Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4201/2025 23.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı Lizinq Müqaviləsinin ləğv edilməsi, lizinq öbyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı Lizinq Müqaviləsinin ləğv edilməsi, lizinq öbyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01150-EGN №-li X1 Müqaviləsinin ləğv edilməsi, KİA SORENTO MİNİK Model, buraxılış ili: 2011, ban nömrəsi: KNAKU815BBA229468, rəngi: BOZ qızılı metallik, mühərrik həcmi: 1995sm³, 20AB155 dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin Cavabdeh alınıb İddiaçı BOKT ASC-nə qaytarılması, Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə 3158,79 manat əsas, 2144,50 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 3947,50 manat məbləğində mükafat, cəmi 9240,79 manat borc və ödənilmiş 112,41 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01150-EGN №-li X1 Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə markası: KİA SORENTO MİNİK Model, buraxılış ili: 2011, ban nömrəsi: KNAKU815BBA229468, rəngi: BOZ qızılı metallik, mühərrik həcmi: 1995sm³, 20AB155 dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsi 36 ay müddətinə lizinqə verilmişdir. Müqavilənin 1.1-ci bəndinə görə, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş yuxarıda qeyd edilən nəqliyyat vasitəsini mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqq müqabilində Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə görə, Lizinq alanbu Müqavilənin imzalanmasından sonra Lizinq verənin Satıcı ilə bağladığı müqavilə üzrə Alıcının hüquq və öhdəliklərini, o cümlədən əmlakın saxlanılması, istifadəsi, təmiri, sahibliyi, habelə Satıcıya qarşı tələblərin irəli sürülməsi üzrə hüquq və öhdəliklərini qəbul edir. Müqavilənin 1.3-cü bəndinə görə, Lizinq verən Lizinq alanla əmlakın qiymətini, təslim müddətlərini və alqı-satqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. Müqavilənin 2.1-ci bəndinə görə, əmlakın Lizinq verən tərəfindən Satıcıdan mülkiyyət hüququ ilə əldə etməsindən 1 gün ərzində Lizinq alan Əmlakı qəbul etməlidir. Müqavilənin 2.5-ci bəndinə görə, əmlak Lizinq alana Lizinq verən tərəfindən 36(otuz altı) ay müddətinə, lizinqə verilir. Müqavilənin 3.1-ci bəndinə görə, 17500 manat tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra Lizinq alan tərəfindən Müqavilənin ayrılmaz tərkib hissəsi оlan “Ödəmə cədvəli”ndə (Əlavə 1) göstərilən qaydada və müddətlərdə ödənilir. Müqavilənin 21-ci bəndinin b hissəsinə əsasən, Lizinq alan lizinq müddəti ərzində Ödəmə Cədvəlinə uyğun оlaraq iki dəfə lizinq haqqını ödəməzsə, Lizinq verən müqviləyə birtərəfli qaydada xitam verə bilər. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq, lizinq müqaviləsi üzrə ödənişlər edilmir və hal-hazırda cavabdehin müqavilə üzrə ümumi borcu 9240,79 manat təşkil edir. İddianın qiyməti: xx.xx.2024-cü il tarixinə 3158,79 manat əsas, 2144,50 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 3947,50 manat məbləğində mükafat, cəmi 9240,79 manat məbləğində borc yaranmışdır. İddiaçı BOKT ASC məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tariхli, 2023/01150-EGN №-li X1 Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə markası: KİA SORENTO MİNİK Model, buraxılış ili: 2011, ban nömrəsi: KNAKU815BBA229468, rəngi: BOZ qızılı metallik, mühərrik həcmi: 1995sm³, 20AB155 dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsi 36 ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə ödənilməli olan məbləğ kimi 17500 (on yeddi min beş yüz) manat məbləği müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, “Kia Sorento” markalı, BOZ qızılı rəngli, Ban nömrəsi KNAKU815BBA229468 olan minik avtomobilini Cavabdeh təhvil almışdır. İşdə olan xx.xx.2023-cü il tariхli, 2023/01150-EGN №-li Lizinq müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri xx.xx.2023-cü il tarixdən başlayaraq 36 ay müddətində hər ay 742,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT ASC-nin servisi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktından görübür ki, “Kia Sorento” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təhvil alınmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə cavabdehin 3158,79 manat əsas, 2144,50 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 3937,50 manat məbləğində dəbbə pulu, cəmi 9240,79 manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01150-EGN №-li Lizinq müqaviləsə əsasən “FİNOKO» BOKT ASC lizinq alan Cavabdehnun sifariş etdiyi müqaviləyə “KİA SORENTO” markalı, **-AB-*** qeydiyyat nişanlı minik avtomobilini muzdla lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, Cavabdeh isə öz növbəsində müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 36 ay müddətinə 17500 manatı ödəməyi və İddiaçı BOKT ASC 17500 manatı ödədikdən sonra avtomobili sonuncunun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təhvil almış və ödəniş cədvəlinə əsasən hər ay 742,9 manat ödəməyi öhdəsinə götürsə də bu öhdəliyini lazımınca yerinə yetrməmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh sözügedən müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə 3158,79 manat əsas və 2144,50 manat məbləğində faiz borcu yaranmışdır. Ödənişlərin gecikdirilməsinə görə cavabdehə 3937,50 manat məbləğində dəbbə pulu hesablanmışdır (iddia ərizəsində bu məbləğ mükafat məbləği kimi qeyd edilmişdir).. İddiaçı təşkilat tərəfindən cavabdehdən Lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməsi tələb edilmiş, lakin cavabdeh həmin borcu ödəməmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd etməyi vacib hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik lizinq müqaviləsindən yarandığı üçün həmin münasibətlərə lizinq müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; -14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. -442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. -747.1.-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -747.3-cü maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. -748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. -748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. -748-1.12-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (748-1.12.4) Göründüyü kimi Cavabdeh sözügedən Lizinq müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, İddiaçı BOKT ASC öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01150-EGN №-li X1 Müqaviləsinin ləğv edilməsi, KİA SORENTO MİNİK, 20AB155 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınıb İddiaçı BOKT ASC-nə qaytarılması, Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə 3158,79 manat əsas və 2144,50 manat faiz borcunun tutulması hissələri əsaslı sayılmalı və təmin edilməlidir., Məhkəmə iddia tələbinin ödənişlərin gecikdirilməsinə görə 3947,50 manat məbləğində mükafatın (dəbbə pulunun) cavabdehdən alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 3947,50 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək hesablamış məbləğdir. Bu baxımdan məhkəmə hesab edir ki, dəbbə pulu azaldılmalı və əsas borc məbləği olan 3158,79 manatın 10 faizi qədər, yəni 315 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, hazırki işdə iddiaçı tərəfindən 121,41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı sayıldığından məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 121,41 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,41 manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı BOKT ASC-nin hesabına ödəilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 220-220, 357 və 540-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01150-EGN №-li X1 Müqaviləsi ləğv edilsin. KİA SORENTO MİNİK markalı ** AB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınıb İddiaçı BOKT ASC-yə qaytarılsın İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli həmin müqavilyə əsasən yaranan 3158,79 manat məbləğində əsas borc, 2144,50 manat məbləğində faiz borcu və 315 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5618,29 (beş min altı yüz on səkkiz) manat 29 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,41 (bir yüz iyirmi bir) manat 41 qəpik məbləğində pul Cavabdeh alınaraq, İddiaçı BOKT ASC-nin hesabına ödənilsin. İddia dəbbə pul tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4201/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4201/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver