Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4548/2024 16.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, X5 Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh11 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmədə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.6 m2 ümumi sahədən ibarət 82 saylı fərdi yaşayış evi X1 və İddiaçı QSC-nin paylı mülkiyyətindədir. Qeyd olunan əmlakın (tik “B”-də 87.7 m 4 yaşayış otağı, 83.6 m köməkçi sahəsi, 420 m torpaq sahəsi) hissəsi paylı mülkiyyət hüququ üzrə AccessBank QSC-yə məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh11 ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin paylı mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsi 82 saylı evin B tikilisində 87.7 m yaşayış, 83.6 m köməkçi sahədən və 4 yaşayış otağından ibarət hissəsi 420 m torpaq sahəsi ilə birlikdə alıcı Cavabdeh11 190000 (yüz doxsan min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcıİddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh11 qalan 170000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ili dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin, alıcı tərəfindən yalnız 75500 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh11 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh11 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh11 xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki,qeyd olunan əmlakda X2, Cavabdeh2, Cavabdeh11, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X3 ilə X4 qeydiyyatdadırlar. Daha sonra, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh11 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin paylı mülkiyyətində olan Gəncə şəhəri,Təbriz küçəsi, 82 saylı evin B tikilisində 87.7 m2 yaşayış, 83.6 m2 köməkçi sahədən və 4 yaşayış otağından ibarət hissəsinin 420 m2 torpaq sahəsi ilə birlikdə alıcı Cavabdeh11 190000 manat (yüz doxsan min) qiymətinə satılması razılaşdırılmışdır. Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Cavabdeh11 qalan 170000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ili dekabr ayında 30000 manat, 2023cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh11 tərəfindən müqavilə üzrə 80500 manat ödənilmiş, 109500 manat qalıq borc mövcuddur. Məhkəmədə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, sonda iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh11 məhkəmə iclası zamanı iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, sözügedən alqı-satqı müqaviləsinə əsasən 28 iyul 2025- ci il tarixədək cavabdehə 190000 (yüz doxsan min) manat ödəməlidir. Müqavilənin 5-ci bəndinə əsasən ilkin olaraq 20.000 (iyirmi min) manat, 2022-ci ilin sonunadək 30.000 (otuz min) manat, 2023-cü ildən etibarən müddət başa çatanadək ödənişləri icra etməlidir. O, müqavilə şərtlərinə maksimum dərəcədə riayət etmişdir və müəyyən gecikmələri qəsdən deyil, obyektiv səbəblərdən icra edə bilməmişdir. Belə ki, onun qazanc mənbəyi əmək fəaliyyəti ilə məşğul olduğu X6 əldə etdiyi gəlir hesabınadır. Adət-ənənələrə uyğun olaraq ilin bir neçə ayı ərzində vətəndaşlar tərəfindən Şənlik məclislərinin keçirilməməsi səbəbindən gəlir əldə edə bilmir. 2022-2024-cü il ərzində əldə edə bildiyi gəliri yalnız və yalnız borcun ödənilməsinə yönləndirmişdir. Ümumilikdə 80.545 (səksən min beş yüz qırx beş) manat borc məbləğində ödəniş etmişdir. Hal-hazırda iki aydan artıq müddətdir ki, fəaliyyət göstərdiyi obyektdə şənlik tədbirləri keçirilməmişdir. Cavabdehlərdən Cavabdeh7 onun arvadı, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh8 onun uşaqlarıdır və məhkəmə barədə məlumatlıdırlar. Digər cavabdehlər isə həmin ünvanda yaşamırlar, nə də ki onları tanımır. O, borcundan ödənişlər etmişdir, lakin bir müddət maddi sıxıntıları yarandığından borcunu vaxtı-vaxtında ödəyə bilməmişdir. Hazırda isə borcunu ödəmək üçün başqa əmlakını satışa çıxarmışdır. İddiaçı ilə aralarında bağlanmış müqavilədə vaxtında ödənilməyən borca görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur və iddiaçı hazırki vəziyyətdə ondan dəbbə pulu tələb edə bilər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh11 izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.6 m2 ümumi sahədən ibarət 82 saylı fərdi yaşayış evinin B tikilisində 87.7 m2 yaşayış, 83.6 m2 köməkçi sahədən və 4 yaşayış otağından ibarət hissəsi 420 m2 torpaq sahəsi hissəsi paylı mülkiyyət hüququ üzrə AccessBank QSC-nin xüsusi mülkiyyətinə verilmişdir. Onun mülkiyyət hüququ xx.xx.2022ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********63-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ №1071593 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.6 m2 olan fərdi yaşayış evini Cavabdeh11 190000 (yüz doxsan min) manata satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 170000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək, 2022-ci il dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Həmin müqavilənin 18-ci bəndinə əsasən bu Müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh11 AccessBank QSC-nin hesabına xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə 19900 manat, xx.xx.2022-ci il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 4008 manat, xx.xx.2023-cü il tarixdə 4609.20 manat, xx.xx.2023-cü il tarixdə 4008 manat, xx.xx.2023-cü il tarixdə 4008 manat, xx.xx.2024-cü il tarixdə 4008 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat, xx.xx.2024-cü il tarixdə 2004 manat ödəniş etmişdir. İrəli sürülən iddia tələbinin həlli ilə bağlı tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tərəflər arasında bağlanmış müqavilənin ləğvi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh11nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi (icranı gecikdirməsi) kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehin müqavilə üzrə etdiyi ödənişlər nəzərə alındıqda müəyyən olunur ki, o müqavilənin icrasından birtərəfli imtina etməmişdir və məhkəmədə verdiyi izahatından belə məna kəsb olur ki, müqavilə üzrə öhdəliklərini icra etməkdə və əmlakı əldə etməkdə maraqlıdır. Məhkəmənin qənaətincə, cavabdeh tərəfindən həmçinin müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş verməmişdir. Belə ki, cavabdehin iddiaçı qarşısındakı əsas öhdəliyi pul ödəmək öhdəliyidir ki, o (cavabdeh) həmin öhdəlik üzrə mütəmadi olaraq iddiaçı Bankın hesabına pul ödəmiş, lakin ödənişlər müqavilədə nəzərdə tutulduğundan daha az məbləğlərdə olmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə bu hal üçün cavabdehin dəbbə pulu ödəmək barədə öhdəliyi (məsuliyyəti) nəzərdə tutulmuşdur. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Məhkəmə onu da qeyd edir ki, müqavilənin müddətinin bitməsi tarixi kimi isə 28 iyul 2025ci il tarixi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətdədir ki, işin faktiki halları (cavabdehin müqavilə üzrə icranı gecikdirməsi) irəli sürülən iddianın müqavilənin ləğvi tələbi hissədə təmin edilməsinə əsas vermir, ona görə də iddia həmin hissədə təmin edilməməlidir. İddia tələbinin qalan hissələri müqavilənin ləğvi tələbi hissəsinin təmin edilməsi halında təmin edilə bilən tələblər olduğundan, məhkəmə hesab edir ki, qalan hissələrdə iddia tələbləri üzrə araşdırmaların aparılmasına zərurər qalmır və qalan hissələrdə də iddia tələbləri təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçı Bankın özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələblərinə dair iddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı"xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddət ərzində qətnamədən şikayət verilmədikdə qətnamə qanuni qüvvəsini alır. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4548/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4548/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver