Məhkəmə qərarları › İş №e-2(125)-3706/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3706/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3706/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2021-ci il tarixli, 22387925 nömrəli müqavilə üzrə 1016 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 23132890 nömrəli müqavilə üzrə 1617,6 manat ödənilməmiş hissə, 161,4 manat dəbbə pulu olmaqla, cəmi 2896 manat pul və 48,96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdehin bağladığı xx.xx.2021-ci il tarixli, 22387925 saylı müqaviləyə əsasən sonuncunun alğı-satqı qiyməti 1156 manat (18 ay x 63,5 manat +13 manat) olan «Samsung» markalı LED TV üçün 1016 manat ödənilməmiş hissə, 101 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 23132890 nömrəli müqaviləyə əsasən alğı-satqı qiyməti 1716,3 manat (24 ay x 67,4 manat+98,7 manat ilkin ödəniş) olan «Samsung» markalı soyuducu üçün 1617,6 manat ödənilməmiş hissə, 161,4 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 238,7 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22387925 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1156 manat olan «Samsung» markalı LED televizoru nisyə qaydada almış, 13 manat ilkin ödəniş etməklə malın qalıq məbləğini hər ay 63,5 manat ödəməklə, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23132890 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1716,3 manat olan «Samsung» markalı soyuducunu nisyə qaydada almış, 98,7 manat ilkin ödəniş etməklə malın qalıq məbləğini hər ay 67,4 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 140 manat ödəmiş, 1016 manat borcu qalmışdır. Ödənişlərin 480 gün gecikdirilməsinə görə 101 manat dəbbə pulu hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 98,7 manat ödəmiş, 1617,6 manat borcu qalmışdır. Ödənişlərin 630 gün gecikdirilməsinə görə 161,4 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında əşyaların dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. İddiaçı müqavilə üzrə satılmış əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh razılaşdırılmış ödəniş qrafikini pozaraq öhdəliyini lazımınca icra etməmişdir. Öhdəliyin mövcud olmasını sübuta yetirmək kreditorun, öhdəliyin icra edilməsini sübuta yetirmək isə borclunun vəzifəsidir. Lakin cavabdeh öhdəliyini icra etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 101 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 161,4 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında dəbbə pulu nəzərdə tutulduğundan iddiaçının hesabladığı dəbbə pulu məbləği müqavilələrin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1016 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1617,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 2683,6 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 48,96 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 1016 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2021-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 1617,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla ümumilikdə 2683,6 manat (iki min altı yüz səksən üç manat altmış qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48,96 manat (qırx səkkiz manat doxsan altı qəpik) pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar