Məhkəmə qərarları › İş №e-2(125)-3848/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3848/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3848/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli, 00703516 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1139,2 manat ödənilməmiş hissə, 113,8 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01125131 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 105,8 manat ödənilməmiş hissə, 10,2 manat dəbbə pulu olmaqla, cəmi 1369 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33,69 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, sonuncu “Samsung” markalı soyuducu, “Panasonic” markalı üzqırxan və “Samsung” markalı paltaryuyan maşın almışdır. Cavabdehin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələri xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdehin "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə görə 1369 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1526,04 manat (17 ay x 84,78 manat + 84,78 manat ilkin ödəniş) olan Samsung” markalı soyuducu və “Panasonic” markalı üzqırxan üçün ümumilikdə 1253 manat olmaqla ondan 1139,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 113,8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 676,8 manat (23 ay x 28,2 manat + 28,2 manat ilkin ödəniş) olan “Samsung” markalı paltaryuyan maşın üçün ümumilikdə, 116 manat olmaqla ondan 105,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,2 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 957,84 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil və təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00703516 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 2970 manat olan “Samsung” markalı soyuducu və “Panasonic” markalı üzqırxanı nisyə qaydada almış, malların qiymətini ayda 165 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, bu müqavilə ilə xx.xx.2019-cu il tarixli, 00703516 saylı müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilir, müştəri yeni sazişlə müəyyən edilmiş qalıq borc məbəğini 84,78 manat ilkin ödəniş etməklə, xx.xx.2021-ci il tarixdən 17 ay müddətində hər ay 84,78 manat olmaqla ödəməyi öhdəsinə götürür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01125131 nömrəli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan qiyməti 972 manat olan “Samsung” markalı paltaryuyan maşını nisyə qaydada almış, malın qiymətini ayda 54 manat olmaqla, 18 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, bu müqavilə ilə xx.xx.2019-cu il tarixli, 01125131 nömrəli müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilir, müştəri ödənişləri yeni sazişlə müəyyən edilmiş qalıq borc məbləğini 28,2 manat ilkin ödəniş etməklə xx.xx.2021-ci il tarixdən 23 ay müddətində hər ay 28,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2019-ci il tarixli, 00703516 nömrəli müqaviləyə olan xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 386,84 manat ödəmiş, 1139,2 manat borcu qalmışdır. Ödənişlərin 390 gün gecikdirilməsinə görə 113,8 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, 01125131 nömrəli müqaviləyə olan xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 571 manat ödəmiş, 105,8 manat borcu qalmışdır. Ödənişlərin 120 gün gecikdirilməsinə görə 10,2 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyin mövcud olmasını sübutetmə yükü kreditorun, öhdəliyin icra edilməsini sübutetmə yükü isə borclunun üzərinə düşür. İddiaçının təqdim etdiyi sənədlər əsasında iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqavilələrinin bağlanaraq müqavilələrdə göstərilən əşyaların cavabdehə verilməsi öz təsdiqini tapır. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə öhdəliyini vaxtında və lazımınca icra etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh öhdəliyi pozduğundan iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli, 00703516 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 1139,2 manat ödənilməmiş hissə, 113,8 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01125131 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 105,8 manat ödənilməmiş hissə, 10,2 manat dəbbə pulu olmaqla ümumilikdə 1369 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 33,69 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00703516 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 1139,2 manat ödənilməmiş hissə, 113,8 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01125131 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 105,8 manat ödənilməmiş hissə, 10,2 manat dəbbə pulu olmaqla ümumilikdə 1369 (bir min üç yüz altmış doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33,69 manat (otuz üç manat altmış doqquz qəpik) pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar