faizi məbləğində, yəni xx.xx.2024-cü il tarixli müqavilə üzrə 265 manat, xx.xx.2024-cü il tarixli ikinci müqavilə üzrə isə 179 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 72,14 (yetmiş iki) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SBS qulaqlıq üçün, 39.01 (otuz doqquz manat, 1 qəpik) manat ödənilməmiş hissə, 3.90 (üç manat, 90 qəpik ) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAFİR - YUMSAQ - KUNC divan, LENA - GENC - DOLAB, NEVRESİM TAKİMİ - TEKSTİL, 4 ədəd S777 - METBEX - STUL, M512 - METBEX – MASA üçün 3811.04 (üç min səkkiz yüz on bir manat, 4 qəpik) manat ödənilməmiş hissə, 381.10 (üç yüz səksən bir manat 10 qəpik) manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, TRİMMER PANASONİC, PORSELEN - BH - CASQA NELBEKİ, PORSELEN - BH – BOSQAB üçün, 560.5 (beş yüz altmış manat 50 qəpik) manat ödənilməmiş hissə, 56.05 (əlli altı manat, 5 qəpik) manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********78769 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA1 İl xidməti üçün 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 32.9 (otuz iki manat, 90 qəpik) manat dəbbə pulu ümumilikdə 5213.51 manat borc və 72.14 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SBS qulaqlıq üçün, 39.01 (otuz doqquz manat, 1 qəpik) manat ödənilməmiş hissə, 3.90 (üç manat, 90 qəpik ) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAFİR - YUMSAQ - KUNC divan, LENA - GENC - DOLAB, NEVRESİM TAKİMİ - TEKSTİL, 4 ədəd S777 - METBEX - STUL, M512 - METBEX – MASA üçün 3811.04 (üç min səkkiz yüz on bir manat, 4 qəpik) manat ödənilməmiş hissə, 381.10 (üç yüz səksən bir manat 10 qəpik) manat dəbbə pulu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, TRİMMER PANASONİC, PORSELEN - BH - CASQA NELBEKİ, PORSELEN - BH – BOSQAB üçün, 560.5 (beş yüz altmış manat 50 qəpik) manat ödənilməmiş hissə, 56.05 (əlli altı manat, 5 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78769 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA1 İl xidməti üçün 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 32.9 (otuz iki manat, 90 qəpik) manat dəbbə pulu, ümumilikdə 5213.51 (beş min iki yüz on üç) manat 51 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 72.14 (yetmiş iki) manat 14 qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3623/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3623/2025
16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver