Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4100/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rustəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu: **********05702 olan İphone 12 Pro markalı telefon üçün 1254 manat ödənilməmiş hissə, 377 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG kondisioner, Samsung Soyuducu, Trimmer Wahl üçün 4100.4 manat ödənilməmiş hissə, 1229.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Apple Airpods üçün 1080 manat ödənilməmiş hissə, 324 manat cərimə, ümumilikdə 8365 manat borcun və 103.65 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu: **********05702 olan İphone 12 Pro markalı telefon, LG kondisioner, Samsung Soyuducu, Trimmer Wahl və 2 ədəd Apple Airpods almış və nəticədə 8365 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2884 manat (3 ay x 628 manat + 1000 manat ilkin ödəniş) İmei kodu: **********05702 olan İphone 12 Pro markalı telefon üçün ümumilikdə 1631 manat olmaqla ondan, 1254 manat ödənilməmiş hissə, 377 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4326.4 manat (3 ay x 1366.8 manat + 226 manat ilkin ödəniş) LG kondisioner, Samsung Soyuducu, Trimmer Wahl üçün ümumilikdə 5330 manat olmaqla ondan, 4100.4 manat ödənilməmiş hissə, 1229.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1133 manat (3 ay x 360 manat + 53 manat ilkin ödəniş) 2 ədəd Apple Airpods üçün ümumilikdə 1404 manat olmaqla ondan, 1080 manat ödənilməmiş hissə, 324 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 8365 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il. xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2884 manat (3 ay x 628 manat + 1000 manat ilkin ödəniş) İmei kodu: **********05702 olan İphone 12 Pro markalı telefon; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4326.4 manat (3 ay x 1366.8 manat + 226 manat ilkin ödəniş) LG kondisioner, Samsung Soyuducu, Trimmer Wahl; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1133 manat (3 ay x 360 manat + 53 manat ilkin ödəniş) 2 ədəd Apple Airpods satın və təhvil almış, həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1254 manat ödənilməmiş hissə, 377 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 4100.4 manat ödənilməmiş hissə, 1229.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1080 manat ödənilməmiş hissə, 324 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları Cavabdeh Kamil oğluna təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. İddiaçı müqavilələrə istinad edərək gecikdirilmiş ödənişlərə görə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 377 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1229.6 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 324 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1.6 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1254 manat əsas borc, 1 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4100.4 manat əsas borc, 1.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1080 manat əsas borc, 1 manat cərimə olmaqla, cəmi 6438 manat borc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçnın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 84.38 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1254 manat əsas borc, 1 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4100.4 manat əsas borc, 1.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1080 manat əsas borc, 1 manat cərimə olmaqla, cəmi 6438 (altı min dörd yüz otuz səkkiz) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 84 (səksən dörd) manat 38 (otuz səkkiz) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-4100/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4100/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver