Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4264/2023 25.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı «XalqSığorta” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, ümumilikdə 5000 manat zərər məbləğinin ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" ASC-in nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 07:59 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ 21154” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" MMC-yə məxsus “Daewo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, X2 məxsus “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı və X4 məxsus “VAZ 21154” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş nəticədə sonunculara maddi ziyan dəymişdir. “VAZ 21154” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Qüsur aktlarına əsasən, “Daewo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4153 manat məbləğində, “VAZ 21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1635 manat məbləğində və “VAZ 21154” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2795 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədlərindən görünür ki, iddiaçı tərəfindən zərərin məbləği olaraq, 2419.32 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin, 1628.22 manat məbləğində sığorta ödənişi X3, 952.46 manat məbləğində sığorta ödənişi isə X1 bank hesabına ödənilmişdir. Gəncə şəhər DYPŞ-nin YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayınmışdır. Eyni zamanda cavabdehin izahatında hadisə yerindən yayındığını etiraf etmişdir. Beləliklə qeyd olunanlar cavabdehin hadisə yerindən yayınmasını təsdiq edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, yol hərəkəti qaydalarını pozduğuna görə cərimə edilmişdir. Hadisədən təxmini 3-5 ay sonra cəriməni ödəmişdir. Onun maşını heç bir maşınla toqquşmamış və onun maşınına zərər dəyməmişdir. Hadisə baş verdikdən sonra maşından düşüb baxmış, dava yarandığını görüb ona aidiyyəti olmadığı üçün hadisə yerindən uzaqlaşmışdır. O, qəza etməmişdir, sadəcə yol hərəkəti qaydalarını pozmuşdur. 5000 manat məbləğində pul ödəməyə maddi imkanı yoxdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.2019-cu il tarixli PXA********** saylı sığorta müqaviləsindən görünür ki, “VAZ 21154” markalı, 90NN756 qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli, PXA60980 saylı, PXA60974 saylı və PXA60981 saylı sığorta aktlarından görünür ki, sığorta ödənişləri 1628,22 manat, 2419,32 manat və 952,46 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 1612 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 1628,22 manat pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixli, 1613 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 2419,32 manat pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixli, 1614 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 952,46 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2-cı maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.» İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından bəhs edən 25.1.8-ci maddəsinə əsasən icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biridə bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququndan bəhs edən həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini etmiş sığortaçıya yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş zərər üzrə 5000 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-4264/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4264/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver