Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3832/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta ödənişi miqdarında pulun subroqasiya qaydasında tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «sığorta ödənişi miqdarında pulun subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. İddia ərizəsinə iddia tələbinin əsaslılığını təsdiq edən sənədlər əlavə edilməmişdir. İddiaçı cavabdehdən icbari sığorta müqaviləsinə əsasən cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb edir. İddiaçının bu tələbinin qanuni əsasını “İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsi təşkil edir. Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3 icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi subroqasiya tələbi ümumi qaydada sığortalı və sığorta olunana yönəlir. Lakin əmlak sığortalı və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ əmlakdan hüququ olmadığı halda istifadə edən şəxsə yönələ bilər. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, icbari sığorta müqaviləsi üzrə sığortalı X3 adlı şəxsdir. Cavabdeh sığorta olunan şəxs də deyildir. Bu halda subroqasiya tələbinin əsaslılığının müəyyən edilməsi üçün təqdim edilməli olan sübutlardan biri də sığortalı və ya sığorta olunanın əmlakın buna hüququ olmayan şəxs tərəfindən istismar olunmasından məlumatsız olması barədə sübutdur. Sadələşdirilmiş icraat qaydasında işlərə baxılmasının əsası iddiaçının ilkin olaraq təqdim etdiyi sübutların cavabdehin etirazı olmadığı halda işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul etməsinə kifayət etməsidir. İndiki halda isə cavabdehin etirazı olmasa belə, təqdim edilmiş sübutların işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsinə kifayət etmədiyi aydın olduğundan hazırkı iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta ödənişi miqdarında pulun subroqasiya qaydasında tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-3832/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3832/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver