Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4286/2024 03.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları X3 onlara miras qalmış ünvan 3ayış evinə vərəsə tanınmaqla və həmin miras mülkə payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlərin atası mərhum X11, anaları isə X8 olmuşdur. X18 11 iyun 2001-ci ildə, anaları Zəhra Qasımova isə xx.xx.1998ci ildə vəfat etmişdir. Ata və analarının birgə nikahından 6 övladı olmuşdur. Həmin övladlar iddiaçı və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və mərhum X12r. Hazırda qeyd olunan fərdi yaşayış evi mərhum X5 adına olmuşdur. Ataları vəfat etdikdən sonra həmin evdə hazırki vaxtadək İddiaçı və Cavabdeh2 yaşamışlar. Digər vərəsələr ailə həyatı qurduqdan sonra başqa şəhərlərdə yaşamışlar. Digər vərəsələrlə daimi gediş-gəlişləri vardır, lakin mərhum X9 arvadı Cavabdeh3 ilə iddiaçının və digər cavabdehlərin münasibəti yoxdur. Hətta Cavabdeh3 hər dəfə həmin evə gələrək mübahisə çıxardır və onların həmin evdə yaşamasına imkan vermir. Demək olar ki, iki günə bir davadalaş edir. Bu hal isə onların həmin evdə yaşamasını dözülməz hala çatdırmışdır. Cavabdeh3 hesab edir ki, həmin miras əmlak mərhum ərinin olmalıdır və onlar həmin evdə köçüb yaşamalıdır. Digər vərəsələr Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 miras əmlakın qardaşları İddiaçı adına keçməsinə razılıq versə də, Cavabdeh3 bütün əmlakı tələb edir və hər dəfə müxtəlif formada dava-dalaş salaraq onları evdən çıxarmaq niyyətinə düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi, X3 miras qalmış ünvan 3ayış evinə vərəsələrin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər cavabdehlər hər biri ayrı-ayrılıqda, mərhum X3 miras qalmış ünvan 3ayış evinə vərəsələrin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1955-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X10 xx.xx.1955-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 miras qalmış Gəncə şəhəri, Əli Məmmədov küçəsi, 32 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv arayışının və sədənlərin surətinin verilməsi barədə 14 avqust 2024-cü il tarixli məktuba baxılmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evnə dair Kirovabad şəhər Sovetinin tikinti və memarlıq işləri şöbəsin 16 aprel 1956-cı il tarixli, 7629 reyestr nömrəli müqaviləyə əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün 450.0.0. kv.m. (0.0450 ha) torpaq sahəsi ayrılmışdır. Kirovabad şəhər 2 saylı notariat kontorunun 11 noyabr 1966-ci il tarixli, 17-291 reyestr nömrəli müqaviləyə əsasən mülk X6 satılışmışdır. Kirovabad şəhər 3 saylı notariat kontorunun 16 noyabr 1988-ci il tarixli, 2K-290 reyestr nömrəli dəyişmə müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 24 dekabr 1988-ci il tarixli, 575 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1926-cı il təvəllüdlü X5 ailə tərkibinə arvadı X10 (xx.xx.1926) (vəfat edib xx.xx.1998), oğlu X19 (xx.xx.1951), qızı Cavabdeh4 (xx.xx.1959), oğlu İddiaçı (xx.xx.1961), qızı Cavabdeh1 (xx.xx.1964), qızı Cavabdeh2 (xx.xx.1966), qızı Cavabdeh5 (xx.xx.1970) daxildir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina qərarından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum atası X5 vəfatından sonra adına miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı oğlu adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin miras əmlakdaki paya dair digər vərəsələr arasında mübahisə olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, X11 və X4 birgə nikahından X13, Cavabdeh4, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 doğulmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, yəni ünvan 3ayış evinə dair X7 24 dekabr 1988-ci il tarixli, 575 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. X10 xx.xx.1998-ci il tarixdə, X11 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Beləliklə, mübahisəli daşınmaz əmlak adına rəsmiləşdirilmiş X5 xx.xx.2001-ci il tarixdə ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 6 nəfər şəxsin olması müəyyən edilir: övladları X13, Cavabdeh4, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5. Miras qoyanın öldüyü məqamın həmin vərəsələrə məlum olmasını təkzib edən hər hansı dəlil təqdim edilmədiyi üçün onların vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu vaxtdan 3 ay ərzində mirasdan notariat qaydada imtina etməsi müəyyən olunmur. Beləliklə, həmin vərəsələr mirası qəbul etmiş hesab edilməli və onlar arasında miras əmlakın bölüşdürülməsi həyata keçirilməli, Qasım Qasımovdan miras qalmış əmlaka vərəsələrin 1/6 payı müəyyən edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, xx.xx.2001-ci ildə ölmüş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (ünvan 3ayış evinə) X13, Cavabdeh4, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 1/6 miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2001-ci ildə ölmüş X3 miras qalmış ünvan 4 ünvanında yerləşən 32 nömrəli fərdi yaşayış evinə X9 1/6, Cavabdeh4 1/6, İddiaçı 1/6, Cavabdeh1 1/6, Cavabdeh2 1/6 və Cavabdeh5 1/6 hissədə payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-4286/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4286/2024
03.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver