Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4385/2025 01.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli, 19603167 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 698 manat 41 qəpik, cərimə qismində 69 manat 84 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi qismində 23 manat 60 qəpik, xx.xx.2024-cü il tarixli, 02707583 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 698 manat 17 qəpik, cərimə qismində 69 manat 82 qəpik, cəmi 1.559 manat 84 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 19603167 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Poco X6 » markalı telefonu 1.071 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02707583 nömrəli müqavilə və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Oppo Reno 8T » markalı mobil telefonu 966 manat 96 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu xx.xx.2024-cü il tarixli, 19603167 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 698 manat 41 qəpik, cərimə qismində 69 manat 84 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi qismində 23 manat 60 qəpik, xx.xx.2024-cü il tarixli, 02707583 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 698 manat 17 qəpik, cərimə qismində 69 manat 82 qəpik, cəmi 1.559 manat 84 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, 19603167 nömrəli müqavilə üzrə 69 manat 84 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2024-cü il tarixli, 02707583 nömrəli müqavilə üzrə 69 manat 82 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, İddiaçı MMC İnnovativ Layihələr mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2024-cü il tarixli, 19603167 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 698 manat 41 qəpik, cərimə qismində 5 manat, xx.xx.2024-cü il tarixli, 02707583 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 698 manat 17 qəpik, cərimə qismində 5 manat, cəmi 1.406 manat 58 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 34 manat 06 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli, 19603167 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 698 (altı yüz doxsan səkkiz) manat 41 (qırx bir) qəpik, cərimə qismində 5 (beş) manat, xx.xx.2024-cü il tarixli, 02707583 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 698 (altı yüz doxsan səkkiz) manat 17 (on yeddi) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 34 (otuz dörd) manat 06 (altı) qəpik, cəmi 1.440 (bir min dörd yüz qırx) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4385/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4385/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver