Məhkəmə qərarları › İş №e-2(125)-4213/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4213/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4213/2023 25.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı 31 yanvar 2021-ci il tarixli, 22247471 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 311 manat, cərimə qismində 31 manat, 11 aprel 2021-ci il tarixli, 22458564 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 115 manat 30 qəpik, cərimə qismində 11 manat 70 qəpik, 11 aprel 2021-ci il tarixli, 22458579 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 62 manat 50 qəpik, cərimə qismində 6 manat 50 qəpik, cəmi 538 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 may 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 31 yanvar 2021-ci il tarixli, 22247471 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 311 manat, cərimə qismində 31 manat, 11 aprel 2021-ci il tarixli, 22458564 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 115 manat 30 qəpik, cərimə qismində 11 manat 70 qəpik, 11 aprel 2021-ci il tarixli, 22458579 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 62 manat 50 qəpik, cərimə qismində 6 manat 50 qəpik, cəmi 538 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 18 may 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 31 yanvar 2021-ci il tarixli, 22247471 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung LED» markalı televizoru və televizor üçün asqıyı 804 manat 60 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşyalar 31 yanvar 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 11 aprel 2021-ci il tarixli, 22458564 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Bosch» markalı blenderi 235 manat 80 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 11 aprel 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 11 aprel 2021-ci il tarixli, 22458579 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «Hoffmann» markalı ət çəkəni 259 manat 20 qəpik məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 11 aprel 2021ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hal-hazırda iddiaçıya olan borcu 31 yanvar 2021-ci il tarixli, 22247471 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 311 manat, cərimə qismində 31 manat, 11 aprel 2021-ci il tarixli, 22458564 nömrəli müqavilə üzrə 115 manat 30 qəpik, cərimə qismində 11 manat 70 qəpik, 11 aprel 2021-ci il tarixli, 22458579 nömrəli müqavilə üzrə 62 manat 50 qəpik, cərimə qismində 6 manat 50 qəpik, cəmi 538 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 31 yanvar 2021-ci il tarixli, 22247471 nömrəli müqavilə üzrə 31 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, 11 aprel 2021-ci il tarixli, 22458564 nömrəli müqavilə üzrə 11 manat 70 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, 11 aprel 2021-ci il tarixli, 22458579 nömrəli müavilə üzrə 6 manat 50 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 31 yanvar 2021-ci il tarixli, 22247471 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 311 manat, cərimə qismində 5 manat, 11 aprel 2021-ci il tarixli, 22458564 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 115 manat 30 qəpik, cərimə qismində 5 manat, 11 aprel 2021-ci il tarixli, 22458579 nömrəli müqavilə üzrə 62 manat 50 qəpik, cərimə qismində 5 manat, cəmi 503 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 31 yanvar 2021-ci il tarixli, 22247471 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 311 (üç yüz on bir) manat, cərimə qismində 5 (beş) manat, 11 aprel 2021-ci il tarixli, 22458564 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 115 (bir yüz on beş) manat 30 (otuz) qəpik, cərimə qismində 5 (beş) manat, 11 aprel 2021-ci il tarixli, 22458579 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 62 (altmış iki) manat 50 (əlli) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 533 (beş yüz otuz üç) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar