Məhkəmə qərarları › İş №e-2(125)-395/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-395/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-395/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********91988 Blackview A80 markalı telefon üçün 257.2 (iki yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 25.8(iyirmi beş manat, səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefon üçün 183.4 (yüz səksən üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 18.6 (on səkkiz manat, altmış qəpik) manat cərimə miqdarında borc olmaqla, ümumilikdə 485 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********91988 Blackview A80 markalı telefon, İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefon almış və nəticədə 485 (dörd yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 313.2 (üç yüz on üç manat, iyirmi qəpik) manat (12 ay x 26.1 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********91988 Blackview A80 markalı telefon üçün ümumilikdə, 283 (iki yüz səksən üç) manat olmaqla ondan, 257.2 (iki yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 25.8(iyirmi beş manat, səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 416.4 (dörd yüz on altı manat, qırx qəpik) manat (12 ay x 34.7 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 202 (iki yüz iki) manat olmaqla ondan, 183.4 (yüz səksən üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.6 (on səkkiz manat, altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 289 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********91988 Blackview A80 markalı telefon üçün 257.2 (iki yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 25.8(iyirmi beş manat, səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefon üçün 183.4 (yüz səksən üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 18.6 (on səkkiz manat, altmış qəpik) manat cərimə miqdarında borc olmaqla, ümumilikdə 485 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 22330353 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********91988 Blackview A80 markalı telefonu cavabdehə verməyi, cavabdeh isə həmin telefona görə ödəniləcək məbləği müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə olan ödəniş cədvəli üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli № 21185684 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefonu cavabdehə verməyi, cavabdeh isə həmin telefona görə ödəniləcək məbləği müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə olan ödəniş cədvəli üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli № 21185684 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər hər ay 34.7 manat olmaqla cəmi 416.4 manat pulu iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli № 22330353 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər hər ay 26.10 manat olmaqla cəmi 313.20 manat pulu iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, həmin tarixlərdə Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İmei kodu **********91988 Blackview A80 markalı telefon, İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefonu tam qüsursuz təhvil almasını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********91988 Blackview A80 markalı telefon üçün 257.2 (iki yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 25.8(iyirmi beş manat, səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefon üçün 183.4 (yüz səksən üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 18.6 (on səkkiz manat, altmış qəpik) manat cərimə miqdarında borc, ümumilikdə 485 manat borcu yaranmışdır. İşdə olan iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehə, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********91988 Blackview A80 markalı telefon, İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefon satılmışdır. Müqaviləyə əsasən cavabdeh həmin telefona görə ödəniləcək məbləği müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə olan ödəniş cədvəli üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və nəticədə müqavilə üzrə 485 (dörd yüz səksən beş) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən nisyə satış müqaviləsinə görə yaranmış 485 (dörd yüz səksən beş) manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********91988 Blackview A80 markalı telefon üçün 257.2 (iki yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 25.8(iyirmi beş manat, səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********65085 Samsung galaxy A10 markalı telefon üçün 183.4 (yüz səksən üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 18.6 (on səkkiz manat, altmış qəpik) manat cərimə miqdarında borc, ümumilikdə 485 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar