Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-393/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2* Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh2 və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 19.*4.2*22-ci il tarixli, 2V-6* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, onun ½ hissədə, Cavabdeh2 ½ hissədə paylarının müəyyən edilərək yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinin predmetinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 19.*4.2*22-ci il tarixli, 2V-6* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddiaçı ilə cavabdehin miras əmlakda hər birinin ½ hissədə payı müəyyən edilərək yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın predmetinə dəyişiklik edildiyi kimi baxmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X13 28.*9.2*21-ci il tarixdə ölmüşdür. X8 Cavabdeh2 adlı qızı və İddiaçı adlı oğlu mövcuddur. X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv/m olan mənzil məxsus olmuşdur. Miras qoyanın qızı Cavabdeh2 notariat ofisinə müraciət edərək adıçəkilən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilməsini istəmişdir. Notariat ofisi tərəfindən 19.*4.2*22-ci il tarixli, 2V-6* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Hesab edir ki, notariat ofisi tərəfindən vərəsəlik işi aparılan zaman qanun pozuntusuna yol verilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh iddiaçıya Rusiya vətəndaşı olduğuna görə miras əmlakda heç bir haqqı olmadığını demişdir. Bir neçə ay bundan qabaq iddiaçının razılığı olmadan vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərək, mülkü öz adına keçirmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, atası Əliyev Tapdıq 2*21-ci ilin sentyabr ayında vəfat etmişdir. Bundan sonra gəlib anası ilə danışmış və atasından miras qalmış evi 6 ay ərzində həll etməli olduqlarını demişdir. Anasının razılığı ilə qardaşı Elmirlə də danışmış, qardaşı Rusiyada olduğundan heç nəyə etirazı olmadığını göstərmiş, “mənə heç nə lazım deyil, özün götür”demişdir. Anası da miras payından və mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmədiyi üçün miras payı bütövlükdə qəbul edərək evi özü götürmüşdür. İddiaçı anası ilə atasının sağlığında da razılıq vermişdir ki, evdən heç bir pay istəmir. Valideynləri öldükdən sonra gəlib məhkəməyə vermişdir. O evi satmış, oğlunu Bakıda işə qoymuşdur. Notariusa da həmçinin qardaşının olduğunu demiş, qardaşı özü də etirazının olmadığını, notariusa müraciət etməyəcəyini bildirmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, babası Əliyev Tapdığın 3 vərəsəsi olmuşdur. X17, anası Dürdanə və dayısı İddiaçı. Nənəsi miras açılandan 8 ay sonra vəfat etmişdir. Nənəsi öz sağlığında anası Cavabdeh2 xeyrinə miras paydan imtina etmişdir. Əgər yenidən paylar müəyyən ediləcəksə, iddiaçıya 1/6 hissədə pay düşməlidir. Dayısı İddiaçı bütün məsələlərdən xəbəri olmuş, telefon danışıqları aparılmış, 6 ay ərzində sənədlər toplanmışdır. Dəfələrlə Azərbaycana gəlib-getmişdir. Heç bir etirazı olmamışdır. Daha sonra oğlu Rusiyada hərbi xidmətdən yayınsın deyə dayısı Azərbaycan vətəndaşlığı almaq istəmişdir. Gəlib demişdir ki, “ev mənim olsa vətəndaşlıq ala bilərəm.” ½ pay təklif etsələr də, tam mülkiyyət istəmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdeh 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ 867716 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, *9.*3.1963-cü il tarixdə anadan olmuş X9 ata qrafasında X14, ana qrafasında X3 qeyd olunmuşdur. Notariat işində olan *7.*4.2*22-ci il tarixli, 1522*11**4 qeydiyyat nömrəli, 2***11**856- *51*1-*93**1 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 2, 25 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X8 adına rəsmi reyestrdə qeydiyyat alınmışdır. AZ-İİ 216913 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 28.*9.2*21-ci il tarixdə ölmüşdür. 11.11.2*21-ci il tarixli, *5/Q-2622/7* nömrəli arayışdan görünür ki, X13 ilə X4 nikahları *9.*4.1958-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 45* nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. AZ *848382 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci ildə anadan olmuş Cavabdeh2 ata qrafasnda X15, ana qrafasında isə X3 qeyd olunmuşdur. Bakı şəhəri 51 saylı notariat ofisində 18.*3.2*22-ci il tarixli, 8İ-24*5 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, X12 28.*9.2*21-ci ildə ölmüş X6 qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. X1 əvəzinə nümayəndəsi Nümayəndə2 Rafiq oğlu imzalamışdır. 18.*3.2*22-ci il tarixli, 8İ-24*6 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, X12 28.*9.2*21-ci ildə ölmüş əri X6 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən ona çatası ½ hissəyə dair mülkiyyət hüquqlarını rəsmiləşdirmək və mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmədiyini, gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü göstərmişdir. X1 əvəzinə nümayəndəsi Nümayəndə2 Rafiq oğlu imzalamışdır. 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində 12.*3.2*22-ci il tarixli, 8İ-729 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 28.*9.2*21ci il tarixdə ölmüş atası X6 irs qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakdan ibarət mirası qəbul etməsi barədə ərizə vermiş, ərizəsində miras qoyanın ondan başqa yalnız X5 ibarət vərəsəsi olduğunu qeyd etmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 19.*4.2*22-ci il tarixli, 2V-6* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28.*9.2*21-ci ildə vəfat etmiş X8 vərəsəsi Cavabdeh2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən tam hissədə irs almalıdır. *5.*5.2*22-ci il tarixli, 1522*13168 qeydiyyat nömrəli, 2***11**856-*51*1-*93**1 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi reyestrdə qeydə alınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan müəyyən olunmuşdur ki, X12 13.*7.2*22-ci il tarixdə ölmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflərin mübahisələndirdikləri mənzil onların valideynlərindən miras qalmışdır. Həmin mənzilin 1/2 hissəsi əvvəlcə atalarından miras qalmışdır. Miras açılandan sonra vərəsələrdən cavabdeh olan Cavabdeh2 mirasıın qəbulu ilə bağlı notariat ofisinə ərizə verərək mirası qəbul etmiş, digər vərəsə X12 mirası qəbul etməkdən imtina etməsi barədə ərizə vermişdir. Bununla yanaşı X12 ərizə verərək mənzildən ona çatası ½ hissəyə dair mülkiyyət hüquqlarını rəsmiləşdirmək və mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmədiyini qeyd etmişdir. X7 adından yazılmış ərizə onun nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanmışdır.Tərəflərin valideynlərindən X12 da 13.*7.2*22-ci il tarixdə öldükdən sonra mübahisəli mənzilin ½ hissəsi ondan miras qalmışdır. İddiaçı iddia etmişdir ki, notarius miras əmlakdan payları müəyyən edərkən vərəsələrin dairəsini müəyyən etməmiş, vərəsəlik işi aparılan zaman qanun pozuntusuna yol vermişdir.Cavabdeh tərəf isə miras açılarkən miras əmlakın bütövlükdə onun mülkiyyətinə keçməsindən iddiaçının məlumatının olmasını və buna etiraz etməməsini göstərərək iddianın əsassız olduğunu bununla belə iddiaçıya mirasdan pay verilərsə 1/6 hissədə pay düşməli olduğunu göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə islasında tədqtq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, cavabdeh mirasın açılması barədə notariat ofisinə məlumat verərəkən vərəsələrin dairəsini düzğün göstərməməklə özündən başqa yalnız anası X7 vərəsə olduğunu qeyd etmişdir. X12 ərizəsində ərindən miras qalmış əmlakdan imtina etdiyini qeyd etsə də, cavabdehin xeyrinə imtina etdiyini göstərməmişdir. Bununla yanaşı mübahisəli mənzilin mülkiyyət hüququ üzrə X7 ½ hissədə payının hansı qaydada cavabdehin miras payına daxil edilməsi müəyyən olunmamışdır. Halbuki, yuxarıda qeyd olunan qanunvericilkdən görünür ki, sağ qalan arvadın vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. MM-in 13**-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. MM-in 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edirki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisində 19 aprel 2*22-ci ildə 2V-6* reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunun tələbləri pozulmaqla verildiyi üçün etibarsız hesab edilməlidir. Bununla yanaşı məhkəmə mübahisəli mənzilin tərəflərin valideynlərinin hər ikisindən miras qalmasını yəni 1\2 hissədə ataları X6 və ½ hissədə anaları X5 miras qalmasını və iddiaçının miras əmlakdan paylarının bərabər müəyyən edilməsini tələb etməsini nəzərə alaraq hesab edir ki, tərəflərin ataları X6 və anaları X5 miras qalmış Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 2*, mənzil 25-dən vərəsəlik qaydasında tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisində 19 aprel 2*22-ci ildə 2V-6* reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X6 ½ hissədə və X5 ½ hissədə miras qalmış, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 2* nömrəli evin 25 nömrəli mənzilindən vərəsəlik qaydasında 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh2 payları müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-393/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-393/2024
15.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver