Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3831/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Gorenje markalı plitə, Samsung markalı soyuducu və Samsung markalı paltaryuyan üçün 1480,8 manat ödənilməmiş məbləğ, 444,2 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X5 9 Pro markalı telefon üçün 134,6 manat ödənilməmiş məbləğ, 40,4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İphone 11 Pro Max markalı telefon üçün 3456 manat ödənilməmiş məbləğ, 1037 manat dəbbə pulu olmaqla, cəmi 6593 (altı min beş yüz doxsan üç) manat pulun və 85,93 manat ödənilmiş dövlət rüsumunun alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixlərdə bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən, cavabdeh iddiaçıdan Gorenje markalı plitə, Samsung markalı soyuducu və paltaryuyan, X5 9 Pro markalı və İphone 11 Pro Max markalı telefonlar almış və öhdəliyi yerinə yetirmədiyi üçün 6593 (altı min beş yüz doxsan üç) manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiymətləri cəmi 3331,8 manat olan Gorenje markalı plitə, Samsung markalı soyuducu və Samsung markalı paltaryuyan üçün 1480,8 manat ödənilməmiş məbləğ, 444,2 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 851,6 manat olan X5 9 Pro markalı telefon üçün 134,6 manat ödənilməmiş məbləğ, 40,4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3888 manat olan İphone 11 Pro Max markalı telefon üçün 3456 manat ödənilməmiş məbləğ, 1037 manat dəbbə pulu olmaqla, cəmi 6593 (altı min beş yüz doxsan üç) manat miqdarında borcu yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu könüllü ödəməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, 21061032 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanaraq həmin müqaviləyə görə iddiaçı cavabdehə 563,4 manat dəyərində Gorenje markalı plitə, 1530 manat dəyərində Samsung markalı soyuducu və 1238,4 manat dəyərində Samsung markalı paltaryuyan satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlərin qrafik üzrə 18 ay ərzində hər ay 185,1 manat ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli, 21066920 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə iddiaçı cavabdehə 840,8 manat dəyərində X5 9 Pro markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 67,3 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, 22469054 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanaraq həmin müqaviləyə görə iddiaçı cavabdehə alqısatqı qiyməti 3618 manat olan İphone 11 Pro Max markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 18 ay ərzində hər ay 216 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1480,8 manat ödənilməmiş məbləğ, 444,2 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 134,6 manat ödənilməmiş məbləğ, 40,4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3456 manat ödənilməmiş məbləğ, 1037 manat dəbbə pulu olmaqla ümumilikdə 6593 (altı min beş yüz doxsan üç) manat borcu qalmışdır; xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli, 21061032 nömrəli müqavilə üzrə tutulmalı olan 444,2 manat cərimə məbləği azaldılaraq 44,2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutulmalı olan 1037 manat cərimə məbləği azaldılaraq 37 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2020-ci il tarixli, 21061032 nömrəli müqavilə üzrə 1480,8 manat ödənilməmiş məbləğ, 44,2 manat cərimə, xx.xx.2020-ci il tarixli, 21066920 nömrəli müqavilə üzrə 134,6 manat ödənilməmiş məbləğ, 40,4 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22469054 nömrəli müqavilə üzrə 3456 manat ödənilməmiş məbləğ, 37 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 5193 (beş min yüz doxsan üç ) manat cavabdehdən alınaraq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 71,93 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 21061032 nömrəli müqavilə üzrə 1480,8 manat ödənilməmiş məbləğ, 44,2 manat cərimə, xx.xx.2020-ci il tarixli, 21066920 nömrəli müqavilə üzrə 134,6 manat ödənilməmiş məbləğ, 40,4 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22469054 nömrəli müqavilə üzrə 3456 manat ödənilməmiş məbləğ, 37 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 5193 (beş min yüz doxsan üç ) manat pul və dövlət rüsumunun əvəzi olaraq 71,93 (yetmiş bir manat 93 qəpik) manat alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3831/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3831/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver