Məhkəmə qərarları › İş №e-2(125)-4029/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4029/2024

19.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4029/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə və Gəncə X4 İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialı) “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB və Gəncə X4 İdarəsinə Gəncə şəhəri, Ozan küçəsi ev 42 ünvanında yerləşən evində iddiaçının istifadəsində olan “Gallus” markalı “İtron” model qaz sayğaclarının smart kartlarını blok etməklə həmin qaz sayğaclarının fəaliyyətini məhdudlaşdıran (dayandıran) qanunsuz müdaxilələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı Gəncə şəhəri, Ozan küçəsi ev 42 ünvanında Cavabdeh İB tərəfindən quraşdırılmış iki ədəd Fransa istehsalı “İtron” markalı “Gallus” model təbii qaz istehlakı üçün nəzərdə tutulmuş sayğaclardan istehlakçı kimi istifadə edir. Həmin qaz sayğacları illərdir ki, fasiləsiz və qüsursuz formada işləyir, smart (ağıllı) tipli sistemlə və smart kart ödəniş sistemi ilə təchiz edilən həmin sayğaclardan istifadə edəcəyi təbii qazın ödənişini öncədən smart kartlara ödəniş terminalları vasitəsi ilə yükləyərək istifadə edir. Bir neçə il öncə Cavabdeh İB-nin təşəbbüsü ilə Gəncə şəhərində Fransa istehsalı “İtron” markalı “Gallus” model smart qaz sayğaclarının Cavabdeh İB tərəfindən “istehlak müddətinin bitməsi” bəhanəsi ilə ölkə ictimaiyyətinə “Almaniya istehsalı” kimi təqdim olunan, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanununun” 11-ci maddəsinin tələblərinə zidd olaraq smart deyil, mexaniki tipli qaz sayğacları ilə dəyişdirilməsinə başlanıldı. Həmin dövrdən bu günə qədər əslində saz vəziyyətdə olan “İtron” markalı “Gallus” model smart qaz sayğaclarının guya ki, istehlak müddətinin başa çatması səbəbindən işləməməsi və Cavabdeh İB tərəfindən “Almaniya istehsalı” olan mexaniki qaz sayğacları ilə əvəz olunmasını qaz istehlakçılarına əsaslandırmaq üçün Cavabdeh İB tərəfindən “İtron” markalı, “Gallus” model smart qaz sayğaclarının smart kartları Cavabdeh İB-nin idarəçiliyində olan xüsusi proqram təminatı vasitəsi ilə bloklanmağa başladı. Bu qanunsuz əməl qaz abonentlərinin bir çoxunun texniki və informasiya-kommunikasiya biliklərinin olmaması səbəbindən geniş vüsət alaraq əhali tərəfindən sükutla qarşılandığından həmin smart sayğacların smart kartlarının bloklanmasından sonra saz vəziyyətdə olan “İtron” markalı “Gallus” model qaz sayğacları guya “Almaniya istehsalı” olan mexaniki qaz sayğacları ilə Cavabdeh İB tərəfindən kütləvi şəkildə əvəz olunmağa başladı. Həmin illər ərzində bir neçə dəfə istifadəmdə olan «Gallus» markalı «İtron» model smart qaz sayğacları Cavabdeh İB-nin Gəncə RQİİ-si tərəfindən bloklanmaya məruz qalıb. Həmin qanunsuz əməllərdən mən facebook sosial şəbəkəsi vasitəsi ilə Cavabdeh İB-yə müraciət etdikdən sonra sayğacların smart kartları blokldan açılıb və o, həmin sayğaclardan istifadə etmişdir. Lakin son zamanlar Cavabdeh İB tərəfindən istifadəsində olan «Gallus» markalı «İtron» modelsmart tipli qaz sayğaclarının smart kartı dəfələrlə bloklanıb. O, sosial şəbəkə vasitəsi ilə Cavabdeh İB-yə şikayət ünvanladıqdan sonra, Gəncə RQİİ-yə gedərək əsəblərini və vaxtını sərf etdikdən sonra smart kartlar blokdan açılır, “istehlak müddəti bitmiş” smart tipli qaz sayğacları yenidən istifadəyə yararlı olur. Azərbaycan Respublikasına Cavabdeh İB tərəfindən gətirilərək qaz abonentlərinin evlərinə quraşdırılan qaz sayğacları ilə bağlı müstəqil vətəndaş araşdırması apararaq Fransanın “İtron” şirkətinə elektron poçt vasitəsi ilə müraciət edib göndərdiyim sorğulara əsasən aldığım cavablarda «Gallus» markalı «İtron» modelqaz sayğaclarının istismar müddətinin 20 (iyirmi) il olduğu deyilib. Hansı səbəbdən Cavabdeh İB-nin “İtron” şirkətindən smart tipli qaz sayğaclarının almamasını soruşduqca, “İtron” şirkətindən verilən cavabda Cavabdeh İB-nin “İtron” şirkətinin smart sayğaclarında yeni funksiyaların - həm qaz istehlakçıları həm də qaz paylayıcı üçün faydalı və rahat olan yeniliklərin - tətbiq edilməsi səbəbindən həmin sayğacları almaqdan imtina etdiyi deyildi. Cavabdeh İB-nin əhaliyə təqdim etdiyi “Zenner” adlı guya ki, “Almaniya istehsalı” olan mexaniki qaz sayğaclarının isə əslində mənşəyi məlum olmayan, istehsal ölkəsi bilinməyən sayğacları olduğunu sübut edən kifayət qədər dəlillər topladım. Apardığı araşdırma nəticəsində məlum etdi ki, əsl “Zenner” qaz sayğacları istehsal edən şirkət Almaniyada, Saarbryuken şəhərində yerləşir və fəaliyyət göstərir. Beynəlxalq əmtəə nişanları standartlarına görə istehsalçıya məxsus ticarət nişanı olan və həmin istehsalçı tərəfindən istehsal edilən orijinal mal və məhsulların üzərində beynəxalq standartların, sertifikatların və digər normativ tələblərin simvolları, o cümlədən istehsal ölkəsinin adı tam və dolğun yazılır. “Zenner” sayğacları Almaniyada istehsal olunduqda sayğacların üzərində ingilis dilində “Made in Germany” (Almaniyada istehsal edilib) yazılmalıdır. Cavabdeh İB-nin tabeli müəssisələrinin həyətində tökülərək yerlərdə qalan guya ki, Almaniya istehsalı olan “Zenner” sayğaclarının nə qutularında nə də sayğacların üzərində heç bir beynəlxalq keyfiyyət standartının, normativ tələblərin simvolları, o cümlədən istehsal ölkəsi barədə məlumat yoxdur. Halbuki həm Avropa həm də Asiya ölkələri istehsalçılarının istənilən məhsulunun üzərində həmin simvollar mövcuddur. Bütün bunlar bir daha Cavabdeh İB-nin guya Almaniya istehsalı kimi qələmə verdiyi qaz sayğaclarının əslində mənşəyi məlum olmayan, heç bir beynəlxalq standartlara cavab verməyən cihazlar olduğuna sübutdur. İddiaçının əsəblərini korlayıb, vaxt itkisinə məruz qoyub, gözlənilmədiyi halda əvvəlcədən ona xəbərdarlıq etmədən, məni çarəsiz vəziyyətdə qoymaqla, istehlakçı hüquqlarını kobud şəkildə pozaraq saz vəziyyətdə olan smart tipli qaz sayğaclarının smart kartını blok edən Cavabdeh İB-nin və Gəncə RQİİ-nin qanunsuz əməllərindən təngə gələrək istifadəsində olan, saz vəziyyətdə işləyərək ona heç bir çətinlik yaratmayan, beynəlxalq standartlara uyğun, dünyanın aparıcı texnoloji dövlətlərindən olan Fransa Respublikasının istehsalı olan “İtron” markalı, “Gallus” model smart tipli qaz sayğaclarının proqram təminatına, smart tipli kartlarına qanunsuz müdaxilələr etməsinin ona qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Məhkəmənin nəzərinə çatdırır ki, eyni mahiyyətli istehlakçı şikayəti əsasında Gəncə şəhər Məhkəməsinin xx.xx.2022 tarixli e2(125)-226/2022 saylı qətnaməsi çıxarılaraq Cavabdeh İB tərəfindən istehlakçının ünvanına quraşdırılan mexaniki tipli qaz sayğacının smart tipli qaz sayğacı ilə dəyişdirilməsi və Cavabdeh tərəfindən istehlakçıya hesablanmış 505,27 manat borcun silinməsi barədə məhkəmə qərarı həmin qətnamədə öz əksini tapmışdır. Həmin qətnamə Cavabdeh İB-nin guya Almaniya istehsalı kimi qələmə verdiyi qaz sayğaclarının əslində mənşəyi məlum olmayan, heç bir beynəlxalq standart və sertifikatlara uyğun olmayan cihazlar olduğuna sübutdur. Həmin qətnamə onun iddia ərizəsində göstərdiyi dəlillərin preyudisial sübutudur. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “mygov” internet portalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 51UED6MGCSYSNHGX nömrəli elektron sənədə əsasən, İddiaçı yaşayış yeri ünvan 3 ünvanıdır. İş materiallarında olan “mygov” internet portalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, PSİTYEDPG7N4NG8X nömrəli elektron sənədə əsasən, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin: - 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. - 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı iş üzrə iddiaçı qaz paylayıcısı olan cavabdeh tərəfdən edilən müdaxilələr nəticəsində yaşadığı ünvan 4 ünvanında yerləşdirilmiş qaz sayğacından istifadə edə bilmədiyini və müvafiq müraciətlərindən sonra həmin sayğacın işlək vəziyyətə qaytarıldığını, beləliklə istehlakçı olaraq hüquqlarını pozduğu üçün qanunsuz hesab etdiyi həmin müdaxilələrin cavabdeh tərəfə qadağan olunmasını xahiş etmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd edilən qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia Cavabdeh İB-yə qarşı hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh Gəncə X4 İdarəsi müstəqil hüquqi şəxs olmadığından, beləliklə hazırkı iş üzrə tələbin yönələcəyi cavabdeh ola bilməyəcəyindən iddia ona qarşı hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 50.3-ci maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən, İddiaçı istifadəsində olan “Gallus” markalı “İtron” model qaz sayğaclarının smart kartlarını blok etməklə fəaliyyətini məhdudlaşdıran (dayandıran) qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar