Məhkəmə qərarları › İş №e-2(125)-4195/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4195/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4195/2025 23.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh2 və Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ML/4286 saylı xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 642 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci ML/4286 nömrəli X1 bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 1 ədəd 2016-cı il buraxılışlı, “Kia Optima” minik markalı,5XXGW4L27HG126819 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 % dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 17100 manat təşkil etmişdir. 01 noyabr 2022-ci il tarixli, ML/4286 nömrəli Maliyyə Lizinqi Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 01 noyabr 2022-ci il tarixli 4286 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh1 01 noyabr 2022ci il tarixli 4286 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, xx.xx.2023-cü il tarixində Cavabdeh2 tərəfindən GoldenPay (hesab.az) onlayn ödəmə sistemi vasitəsilə 499 manat və 163 manat (qrafik üzrə borc məbləği 661.94 manat) məbləğində kredit ödənişi keçirilən zaman texniki problem baş vermiş və nəticədə həmin 499 manat məbləğində ödəniş bir ödəmə kodu (7********) üzrə iki dəfə, 163 manat məbləğində ödəniş isə 1 ödəmə kodu üzrə (7********) iki dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu halda Cavabdeh2 "xxxx" MMC-yə olan borcu sistemdə uzun müddət yaranan texniki nasazlıqla əlaqədar bağlı olaraq görsənsə belə tam şəkildə bağlanmamışdır. "xxxx" MMC və "xxxx" ASC tərəfindən bizə daxil olan cavab məktubları da bu halı təsdiqləyir (məktubların surəti iddia ərizəsinə əlavə olunur). Belə ki, "xxxx" ASCnin GP-05/2025-26 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, hesab.az platforması üzrərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürülmüş və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. "xxxx" MMC isə özünün xx.xx.2025-ci il tarixli məktubunda bildirir ki, əməliyyatın statusunu yoxlayan servisdən istifadə etmədən eyni əməliyyat ödənişi qəbul edən təşkilat (yəni hesab.az) tərəfindən təkrar göndərilmişdir. Baş vermiş texniki xətanın nəticələri gec aşkarlandığına və aradan qaldırmaq mümkün olmadığına görə, "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, Cavabdeh2 həmin texniki nasazlıq nəticəsində "xxxx" MMC-yə kredit üzrə qalıq borcu 662 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan ML/4286 saylı xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 36 ay müddətinə 23 % dərəcəsi ilə “Kia Optima” minik markalı, 5XXGW4L27HG126819 ban nömrəli nəqliyyat vasitəsini 17100 manata satın və təhvil almış, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 4286 nömrəli xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 642 manat əsas borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin ödənilməsi üçün məsuliyyət daşıyır. - Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və cərimə borcu, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 642 (altı yüz qırx iki) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul müştərək qaydada tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar