Məhkəmə qərarları › İş №e-2(125)-379/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-379/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-379/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 1076,6 manat ödənilməmiş əsas, 323,7 manat cərimə; xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən 906,72 manat ödənilməmiş əsas, 271,2 manat cərimə; xx.xx.2022-ci il tarixli, 11221719 nömrəli müqaviləyə əsasən 2852,06 manat ödənilməmiş əsas, 475,8 manat cərimə; xx.xx.2022-ci il tarixli, 11221720 nömrəli müqaviləyə əsasən 448,34 manat ödənilməmiş əsas, 158,58 manat cərimə olmaqla, ümumilikdə 6513 manat pulun və ödənilmiş 85,13 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Marsel markalı mebel əşyalarının nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 2001,6 manat, ödəniş müddəti 24 ay olmaqla, aylıq ödəniş 83,4 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2022-ci il tarixdə İmei kodu **********15544 olan X1 11 Pro+ 5G markalı telefonun nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 1360,08 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 113,34 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2022-ci il tarixdə Alyans markalı mebel əşyalarının və Letto adlı matrasın nisyə alğı-satqısı barədə 11221719 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ilkin ödəniş 67,5 manat daxil olmaqla, ümumi dəyəri 3000,06 manat, ödəniş müddəti 24 ay, aylıq ödəniş 122,19 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2022-ci il tarixdə Goldline adlı matrasın nisyə alğısatqısı barədə 11221720 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 529,98 manat, ödəniş müddəti 3 ay olmaqla, aylıq ödəniş 176,66 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Hər dörd müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 925 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 453,36 manat, xx.xx.2022-ci il tarixli, 11221719 nömrəli müqavilə üzrə 148 manat, xx.xx.2022-ci il tarixli, 11221720 nömrəli müqavilə üzrə 81,64 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə dəyəri 2001,6 manat (24 ay x 83,4 manat + 0 manat ilkin ödəniş) olan əşyalara görə 1076,6 manat əsas, 323,7 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə dəyəri 1360,08 manat (12 ay x 113,34 + 0 manat ilkin ödəniş) olan əşyaya görə 906,72 manat əsas, 271,2 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2022-ci il tarixli, 11221719 nömrəli müqavilə üzrə dəyəri 3000,06 manat (24 ay x 122,19 manat + 67,5 manat ilkin ödəniş) olan əşyalara görə 2852,06 manat əsas, 475,8 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2022-ci il tarixli, 11221720 nömrəli müqavilə üzrə dəyəri 529,98 manat (3 ay x 176,66 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 448,34 manat əsas, 158,58 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 925 manat, qalıq borcu – 1076,6 manat əsas, 323,7 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1400,3 manat; xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 453,36 manat, qalıq borcu - 906,72 manat əsas, 271,2 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1177,92 manat; xx.xx.2022-ci il tarixli, 11221720 nömrəli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 148 manat, qalıq borcu – 2852,06 manat əsas, 475,8 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 3327,86 manat; xx.xx.2022-ci il tarixli, 11221720 nömrəli müqavilə üzrə borca ödədiyi pul məbləği 81,64 manat, qalıq borcu - 448,34 manat əsas, 158,58 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 606,92 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəlləri üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, hər dörd müqavilə üzrə dəbbə pulu azaldılaraq xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 53,8 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 45,3 manat, xx.xx.2022-ci il tarixli, 11221719 nömrəli müqavilə üzrə 142,6 manat və xx.xx.2022-ci il tarixli, 11221720 nömrəli müqavilə üzrə 22,4 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 1076,6 manat əsas borc, 53,8 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 906,72 manat əsas borc, 45,3 manat cərimə, xx.xx.2022-ci il tarixli, 11221719 nömrəli müqavilə üzrə 2852,06 manat əsas borc, 142,6 manat cərimə və xx.xx.2022-ci il tarixli, 11221720 nömrəli müqavilə üzrə 448,34 manat əsas borc, 22,4 manat cərimə olmaqla, cəmi 5547,85 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi əsas hissədə əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 75,48 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 1076,6 manat əsas borc, 53,8 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 906,72 manat əsas borc, 45,3 manat cərimə, xx.xx.2022-ci il tarixli, 11221719 nömrəli müqavilə üzrə 2852,06 manat əsas borc, 142,6 manat cərimə və xx.xx.2022-ci il tarixli, 11221720 nömrəli müqavilə üzrə 448,34 manat əsas borc, 22,4 manat cərimə olmaqla, cəmi 5547,82 (beş min beş yüz qırx yeddi manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75,48 (yetmiş beş manat qırx səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar