Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3729/2024 25.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 152,9 manat əsas, 22,9 manat cərimə cəmi 175,8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqı müqaviləsi üzrə 226,20 manat əsas, 33,9 manat cərimə, cəmi 260,10 manat borc ümumilikdə iki müqavilə üzrə 379,10 manat əsas, 56,8 manat cərimə olmaqla cəmi 435,9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə, o cümlədən maliyyə arayışı ilə, onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İPHONE” markalı mobil telefon və xarici akumlyatora (CHARGER X2) görə 12 ay ödəniş cədvəli üzrə hər ay 164 manat olmaqla cəmi 1959,90 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Taube markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla, cəmi 399,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 79,20 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində 30 manat ödəniş etmiş, qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 56,80 manat təşkil edir. Cavabdehin xx.xx.2023 il tarixli №011357802 saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 229 manat, xx.xx.2022-ci il tarixli №011270345 saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 339 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 33,9 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Sadalanan xüsusatlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 567, 600.1və 427-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 152,9 manat əsas 22,9 manat cərimə, cəmi 175,8 manat borc, xx.xx.2022-ci il tarixli №011270345 saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 379,1 manat əsas, 56,8 manat cərimə olmaqla cəmi 435,9 manat borc, ümumilikdə iki müqavilə üzrə 379,1 manat əsas, 56,8 manat cərimə Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023 il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 152,9 manat əsas 22,9 manat cərimə cəmi 175,8 manat borc, xx.xx.2022-ci tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 226,2 manat əsas, 33,9 manat cərimə olmaqla cəmi 260,1 manat borc, ümumilikdə iki müqavilə üzrə 379,10 manat əsas, 56,8 manat cərimə olmqla, cəmi 435,9 (dörd yüz otuz beş) manat 90 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz)manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən,onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-3729/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3729/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver