Məhkəmə qərarları › İş №e-2(125)-4380/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4380/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4380/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, GAMİNG MOUSE CANYON, GAMİNG MOUSE PAD, HUAWEİ MATEBOOK D 15 üçün 1032.75 (min otuz iki manat, 75 qəpik) manat ödənilməmiş hissə, 103.28 (yüz üç manat, 28 qəpik) manat dəbbə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, NAQİLSİZ TOZSORAN BOSCH, PAKET M xidməti, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı telefon üçün 759.06 (yeddi yüz əlli doqquz manat 06 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 75.91 (yetmiş beş manat 91 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, İmei kod R52X30BPTKA SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet üçün, 663.10 (altı yüz altmış üç manat, 10 qəpik) manat ödənilməmiş hissə, 66.31 (altmış altı manat, 31 qəpik) manat dəbbə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, NEVRESİM TAKİMİ - TEKSTİL 3 ədədü çün 139.80 (yüz otuz doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 13.98 (on üç manat, 98qəpik) manat dəbbə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, FEN-DARAQ ROWENTA üçün 79.60 (yetmiş doqquz manat, 60 qəpik) manat ödənilməmiş hissə, 7.96 (yeddi manat, 96 qəpik) manat dəbbə; xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, NEVRESİM TAKİMİ – TEKSTİL üçün 53.23 (əlli üç manat,23 qəpik) manat ödənilməmiş hissə, 5.32 (beş manat,32 qəpik) manat cərimə olmaqla, ümumilikdə 3023.89 manat borc və 50.24 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, GAMİNG MOUSE CANYON, GAMİNG MOUSE PAD, HUAWEİ MATEBOOK D 15, NAQİLSİZ TOZSORAN BOSCH, PAKET M xidməti, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, ZƏMANƏT + 3 İL xidməti, İmei kod R52X30BPTKA SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet, NEVRESİM TAKİMİ - TEKSTİL 3 ədəd, FEN-DARAQ ROWENTA, NEVRESİM TAKİMİ – TEKSTİL alınmış və nəticədə 3023.89 (üç min iyirmi üç manat, 89 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1443.96 (min dörd yüz qırx üç manat,96 qəpik) manat (18 ay x 80.22 manat + 0 manat ilkin ödəniş) olan GAMİNG MOUSE CANYON, GAMİNG MOUSE PAD, HUAWEİ MATEBOOK D 1ü5çün ümumilikdə, 1136.03 (min yüz otuz altı manat, 03 qəpik) manat olmaqla ondan, 1032.75(min otuz iki manat, 75 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 103.28 (yüz üç manat, 28 qəpik) manat dəbbə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1518.12 (min beş üyz on səkkiz manat, 12 qəpik) manat (18 ay x 84.34 manat + 0 manat ilkin ödəniş) olan NAQİLSİZ TOZSORAN BOSCH, PAKET M xidməti, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı telefonüçün ümumilikdə, 858.57 (səkiz yüz əlli səkkiz manat 57 qəpik) manat olmaqla ondan 759.06 (yeddi yüz əlli doqquz manat 06 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 75.91 (yetmiş beş manat 91 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 968.36 (doqquz yüz altmış səkkiz manat 36 qəpik) manat (18 ay x 51.02 manat + 50 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, İmei kod R52X30BPTKASAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet, üçün ümumilikdə, 729.41 (yeddi yüz iyirmi doqquz manat, 41 qəpik) manat olmaqla ondan, 663.10 (altı yüz altmış üç manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.31 (altmış altı manat, 31 qəpik) manat dəbbə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 421.20 (dörd yüz iyirmi bir manat, 20 qəpik) manat (18 ay x 23.40 manat + 0 manat ilkin ödəniş) olan NEVRESİM TAKİMİ - TEKSTİL 3 ədəd üçün ümumilikdə, 153.78 (yüz əlli üç manat,78 qəpik) manat olmaqla ondan, 139.80 (yüz otuz doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.98 (on üç manat, 98qəpik) manat dəbbə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 239.94 (iki yüz otuz doqquz manat, 94 qəpik) manat (18 ay x 13.33 manat + 0 manat ilkin ödəniş) olan FEN-DARAQ ROWENTA üçün ümumilikdə, 87.56 (səksən yeddi manat, 56 qəpik) manat olmaqla ondan, 79.60 (yetmiş doqquz manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.96 (yeddi manat, 96 qəpik) manat dəbbə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 160.20 (yüz altmış manat, 20 qəpik) manat (18 ay x 8.90 manat + 0 manat ilkin ödəniş) olan NEVRESİM TAKİMİ – TEKSTİL üçün ümumilikdə 58.55 (əlli səkkiz manat, 55 qəpik) manat olmaqla ondan, 53.23 (əlli üç manat,23 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.32 (beş manat,32 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2024.24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il,xx.xx.2023-cü il və xx.xx.2023-cü il müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1443,96 manat olan GAMİNG MOUSE CANYON, GAMİNG MOUSE PAD, HUAWEİ MATEBOOK D 15, dəyəri 1518,12 manat olan NAQİLSİZ TOZSORAN BOSCH, PAKET M xidməti, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, dəyəri 968,36 manat olan ZƏMANƏT + 3 İL xidməti, İmei kod R52X30BPTKA SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet, dəyəri 421,2 manat olan NEVRESİM TAKİMİ - TEKSTİL 3 ədəd, dəyəri 239,94 manat olan FEN- DARAQ ROWENTA, dəyəri 160,2 manat olan NEVRESİM TAKİMİ – TEKSTİL dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar GAMİNG MOUSE CANYON, GAMİNG MOUSE PAD, HUAWEİ MATEBOOK D 15 üçün hər ay 80,22 manat, NAQİLSİZ TOZSORAN BOSCH, PAKET M xidməti, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı telefon üçün hər ay 84,34 manat, ZƏMANƏT + 3 İL xidməti, İmei kod R52X30BPTKA SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet üçün hər ay 51,02 manat, NEVRESİM TAKİMİ - TEKSTİL 3 ədəd üçün hər ay 23,4 manat, FEN-DARAQ ROWENTA üçün hər ay 13,33 manat və NEVRESİM TAKİMİ – TEKSTİL üçün hər ay 8,9 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 30 iyun 2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən GAMİNG MOUSE CANYON, GAMİNG MOUSE PAD, HUAWEİ MATEBOOK D 15 üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1443,96 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc 1032,75 manat borcunu ödəmədiyindən, həmin məbləğə 103,28 manat cərimə hesablanmış; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən NAQİLSİZ TOZSORAN BOSCH, PAKET M xidməti, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1518,12 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 759,06 manat borcunu ödəmədiyindən, həmin məbləğə 75,91 manat cərimə hesablanmış; xx.xx.2024-cü il müqaviləyə əsasən "xxxx" MMC-dən ZƏMANƏT + 3 İL xidməti, İmei kod R52X30BPTKA SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 968,36 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 663,1 manat borcunu ödəmədiyindən, həmin məbləğə 66,31 manat cərimə hesablanmış, xx.xx.2023-cü il müqaviləyə əsasən "xxxx" MMC-dən NEVRESİM TAKİMİ - TEKSTİL 3 ədəd üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 421,2 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 139,8 manat borcunu ödəmədiyindən, həmin məbləğə 13.98 manat cərimə hesablanmış; xx.xx.2023-cü il müqaviləyə əsasən "xxxx" MMC-dən FEN-DARAQ ROWENTA üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 239,94 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 79,6 manat borcunu ödəmədiyindən, həmin 7,96 manat cərimə hesablanmış, xx.xx.2023-cü il müqaviləyə əsasən "xxxx" MMC-dən NEVRESİM TAKİMİ – TEKSTİL üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 160,2 manat olan mal almış,borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş,əsas borc məbləğindən 53,23 manat borcunu ödəmədiyindən,həmin məbləğə 5,32 manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 6 müqavilə üzrə 272,75 ( iki yüz yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 13 (on üç) manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehdən “innovativ layihələr mərkəzi ödənilən rüsum” ilə bağlı 23,6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin mətnindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırır ki, cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən, müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, sübut etməlidir ki, cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək heç bir sübut əlavə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC tərəfindən iş materiallarına Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 AZN məbləğində pulun ödənilməsi barədə 30 iyun 2025-ci il tarixli arayış əlavə edilsə də, sözügedən məbləğdə pulun ödənilməsi barədə iş materiallarında hər hansı çek, qəbz və s. olmadığından məhkəmə həmin arayışı sübut kimi qəbul etmir, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsas hesab etmir və iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh GAMİNG MOUSE CANYON, GAMİNG MOUSE PAD, HUAWEİ MATEBOOK D 15 üçün 1032,75 (min otuz iki manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, NAQİLSİZ TOZSORAN BOSCH, PAKET M xidməti, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı telefon üçün 759,06 (yeddi yüz əlli doqquz manat altı qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, ZƏMANƏT + 3 İL xidməti, İmei kod R52X30BPTKA SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ üçün 663,10 (altı yüz altmış üç manat on qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, NEVRESİM TAKİMİ-TEKSTİL 3 ədəd üçün 139,80 (yüz otuz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, FEN-DARAQ ROWENTA üçün 79,60 (yetmiş doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, NEVRESİM TAKİMİ-TEKSTİL üçün 53,23 (əlli üç manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə,1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 2740,54 (iki min yeddi yüz qırx manat əlli dörd qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırma üçün ödənilmiş 50,24 (əlli manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun 47.4 (qırx yeddi manat qırx qəpik) manatı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh GAMİNG MOUSE CANYON, GAMİNG MOUSE PAD, HUAWEİ MATEBOOK D 15 üçün 1032,75 (bir min otuz iki manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, NAQİLSİZ TOZSORAN BOSCH, PAKET M xidməti, İmei kod **********75706 XİAOMİ REDMİ NOTE 12S markalı telefon üçün 759,06 (yeddi yüz əlli doqquz manat altı qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, ZƏMANƏT + 3 İL xidməti, İmei kod R52X30BPTKA SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ üçün 663,10 (altı yüz altmış üç manat on qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, NEVRESİM TAKİMİ-TEKSTİL 3 ədəd üçün 139,80 (bir yüz otuz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, FEN- DARAQ ROWENTA üçün 79,60 (yetmiş doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, NEVRESİM TAKİMİ-TEKSTİL üçün 53,23 (əlli üç manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə,1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 2740,54 (iki min yeddi yüz qırx manat əlli dörd qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 47.4 (qırx yeddi manat qırx qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar