Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4015/2025 24.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəyə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2025-ci il tarixində bağlanmış, 4943 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış 950 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC arasında bağlanmış ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Atdığı hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışdır. İddiaçı MMC-nin əsas fəaliyyəti dünyanın qabaqcıl ölkələrindəki istehsalçılarla əməkdaşlıq edərək ən son innovasiyalı kosmetoloji avadanlıqların ölkə ərazisində satışını və texniki dəstək xidmətlərini həyata keçirməkdən ibarətdir. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh1 (Alıcı) arasında 25 yanvar 2025-ci il tarixində 4943 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqavilələrə əsasən satıcı İddiaçı MMC müqavilələrin əlavələri ilə müəyyənləşdirilən 6in1 hydrafacial məhsulununu alıcının mülkiyyətinə verməyi, alıcı isə onları təhvil alaraq onların dəyərini satıcıya müəyyənləşdirilmiş ödəniş qrafiki üzrə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, Müqavilənin icrasının təminatı qismində İddiaçı MMC (Satıcı) ilə Cavabdeh2 (Zamin) arasında zaminlik müqaviləsi də imzalanmışdır. Müqavilə üzrə satış obyekti tam həcmdə müqavilənin imzalanması ilə eyni tarixdə alıcıya təhvil verilmişdir. Alıcı bunu təsdiq edən sübut qismində tərtib edilmiş təhviltəslim aktını imzalayaraq təsdiq etmişdir. Satış obyektinin dəyəri və ödəniş qaydası Əlavə 1 ilə tənzimlənmişdir. Əlavəyə əsasən 6in1 hydrafacialın dəyəri 950 manat olaraq razılaşdırılmışdır. Həmin Əlavə ilə də bu məbləğin 10 aylıq və ayda 95 manat olmaqla ödəniş qrafiki qarşılıqlı olaraq razılaşdırılmışdır. Buna baxmayaraq artıq 4 aydan çox müddətin ötməsinə baxmayaraq Alıcı tərəfindən Satıcıya bir manat belə ödəniş edilməmişdir. Nəticədə Alıcının hazırki tarixdə 950 manat borcu qalmaqdadır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edilir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh1 (Alıcı) arasında 25 yanvar 2025-ci il tarixində 4943 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqavilələrə əsasən satıcı İddiaçı MMC müqavilələrin əlavələri ilə müəyyənləşdirilən 6in1 hydrafacial məhsulununu alıcının mülkiyyətinə verməyi, alıcı isə onları təhvil alaraq onların dəyərini satıcıya müəyyənləşdirilmiş ödəniş qrafiki üzrə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, Müqavilənin icrasının təminatı qismində İddiaçı MMC (Satıcı) ilə Cavabdeh2 (Zamin) arasında zaminlik müqaviləsi də imzalanmışdır. Müqavilə üzrə satış obyekti tam həcmdə müqavilənin imzalanması ilə eyni tarixdə alıcıya təhvil verilmişdir. Alıcı bunu təsdiq edən sübut qismində tərtib edilmiş təhvil-təslim aktını imzalayaraq təsdiq etmişdir. Satış obyektinin dəyəri və ödəniş qaydası Əlavə 1 ilə tənzimlənmişdir. Əlavəyə əsasən 6in1 hydrafacialın dəyəri 950 manat olaraq razılaşdırılmışdır. Həmin Əlavə ilə də bu məbləğin 10 aylıq və ayda 95 manat olmaqla ödəniş qrafiki qarşılıqlı olaraq razılaşdırılmışdır. Buna baxmayaraq artıq 4 aydan çox müddətin ötməsinə baxmayaraq Alıcı tərəfindən Satıcıya bir manat belə ödəniş edilməmişdir. Nəticədə Alıcının hazırki tarixdə 950 manat borcu qalmaqdadır. Həmçinin, Müqavilənin icrasının təminatı qismində İddiaçı MMC (Satıcı) ilə Cavabdeh2 (Zamin) arasında zaminlik müqaviləsi də imzalanmışdır. Müqavilə üzrə satış obyekti tam həcmdə müqavilənin imzalanması ilə eyni tarixdə alıcıya təhvil verilmişdir. Alıcı bunu təsdiq edən sübut qismində tərtib edilmiş təhviltəslim aktını imzalayaraq təsdiq etmişdir. Satış obyektinin dəyəri və ödəniş qaydası Əlavə 1 ilə tənzimlənmişdir. Əlavəyə əsasən 6in1 hydrafacialın dəyəri 950 manat olaraq razılaşdırılmışdır. Həmin Əlavə ilə də bu məbləğin 10 aylıq və ayda 95 manat olmaqla ödəniş qrafiki qarşılıqlı olaraq razılaşdırılmışdır. Buna baxmayaraq artıq 4 aydan çox müddətin ötməsinə baxmayaraq Alıcı tərəfindən Satıcıya bir manat belə ödəniş edilməmişdir. Nəticədə Alıcının hazırki tarixdə 950 manat borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, Cavabdeh1 və Cavabdeh2 AZCOSMETİCS” MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqaviləsi üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməlidir ona görə ki, Cavabdeh1, Cavabdeh2 kredit və zaminlik müqavilələrinə əsasən İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Odur ki, iddia tələbi təmin edilməli və xx.xx.2025-ci il tarixli, 4943 nömrəli müqaviləyə əsasən, 6in1 hydrafacial üçün 950 manat ödənilməmiş hissə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220,284-5-284-6-cı, 357 və 360-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən borc kimi yaranan 950 (doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən,onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Şikayət verilmədikdə həmin müddət bitdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4015/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4015/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver