Məhkəmə qərarları › İş №e-2(125)-458/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-458/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-458/2025 04.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və lizinq ödənişləri” tələbinə dair iddia ərizəsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və lizinq ödənişləri” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/01150-EGN nömrəli X2 Müqaviləsinin ləğv edilməsi, “KİA SORENTO” MİNİK Model, buraxılış ili: 2011, ban nömrəsi: KNAKU815BBA229468, rəngi: BOZ qızılı metallik, mühərrik həcmi: 1995sm³, **-AB-*** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin Cavabdeh alınıb İddiaçı BOKT ASC-yə qaytarılması, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 3158,79 manat əsas, 2144,50 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 3947,50 manat məbləğində mükafat, cəmi 9240,79 manat və dövlət rüsumu kimi ödənilmiş 113 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişlər, iddiaçı tərəf işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 113 (bir yüz on üç) manat dövlət rüsumu iddiaçı FİNOKO” Bank Olmayan Kredit X1 Cəmiyyətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “lizinq predmetinin qaytarılması və lizinq ödənişləri” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 113 (bir yüz on üç) manat dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar