Məhkəmə qərarları › İş №e-2(125)-390/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-390/2024

14.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-390/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin vəkili X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X23, X13 və X16 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X30, X39, X34, X35, X17, X24) qarşı «miras əmlaka payın müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X30, X39, X34, X35, X17, X24) qarşı Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN-484 seriyalı, Kod 50605028 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum X36 və mərhum X4 paylı mülkiyyətində olan 0,86 ha torpaq sahəsinə birinci növbə vərəsə kimi iddiaçının payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1947-ci ildə anadan olmuş X36 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. H.İ.Süleymanovun ölümündən sonra onun faktiki olaraq birinci növbə vərəsəsi kimi İddiaçı və H.İ.Süleymanovun əvvəlki nikahdan olan övladı Cavabdeh qalmışdır. İddiaçının atası Həsən Süleymanov ilə anası X8 nikahı xx.xx.2000-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsində pozulmuş və bu barədə 102 nömrəli akt tərtib edilmişdir. İddiaçının nənəsi X9 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. X41 ölümündən sonra miras əmlak kimi Daşkəsən rayonu Xoşbulaq kəndində torpaq sahəsi qalmışdır. Qeyd edilən torpaq sahəsi Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı verilmiş, həmin torpaq sahəsi mərhum X36 və X4 paylı mülkiyyətində olmaqla 0,86 hektar təşkil edir. X9 xx.xx.2001-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,45 ha torpaq sahəsində yerləşən evi miras kimi qəbul etmiş və bu barədə Daşkəsən rayonu Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən miras mülkə çıxarış almış, həmin çıxarış xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi dövlət reyestrində qeydə alınmışdır. Daha sonra mərhum İddiaçı həmin əmlakın bir hissəsini başqa şəxslərə satmış və əmlakın qalan hissəsi olan 0,098 ha torpaq sahəsində yerləşən 146,5 kv.m daşınmaz əmlakdan ibarət yaşayış evini xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu İddiaçı bağışlamışdır. Bununla bağlı iddiaçı dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış almışdır. X48 vəfat etdikdən sonra ondan miras qalan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsini və iddiaçıya məxsus evdə yerləşən X48a məxsus bütün ev əşyaları iddiaçı tərəfindən faktiki qəbul edilib idarə edilmişdir. Bu faktı Daşkəsən rayon, İcra Hakimiyyəti Başçısının Zağalı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı da təsdiq edir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X10 iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, X39, X37, X38, X30, X35, X36, X34, X18 və X1 Dilarə Məhəmməd qızının birinci növbədə vərəsələridir. X9, həmçinin onun vərəsələri X36, X37 və X18 ölmüşdür. X19 isə birinci növbədə vərəsələri İddiaçı və Cavabdehdır. Buna görə də tərəflərin miras əmlakda payları onların saylarına mütənasib qaydada bölünməlidir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X39, X30 və X34 miras əmlaklarında olan paylarından imtina etmədiklərini və qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin, habelə məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİİİ-ЖГ seriyalı, 373171 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə anadan olmuş İddiaçı atası X36, anası X14r. İşdə olan xx.xx.2021-ci il tarixli, 126 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1947-ci il tarixdə anadan olmuş X19 atası X26, anası isə X5r. İş materiallarında olan İ-ЖГ seriyalı, 485950 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X27 arasında olan nikahın pozulmasına dair akt qeydi 102 nömrə ilə xx.xx.2000-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 210949 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.2021-ci il tarixdə Şəmkir rayonunda ölmüşdür. İşdə olan V-ЖГ seriyalı, 318531 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2001-ci il tarixdə Daşkəsən rayonunda ölmüşdür. İş materiallarında olan JN-484 seriyalı, Kod 50605028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,86 hektar torpaq sahəsi X4 və X19 mülkiyyətinə verilmişdir. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13- 2024 nömrəli məktubundan görünür ki, xx.xx.1947-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş və xx.xx.2021-ci ildə vəfat etmiş X19 vərəsələr xx.xx.1973-cü il təvəllüdlü qızı Cavabdeh və xx.xx.1982-ci il təvəllüdlü oğlu İddiaçıdur. xx.xx.1927-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş və xx.xx.2001-ci ildə vəfat etmiş X4 vərəsələri əri X26 1919-xx.xx.1991-ci ildə vəfat edib, övladları- X37 xx.xx.1954xx.xx.2021-ci ildə vəfat edib, xx.xx.1956-cı il təvəllüdlü X38, xx.xx.1965-ci il təvəllüdlü X30 və xx.xx.1967-ci il təvəllüdlü X28r. X4 ailə üzvləri barəsində informasiya sistemində yoxlama aparılarkən akt qeydləri Daşkəsən rayon qeydiyyat şöbəsində aşkarlanmış, X37- 5-ci uşaq, X38 6-cı uşaq, X30 8-ci uşaq, X35 isə 9-cu uşaq kimi qeyd edilmişdir İş materiallarında olan 2 saylı Gəncə regional «Asan xidmət» mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 541 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair məktubun surətindən görünür ki, X19 vəfatından sonra adına miras qalmış əmlaklara dair qanun üzrə vərəsələr arasında mübahisə olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X39, X37, X38, X30, X35, X36, X34, X18 və X1 Dilarə Məhəmməd qızının birinci növbədə vərəsələridir. X9, həmçinin onun vərəsələri X36, X37 və X18 ölmüşdür. X19 isə birinci növbədə vərəsələri İddiaçı və Cavabdehdır. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,86 hektar torpaq sahəsi X4 və X19 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi X4 və X19 ölümündən sonra qeyd olunan şəxslərin vərəsələrinə miras qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul olunarkən həmin iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatında olduğundan tərəflər arasında vərəsəlik münasibətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh və İddiaçı Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş (torpağın mülkiyyət hüququna dair JN-484 seriyalı, kod 50605028 nömrəli dövlət aktı) 0,86 ha torpaq sahəsinə həmin şəxslərin vərəsələrin payları onların sayına mütənasib olaraq bölünməlidir. Buna görə də Cavabdeh və İddiaçı Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə (torpağın mülkiyyət hüququna dair JN-484 seriyalı, kod 50605028 nömrəli dövlət aktı) mərhum X19 və mərhum X4 paylı mülkiyyətinə verilmiş 0,86 ha torpaq sahəsinin X29 aid ½ hissəsinin ½ hissəsinə, eləcə də həmin torpaq sahəsinin X2 miras qalan və X36 tərəfindən qəbul edilən 1/18 hissəsinin ½ hissəsinə (Cavabdeh və İddiaçı hər birinin ümumi torpaq sahəsində payı 5/18 hissə) payı, X20, X21, X13, X22, X19, X16, X7 və X11 hər birinin qeyd olunan torpaq sahəsinin X2 miras qalan ½ hissəsinin 1/9 hissəsinə (hər birinin ümumi torpaq sahəsində payı 1/18 hissə) payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh və İddiaçı Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə (torpağın mülkiyyət hüququna dair JN-484 seriyalı, kod 50605028 nömrəli dövlət aktı) mərhum X19 və mərhum X4 paylı mülkiyyətinə verilmiş 0,86 ha torpaq sahəsinin X15 miras qalan ½ hissəsinin ½ hissəsinə, eləcə də həmin torpaq sahəsinin X2 miras qalan və X36 tərəfindən qəbul edilən 1/18 hissəsinin ½ hissəsinə (Cavabdeh və İddiaçı hər birinin ümumi torpaq sahəsində payı 5/18 hissə) payı müəyyən edilsin. X23, X20, X21, X13, X22, X16, X7 və X11 hər birinin Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə (torpağın mülkiyyət hüququna dair JN-484 seriyalı, kod 50605028 nömrəli dövlət aktı) mərhum X19 və mərhum X4 paylı mülkiyyətinə verilmiş 0,86 ha torpaq sahəsinin X2 miras qalan ½ hissəsinin 1/9 hissəsinə (hər birinin ümumi torpaq sahəsində payı 1/18 hissə) payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar