Məhkəmə qərarları › İş №e-2(125)-3901/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3901/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3901/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1552,5 manat ödənilməmiş hissə, 155,5 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 292,6 manat ödənilməmiş hissə, 29,4 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 251,6 manat ödənilməmiş hissə, 25,4 manat dəbbə pulu olmaqla, ümumilikdə 2307 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43,07 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən “Lenovo” markalı kompüter, İMEİ kodu **********63874 olan “Samsung Galaxy A02S” markalı telefon və İMEİ kodu **********72389 olan “Samsung Galaxy A02S” markalı telefon almış və nəticədə 2307 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1722 manat (24 ay x 67,5 manat + 102 manat ilkin ödəniş) olan “Lenovo” markalı kompüter üçün ümumilikdə 1708 manat olmaqla ondan, 1552,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 155,5 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 319,2 manat (12 ay x 26,6 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********63874 olan Samsung Galaxy A02S” markalı telefon üçün ümumilikdə 322 manat olmaqla ondan, 292,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 320,4 manat (18 ay x 14,8 manat + 54 manat ilkin ödəniş) İMEİ kodu **********72389 olan Samsung Galaxy A02S” markalı telefon üçün ümumilikdə 277 manat olmaqla ondan 251,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25,4 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 269,4 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-əslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1722 manat olan “Lenovo” markalı kompüteri nisyə qaydada almış, malın qiymətindən 102 manat ilkin ödəniş etməklə qalan məbləği ayda 67,5 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 319,2 manat olan “Samsung Galaxy A02S” markalı telefonu nisyə qaydada almış, malın qiymətini ayda 26,6 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 320,4 manat olan “Samsung Galaxy A02S” markalı telefonu nisyə qaydada almış, malın qiymətini 54 manat ilkin ödəniş edərək qalan məbləği ayda 14,8 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 169,5 manat ödəmiş, 1552,5 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 155,5 manat cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 26,6 manat ödəmiş, 292,6 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 29,4 manat cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 68,8 manat ödəmiş, 251,6 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 25,4 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təqdim edilmiş sənədlərdən göründüyü kimi cavabdeh iddiaçıdan dörd müqavilə üzrə nisyə qaydada müxtəlif əşyaları hissə-hissə ödəmə şərti ilə almış, lakin müqavilələr üzrə öhdəlikləri tam və vaxtında icra etməyərək öhdəliyi pozmuşdur. Buna görə də iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış əşyaların qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulan dəbbə pulunun ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Cavabdeh müqavilələr üzrə ödənişləri gecikdirdiyindən iddiaçının tələb etdiyi dəbbə pulu məbləğləri gecikmə müddətlərinə və müqavilələrin şərtlərinə uyğundur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1552,5 manat ödənilməmiş hissə, 155,5 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 292,6 manat ödənilməmiş hissə, 29,4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 251,6 manat ödənilməmiş hissə, 25,4 manat dəbbə pulu olmaqla, cəmi 2307 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 43,07 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23120456 nömrəli müqavilə üzrə 1552,5 manat ödənilməmiş hissə, 155,5 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli, 23140409 nömrəli müqavilə üzrə 292,6 manat ödənilməmiş hissə, 29,4 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli, 23165207 nömrəli müqavilə üzrə 251,6 manat ödənilməmiş hissə, 25,4 manat dəbbə pulu olmaqla cəmi 2307 (iki min üç yüz yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43,07 manat (qırx üç manat yeddi qəpik) pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar