Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4117/2024 20.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı ABC Telecom MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK üçün 2724 manat ödənilməmiş hissə, 272 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən SLEEVE kompüter çantası üçün 71.01 manat ödənilməmiş hissə, 7.99 manat cərimə olmaqla, ümumilikdə 3075 manat borc, 50.75 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlamış olduğu xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK, SLEEVE kompüter çantası almış və nəticədə 3075 (üç min yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli 13861123 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2724 (iki min yeddi yüz iyirmi dörd) manat (12 ay x 227 manat + 0 manat ilkin ödəniş) APPLE MACBOOK üçün ümumilikdə 2996 (iki min doqquz yüz doxsan altı) manat olmaqla ondan, 2724 (iki min yeddi yüz iyirmi dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 272 (iki yüz yetmiş iki) manat cərimə, xx.xx.2022-ci il tarixli 13861124 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 71.01 (yetmiş bir manat bir qəpik) manat (9 ay x 7.89 manat + 0 manat ilkin ödəniş) SLEEVE kompüter çantası üçün ümumilikdə, 79 (yetmiş doqquz) manat olmaqla ondan, 71.01 (yetmiş bir manat bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.99 (yeddi manat doxsan doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi Nümayəndə2 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İzahatında nümayəndə həmçinin qeyd etmişdir ki, cavabdehin aldığı kompüteri qaytardığı barədə məhkəməyə sənəd təqdim etməsinə baxmayaraq, aldığı kompüteri qaytarmamışdır. Cavabdeh məhkəməyə gəlməmişdir, məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək Bakı şəhərində yaşadığından və himayəsində yaşayan övladı Bakı şəhərində məktəbdə oxuduğu və əlavə olaraq məşqə getdiyi üçün Bakı şəhərindən kənara çıxa bilmədiyini qeyd etmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı Cavabdeh məhkəməyə ərizə göndərərək işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etsə də, onun bu vəsatəti əsassız hesab edilmişdir. Məhkəmə Cavabdeh Gəncə şəhər məhkəməsinə gələ bilmədiyi barədə məhkəməyə bildirdiklərini nəzərə alaraq, məhkəmə iclası zamanı Cavabdeh ilə videogörüntülü telefon əlaqəsi vasitəsilə onun iştirakını mümkün hesab etmişdir. Cavabdeh vedeotelefon əlaqəsi vasitəsilə verdiyi izahatında bildirmişdir ki, "xxxx" MMCdən Apple MacBook Air 13 MGND3RU/AGold alsa da, həmin Apple MacBook Air-i xx.xx.2022-ci ildə də rəsmi qaytarmışdır. Apple MacBook Air 13 Bakı Şəhəri Sahil filialında alınmış, göndəriş əsasında Bakıxanov, 20 Yanvar, Nərimanov, Sahil, 28 May Filiallarına gedərək dəfələrlə işin aydınlaşması üçün getsə də, sonda X4 ilə geri qaytarmışdır. Əlavə olaraq həmin sübutun düzgünlüyünü təsdiq etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, onun həmin məhsul üzrə heç bir borcu yoxdur, əksinə "xxxx" MMC ona tamamilə köhnə MACBOOK AİR satdığı üçün o, həmin MACBOOK AİR-i və sair əşyaların hamısını geri qaytarmışdır. Məhkəmə iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh görüntülü telefon əlaqəsi vasitəsilə verdiyi izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 13861123 saylı nisyə alqı-satqı müqaviləsindən və müqavilyə Əlavədən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən "xxxx" MMC-dən dəyəri 2724 (iki min yeddi yüz iyirmi dörd) manat olan Apple MacBook Air 13 MGND3RU/Agold almış və 12 ay müddətinə hər ay 227 manat olmaqla həmin məbləğdə pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 23 aprel 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Apple MacBook Air 13 MGND3RU/AGold adında məhsulu X2 geri qaytarmışdır. İş materiallarına əlavə olunan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(125)-3706/2024 saylı qərardadından görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 13861123 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.724 manat 272 qəpik, xx.xx.2022-ci il tarixli, 13861124 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 71 manat 01 qəpik, cərimə qismində 7 manat 99 qəpik, cəmi 3.075 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat 75 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə olunan, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə1 Gəncə Şəhər Məhkəməsinin Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsində qaldırdıqları pul tələbinə dair işin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Baxılan işdə tədqiq olunmuş sübutlarla işin mübahisəsiz faktiki halı kimi təsdiq olunur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli 13861123 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş etmədən dəyəri 2724 (iki min yeddi yüz iyirmi dörd) manat olan Apple MacBook Air 13 MGND3RU/Agold 12 ay müddətinə nisyə qaydada satılmışdır. Cavabdeh həmin əşyanı lazımı keyfiyyətdə olmaması səbəbindən 23 aprel 2022-ci il tarixdə "xxxx" MMC-yə qaytardığını bildirmiş və işin bu halını təsdiq edən sübut növü kimi, həmin əşyanın geri qaytarıldığı barədə 23 aprel 2022-ci il tarixli təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, həmin Aktın işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı, dəyəri 2724 manat olan əşyanı (Apple MacBook Air 13 MGND3RU/Agold) 23 aprel 2022-ci il tarixdə geri qaytarmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlər malların alqı satqısından əmələ gələn münasibətlərdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən normalarına uyğun qaydada həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. -587.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Beləliklə, işin faktiki hallarına hallarına uyğun olaraq, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, Cavabdeh hazırki vəziyyətdə "xxxx" MMC qarşısında sözügedən müqavilə əsasında pul ödəmək öhdəliyi yoxdur, ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4117/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4117/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver