Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4184/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı 13 iyun 2021-ci il tarixli, 23139235 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 646 manat 90 qəpik, cərimə qismində 64 manat 10 qəpik, 01 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 133 manat 32 qəpik, cərimə qismində 13 manat 68 qəpik, 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 108 manat, cərimə qismində 10 manat, 30 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 594 manat 99 qəpik, cərimə qismində 59 manat 01 qəpik, 03 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.216 manat 08 qəpik, cərimə qismində 121 manat 92 qəpik, cəmi 2.968 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 68 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 12 may 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 13 iyun 2021-ci il tarixli, 23139235 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 646 manat 90 qəpik, cərimə qismində 64 manat 10 qəpik, 01 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 133 manat 32 qəpik, cərimə qismində 13 manat 68 qəpik, 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 108 manat, cərimə qismində 10 manat, 30 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 594 manat 99 qəpik, cərimə qismində 59 manat 01 qəpik, 03 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.216 manat 08 qəpik, cərimə qismində 121 manat 92 qəpik, cəmi 2.968 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 68 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 15 may 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 13 iyun 2021-ci il tarixli, 23139235 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 38 manat ödəniş etmək, digər məbləği isə 12 ay ərzində hissə-hissə ödəmək şərtilə İMEİ kodu **********17767 olan «Samsung Galaxy A21S» markalı mobil telefonu, İMEİ kodu **********94438 olan «Samsung Galaxy A21S» markalı mobil telefonu 1.008 manat 80 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşyalar 13 iyun 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 01 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 6 manat ödəniş etmək, digər məbləği isə 3 ay ərzində hissə-hissə ödəmək şərtilə «Canali» markalı qazan dəstini 205 manat 98 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 01 oktyabr 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 3 manat ödəniş etmək, digər məbləği isə 3 ay ərzində hissə-hissə ödəmək şərtilə «Gorenje» markalı şirə çəkəni 111 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 27 oktyabr 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 30 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 5 manat 79 qəpik ödəniş etmək, digər məbləği isə 12 ay ərzində hissə-hissə ödəmək şərtilə İMEİ kodu **********79709 olan «Xiaomi Redmi 9T» markalı mobil telefonu 600 manat 99 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 30 oktyabr 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli, ******* müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 24 ay ərzində hissə-hissə ödəmək şərtilə «Toshiba LED» markalı televizoru 1.216 manat 08 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 03 noyabr 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdehnun hal-hazırda iddiaçıya olan borcu 13 iyun 2021-ci il tarixli, 23139235 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 646 manat 90 qəpik, cərimə qismində 64 manat 10 qəpik, 01 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 133 manat 32 qəpik, cərimə qismində 13 manat 68 qəpik, 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 108 manat, cərimə qismində 10 manat, 30 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 594 manat 99 qəpik, cərimə qismində 59 manat 01 qəpik, 03 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.216 manat 08 qəpik, cərimə qismində 121 manat 92 qəpik, cəmi 2.968 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 13 iyun 2021-ci il tarixli, 23139235 nömrəli müqavilə üzrə 64 manat 10 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər, 01 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 13 manat 68 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə 10 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, 30 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 59 manat 01 qəpik təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər, 03 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 121 manat 92 qəpik qəpik təşkil edən cərimə məbləğinin 15 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 13 iyun 2021-ci il tarixli, 23139235 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 646 manat 90 qəpik, cərimə qismində 10 manat, 01 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 133 manat 32 qəpik, cərimə qismində 5 manat, 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 108 manat, cərimə qismində 5 manat, 30 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 594 manat 99 qəpik, cərimə qismində 10 manat, 03 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.216 manat 08 qəpik, cərimə qismində 15 manat, cəmi 2.744 manat 29 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 49 manat 68 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13 iyun 2021-ci il tarixli, 23139235 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 646 (altı yüz qırx altı) manat 90 (doxsan) qəpik, cərimə qismində 10 (on) manat, 01 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 133 (bir yüz otuz üç) manat 32 (otuz iki) qəpik, cərimə qismində 5 (beş) manat, 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 108 (bir yüz səkkiz) manat, cərimə qismində 5 (beş) manat, 30 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 594 (beş yüz doxsan dörd) manat 99 (doxsan doqquz), cərimə qismində 10 (on) manat, 03 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.216 (bir min iki yüz on altı) manat 08 (səkkiz) qəpik, cərimə qismində 15 (on beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 (qırx doqquz) manat 68 (altmış səkkiz) qəpik, cəmi 2.793 (iki min yeddi yüz doxsan üç) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasina apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4184/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4184/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver