Məhkəmə qərarları › İş №e-2(125)-3675/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3675/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3675/2024 24.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-in Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə Huawei Nova Y90 markalı telefon üçün 256,02 manat ödənilməmiş məbləğ, 25,98 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Realme C21Y markalı telefon üçün 150,75 manat ödənilməmiş məbləğ, 15,25 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung markalı tozsoran üçün 87,84 manat ödənilməmiş məbləğ, 8,16 manat cərimə olmaqla, ümumilikdə 544 manat pulun və 30 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, Cavabdeh şəxsiyyət vəsiqəsinin elektron məlumat bazadan olan çıxarışından görünür ki, cavabdehin rəsmi qeydiyyatı Goranboy rayonu, Hazırəhmədli Ərazi Dairəsi, Bəşirli kəndi olmaqla iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə e-2(125)- 3675/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar