Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3922/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 08 dekabr 2019-cu il tarixli, 01111411 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 820 manat, cərimə qismində 252 manat, 21 iyun 2021-ci il tarixli, 23158857 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 820 manat 40 qəpik, cərimə qismində 244 manat 60 qəpik, 09 iyul 2021-ci il tarixli, 23204194 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.171 manat 40 qəpik, cərimə qismində 957 manat 60 qəpik, cəmi 6.266 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manat 66 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.D.Alpaşayev iddianı müdafiə edərək bildirdi ki, cavabdehin "xxxx" MMC ilə 08 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 3.360 manat olan «Samsung» markalı paltaryuyan, «Samsung LED» markalı televizor üçün 820 manat ödənilməmiş hissə, 252 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 21 iyun 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3.888 manat olan «Gorenje» markalı ütü, «Hoffmann» markalı soba, «Gorenje» markalı tozsoran, «Bianco» markalı çaydan, «Gorenje» markalı şirə çəkən, «Gorenje» markalı blender və tozsoran üçün torbaya görə 820 manat 40 qəpik ödənilməmiş hissə, 244 manat 60 qəpik cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 09 iyul 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3.206 manat 40 qəpik olan 2 ədəd «Apple Watch» markalı elektron saat üçün 3.171 manat 40 qəpik ödənilməmiş hissə, 957 manat 60 qəpik cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.678 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə göndərilmiş 15 mart 2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 08 dekabr 2019-cu il tarixli, 01111411 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 24 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung» markalı paltaryuyanı, «Samsung LED» markalı televizoru 3.360 manat məbləğinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin mal 08 dekabr 2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli, 23158857 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hissə-hissə ödəmək şərtilə «Gorenje» markalı ütünü, «Hoffmann» markalı sobanı, «Gorenje» markalı tozsoranı, «Bianco» markalı çaydanı, «Gorenje» markalı şirə çəkəni, «Gorenje» markalı blenderi və tozsoran üçün torbanı 3.888 manat məbləğinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin mal 21 iyun 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 09 iyul 2021-ci il tarixli, 23204194 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 24 ay ərzində hissə-hissə ödəmək şərtilə 2 ədəd «Apple Watch» markalı elektron saatı 3.206 manat 40 qəpik məbləğinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin mal 09 iyul 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, X2 hazırda iddiaçıya olan borcu 08 dekabr 2019cu il tarixli, 01111411 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 820 manat, cərimə qismində 252 manat, 21 iyun 2021-ci il tarixli, 23158857 nömrəli müqavilə üzrə 820 manat 40 qəpik, cərimə qismində 244 manat 60 qəpik, 09 iyul 2021-ci il tarixli, 23204194 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.171 manat 40 qəpik, cərimə qismində 957 manat 60 qəpik, cəmi 6.266 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 08 dekabr 2019-cu il tarixli, 01111411 nömrəli müqavilə üzrə 252 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər, 21 iyun 2021-ci il tarixli, 23158857 nömrəli müqavilə üzrə 244 manat 60 qəpik təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər, 09 iyul 2021-ci il tarixli, 23204194 nömrəli müqavilə üzrə 957 manat 60 qəpik təşkil edən cərimə məbləğinin 50 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 08 dekabr 2019-cu il tarixli, 01111411 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 820 manat, cərimə qismində 20 manat, 21 iyun 2021-ci il tarixli, 23158857 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 820 manat 40 qəpik, cərimə qismində 20 manat, 09 iyul 2021-ci il tarixli, 23204194 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.171 manat 40 qəpik, cərimə qismində 50 manat, cəmi 4.901 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 82 manat 66 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 08 dekabr 2019-cu il tarixli, 01111411 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 820 (səkkiz yüz iyirmi) manat və cərimə qismində 20 (iyirmi) manat, 21 iyun 2021-ci il tarixli, 23158857 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 820 (səkkiz yüz iyirmi) manat 40 (qırx) qəpik və cərimə qismində 20 (iyirmi) manat, 09 iyul 2021-ci il tarixli, 23204194 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.171 (üç min yüz yetmiş bir) manat 40 (qırx) qəpik, cərimə qismində 50 (əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat 66 (altmış altı) qəpik, cəmi 4.984 (dörd min doqquz yüz səksən dörd) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3922/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3922/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver