Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3898/2024 30.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A32 markalı telefon üçün 458,63 manat ödənilməmiş məbləğ, 45,37 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Xiaomi Redmi 10A markalı telefon və Samsung Galaxy A23 markalı telefon üçün 355,46 manat ödənilməmiş məbləğ, 35,54 manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən X4 11 markalı telefon üçün 335,89 manat ödənilməmiş məbləğ, 33,11 manat cərimə olmaqla, ümumilikdə 1264 manat borcun və 32,64 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A32 markalı telefon üçün 458,63 manat ödənilməmiş məbləğ, 45,37 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Xiaomi Redmi 10A markalı telefon və Samsung Galaxy A23 markalı telefon üçün 355,46 manat ödənilməmiş məbləğ, 35,54 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə X4 11 markalı telefon üçün 335,89 manat ödənilməmiş məbləğ, 33,11 manat cərimə olmaqla, ümumilikdə 1264 manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Samsung Galaxy A32 markalı telefonu 12 ay müddətinə hər ay 65,58 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 11222058 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Xiaomi Redmi 10A markalı telefonu və Samsung Galaxy A23 markalı telefonu 18 ay müddətinə hər ay 67,89 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 11232040 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən X4 11 markalı telefonu 18 ay müddətinə hər ay 39,61 manat ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə üzrə 458,63 manat ödənilməmiş məbləğ, 45,37 manat cərimə, xx.xx.2022-ci il tarixli, 11222058 nömrəli müqavilə üzrə 355,46 manat ödənilməmiş məbləğ, 35,54 manat cərimə və xx.xx.2022-ci il tarixli, 11232040 nömrəli müqavilə üzrə 335,89 manat ödənilməmiş məbləğ, 33,11 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 1264 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora- MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda da elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 458,63 manat ödənilməmiş məbləğ, 45,37 manat cərimə, xx.xx.2022-ci il tarixli, 11222058 nömrəli müqavilə üzrə 355,46 manat ödənilməmiş məbləğ, 35,54 manat cərimə və xx.xx.2022-ci il tarixli, 11232040 nömrəli müqavilə üzrə 335,89 manat ödənilməmiş məbləğ, 33,11 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 1264 (bir min iki yüz altmış dörd) manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 32,64 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə üzrə 458,63 manat ödənilməmiş məbləğ, 45,37 manat cərimə, xx.xx.2022-ci il tarixli, 11222058 nömrəli müqavilə üzrə 355,46 manat ödənilməmiş məbləğ, 35,54 manat cərimə və xx.xx.2022-ci il tarixli, 11232040 nömrəli müqavilə üzrə 335,89 manat ödənilməmiş məbləğ, 33,11 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 1264 (bir min iki yüz altmış dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,64 manat alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3898/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3898/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver