Məhkəmə qərarları › İş №e-2(125)-4173/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4173/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4173/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, bu qətnaməni qəbul etdi; İşin halları Mülki işin materiallarında olan, xx.xx.2022-ci il tarixli PAG********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 məxsus “Qaz 31029” markalı, ** BH *** qeydiyyat nişanlı avtomobilinin sığortalanması barədə "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə PXA********** saylı sığorta müqaviləsi bağlanmışdır. Mülki işin materiallarında olan, 27 may 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus, “Qaz 31029” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomaşın barəsində Cavabdeh2 1 il müddətinə etibarnamə vermiş və sürücülük hüququ olduqda həmin avtomaşını idarə etməyi etibar etmişdir. Mülki işin materiallarında olan, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)- 806/2021 saylı xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Maraqlı şəxs Qabil oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 400 manat cərimə edilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2021-ci il tarixli PXA********** saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış Cavabdeh1 məxsus “Qaz 31029” markalı, ** BH *** qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixdə Gəncə şəh, Ş.İ.Xətai prospekti ilə Z.Xəlil küçəsinin kəsişməsi yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Qaz 31029” markalı, ** BH *** qeydiyyat nişanlı avtomobilə dəymiş 1035 manat məbləğində sığorta ödənişi X5 ödənilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2021-ci il tarixli PXA********** saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəh, Ş.İ.Xətai prospekti ilə Z.Xəlil küçəsinin kəsişməsi yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 dəymiş 750 manat məbləğində sığorta ödənişi X5 ödənilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 1035 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 750 manat sığorta ödənişi olmuşdur. İddia tələbi barədə məlumatlar. İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1785,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 38,00 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il saat 09:00 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Z.Xəlil küçəsi ərazisində Cavabdeh1 məxsus, etibarnamə ilə Cavabdeh2 istifadəsində olan, Maraqlı şəxs Qabil oğlunun idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Qaz 31029” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 21061” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymiş və “Vaz 21061” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 yüngül dərəcəli xəsarət almışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş 3(043)-806/2021 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Maraqlı şəxs Qabil oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 3097 №-li, xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, “Vaz 21061” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddizərər 1035,00 manat təşkiledir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA95064/22 saylı sığorta aktı tərtib edilməklə “Vaz 21061” markalı, 20-EH392 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1035,00 manat, PXA97913/22 saylı sığorta aktı tərtib edilməklə isə X1 dəymiş zərərə görə750,00 manat məbləğində sığorta ödənişi ödənilmişdir. (ümumilikdə 1785,00 manat) Araşdırma zamanı məlum olmuşdur ki, sığortalanmış “Qaz 31029” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, istifadə hüququ isə etibarnamə ilə X3 verilmiş yol nəqliyyat hadisəsi zamanı isə Maraqlı şəxs tərəfindən nəqliyyat vasitəsi sürücü tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edilmişdir. Tərəfimizdən ilkin olaraq Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi verilərək İntibati xəta üzrə təqsirli hesab edilmiş Maraqlı şəxs vurulmuş ziyanın nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmadan idarə edilməsinə görə geri qaytarılması tələb olunmuşdur. xx.xx.2025-ci il Gəncə Şəhər Məhkəməsi tərəfindən tərtib edilmiş İş № e-2(125)-583/2025 saylı qətnaməyə əsasən iddia rədd edilmişdir. Belə ki, Məhkəmə Maraqlı şəxs “Qaz 31029” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçinin iradəsinə zidd olaraq idarə etmədiyi, həmçinin məhkəmə belə hesab etmişdir ki, mülki hüquqi məsuliyyət birbaşa mülkiyyətçiyə aid edilməli və iddia müvafiq olaraq mülkiyyətçiyə qarşı irəli sürülməlidir. Bu səbəbdən Maraqlı şəxs qarşı irəli sürülmüş iddia əsassız hesab edilərək təmin olunmamışdır. Tərəflərin izahatları Məhkəmədə Cavabdeh1 iştirak etmiş, iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, o, mülkiyyətində olan “Qaz 31029” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşını 27 may 2021-ci il tarixdə qanuni əsaslarla, etibarnamə ilə digər Cavabdeh2 istifadəsinə vermiş, avtomaşın Cavabdeh2 qanuni sahibliyində olduğu zaman, Cavabdeh2 həmin avtomaşını idarə edilməsi üçün sürücülük vəsiqəsi olmayan Maraqlı şəxs Qabil oğluna vermişdir. Maraqlı şəxs Qabil oğlu isə etibarnamənin qüvvədə olduğu xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Onun bu hadisəyə heç bir aidiyyəti yoxdur. Ona görə də hesab edir ki, ona qarşı irəliu sürülən iddia iddia əsassızdır. Sonda Cavabdeh1 iddianın ona aid olan hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Maddi hüquq normaları «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununu Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur Maddə 23.1.6 Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: -25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Prosessual hüquq normaları, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin iş üzrə mövqeyi Məhkəmə Cavabdeh1 dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia Cavabdeh2 aid olan hissədə əsaslı olduğundan təmin edilməli, digər Cavabdeh1 aid olan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə göstərir ki, iş materiallarında olan mötəbər sübutetmə vasitələri ilə işin faktiki halları kimi müəyyən edilir ki, xx.xx.2021-ci il saat 09:00 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Z.Xəlil küçəsi ərazisində Cavabdeh1 məxsus, etibarnamə ilə Cavabdeh2 istifadəsində olan, Maraqlı şəxs Qabil oğlunun idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Qaz 31029” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 21061” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymiş və “Vaz 21061” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 yüngül dərəcəli xəsarət almışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş 3(043)- 806/2021 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Maraqlı şəxs Qabil oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görəsürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 3097 №-li, xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, “Vaz 21061” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1035,00 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA95064/22 saylı sığorta aktı tərtib edilməklə “Vaz 21061” markalı, 20-EH392 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1035,00 manat, PXA97913/22 saylı sığorta aktı tərtib edilməklə isə X1 dəymiş zərərə görə750,00 manat məbləğində sığorta ödənişi ödənilmişdir. (ümumilikdə 1785,00 manat) Araşdırma zamanı məlum olmuşdur ki, sığortalanmış “Qaz 31029” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, istifadə hüququ isə etibarnamə ilə X3 verilmiş yol nəqliyyat hadisəsi zamanı isə Maraqlı şəxs tərəfindən nəqliyyat vasitəsi sürücü tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən irəli sürülən, cəmi 1785,00 manat manat məbləğində sığorta ödənişinin Cavabdeh2 subroqasiya qaydasında geri alınması barədə iddia tələbi qanuni əsaslıdır, ona görə də iddia Cavabdeh2 aid olan hissədə təmin olunmalıdır. Cavabdeh1 isə formal olaraq zərərvuran nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, hadisənin baş verdiyi anda, zərərvuran nəqliyyat vasitəsi X2 qanuni sahibliyində olduğundan, məhkəmə bu qənaətdədir ki, Cavabdeh1 aid olan hissədə iddia əsassız sayılmalı və təmin olunmamalıdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı "xxxx" ASC tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan 38 manat hissəsinin əvəzi Cavabdeh2 alınıb "xxxx" ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 1785 (bir min yeddi yüz səksən beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat məbləğində pul alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar