Məhkəmə qərarları › İş №e-2(125)-3983/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3983/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3983/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı 04 may 2019-cu il tarixli, 00644300 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 168 manat 30 qəpik, cərimə qismində 16 manat 70 qəpik, 19 fevral 2020-ci il tarixli, 20114604 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 114 manat, cərimə qismində 11 manat, 19 iyun 2020-ci il tarixli, 20360275 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 349 manat 50 qəpik, cərimə qismində 34 manat 50 qəpik, 26 iyul 2020-ci il tarixli, 21040459 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.165 manat, cərimə qismində 116 manat, 01 dekabr 2020-ci il tarixli, 22097310 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 447 manat 44 qəpik, cərimə qismində 44 manat 56 qəpik, cəmi 2.467 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 manat 67 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 may 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 04 may 2019-cu il tarixli, 00644300 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 168 manat 30 qəpik, cərimə qismində 16 manat 70 qəpik, 19 fevral 2020-ci il tarixli, 20114604 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 114 manat, cərimə qismində 11 manat, 19 iyun 2020-ci il tarixli, 20360275 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 349 manat 50 qəpik, cərimə qismində 34 manat 50 qəpik, 26 iyul 2020-ci il tarixli, 21040459 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.165 manat, cərimə qismində 116 manat, 01 dekabr 2020-ci il tarixli, 22097310 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 447 manat 44 qəpik, cərimə qismində 44 manat 56 qəpik, cəmi 2.467 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 manat 67 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 02 may 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 04 may 2019-cu il tarixli, 00644300 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin, bildirişin və 21 mart 2021-ci il tarixli, 22397718 nömrəli müqavilənin surətlərindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 14 manat 03 qəpik ödəniş etmək, digər məbləği isə 15 ay ərzində hissə-hissə ödəmək şərtilə «Hoffmann» markalı soyuducunu 224 manat 48 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 04 may 2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. 21 mart 2021-ci il tarixli, 22397718 nömrəli müqaviləyə əsasən 04 may 2019-cu il tarixli, 00644300 nömrəli müqavilənin müddəti 01 iyul 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 19 fevral 2020-ci il tarixli, 20114604 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin, bildirişin və 21 mart 2021-ci il tarixli, 22397758 nömrəli müqavilənin surətlərindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 14 manat 25 qəpik ödəniş etmək, digər məbləği isə 11 ay ərzində hissə-hissə ödəmək şərtilə İMEİ kodu **********79140 olan «Hoffmann X Ultra» markalı mobil telefonu 171 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 19 fevral 2020-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. 21 mart 2021-ci il tarixli, 22397758 nömrəli əsasən 19 fevral 2020-ci il tarixli, 20114604 nömrəli müqavilənin müddəti 01 mart 2022-ci il tarixədək uzadılmışdır. İşdə olan 19 iyun 2020-ci il tarixli, 20360275 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin, bildirişin və 21 mart 2021-ci il tarixli, 22397792 nömrəli müqavilənin surətlərindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 13 manat 27 qəpik ödəniş etmək, digər məbləği isə 29 ay ərzində hissə-hissə ödəmək şərtilə İMEİ kodu **********77606 olan «Samsung Galaxy A10» markalı mobil telefonu 398 manat 10 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 19 iyun 2020-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. 21 mart 2021-ci il tarixli, 22397792 nömrəli əsasən 19 iyun 2020-ci il tarixli, 20360275 nömrəli müqavilənin müddəti 01 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 26 iyul 2020-ci il tarixli, 21040459 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin, bildirişin və 21 mart 2021-ci il tarixli, 22397762 nömrəli müqavilənin surətlərindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 34 manat 26 qəpik ödəniş etmək, digər məbləği isə 35 ay ərzində hissə-hissə ödəmək şərtilə «Hoffmann» markalı soyuducunu 1.233 manat 36 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 26 iyul 2020-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. 21 mart 2021-ci il tarixli, 22397762 nömrəli əsasən 26 iyul 2020-ci il tarixli, 21040459 nömrəli müqavilənin müddəti 01 mart 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 01 dekabr 2020-ci il tarixli, 22097310 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin, bildirişin və 21 mart 2021-ci il tarixli, 22397859 nömrəli müqavilənin surətlərindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 13 manat 16 qəpik ödəniş etmək, digər məbləği isə 35 ay ərzində hissə-hissə ödəmək şərtilə «Huawei Y6» markalı mobil telefonu 473 manat 76 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 01 dekabr 2020-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. 21 mart 2021-ci il tarixli, 22397859 nömrəli əsasən 01 dekabr 2020-ci il tarixli, 22097310 nömrəli müqavilənin müddəti 01 mart 2024-cü il tarixədək uzadılmışdır. Mülki işdə olan Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hal-hazırda iddiaçıya olan borcu 04 may 2019-cu il tarixli, 00644300 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 168 manat 30 qəpik, cərimə qismində 16 manat 70 qəpik, 19 fevral 2020-ci il tarixli, 20114604 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 114 manat, cərimə qismində 11 manat, 19 iyun 2020-ci il tarixli, 20360275 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 349 manat 50 qəpik, cərimə qismində 34 manat 50 qəpik, 26 iyul 2020-ci il tarixli, 21040459 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.165 manat, cərimə qismində 116 manat, 01 dekabr 2020-ci il tarixli, 22097310 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 447 manat 44 qəpik, cərimə qismində 44 manat 56 qəpik, cəmi 2.467 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 04 may 2019-cu il tarixli, 00644300 nömrəli müqavilə üzrə 16 manat 70 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, 19 fevral 2020-ci il tarixli, 20114604 nömrəli müqavilə üzrə 11 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, 19 iyun 2020-ci il tarixli, 20360275 nömrəli müqavilə 34 manat 50 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, 26 iyul 2020-ci il tarixli, 21040459 nömrəli müqavilə üzrə 116 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər, 40 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 04 may 2019-cu il tarixli, 00644300 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 168 manat 30 qəpik, cərimə qismində 5 manat, 19 fevral 2020-ci il tarixli, 20114604 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 114 manat, cərimə qismində 5 manat, 19 iyun 2020-ci il tarixli, 20360275 nömrəli müqavilə üzrə 349 manat 50 qəpik, cərimə qismində 5 manat, 26 iyul 2020-ci il tarixli, 21040459 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.165 manat, cərimə qismində 10 manat, 01 dekabr 2020-ci il tarixli, 22097310 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 447 manat 44 qəpik, cərimə qismində 5 manat, cəmi 2.274 manat 24 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 44 manat 67 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 04 may 2019-cu il tarixli, 00644300 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 168 (bir yüz altmış səkkiz) manat 30 (otuz) qəpik, cərimə qismində 5 (beş) manat, 19 fevral 2020-ci il tarixli, 20114604 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 114 (bir yüz on dörd) manat, cərimə qismində 5 (beş) manat, 19 iyun 2020-ci il tarixli, 20360275 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 349 (üç yüz qırx doqquz) manat 50 (əlli) qəpik, cərimə qismində 5 (beş) manat, 26 iyul 2020-ci il tarixli, 21040459 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.165 (bir min yüz altmış beş) manat, cərimə qismində 10 (on) manat, 01 dekabr 2020-ci il tarixli, 22097310 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 447 (dörd yüz qırx yeddi) manat 44 (qırx dörd) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 67 (altmış yeddi) qəpik, cəmi 2.318 (iki min üç yüz on səkkiz) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasina apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar