Məhkəmə qərarları › İş №e-2(125)-4582/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4582/2025

20.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4582/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X5 Cavabdeh qarşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 Cavabdeh qarşı cavabdehdən su təchizatı və tullantı sularının axıdıması xidmətlərindən istifadəyə görə yaranmış 1.681 manat 33 qəpik borcun (abonent kodu:**********370) və dövlət rüsumunun əvəzi qismində 36 manat 82 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 tərəfindən **********370 abonent kodlu istehlakçı Cavabdeh su təhcizatı sistemindən su və tullantı sularının axıdılması xidməti göstərilir. Cavabdeh əhali qrupuna aid abonentdir, ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş və nəticədə xx.xx.2025-ci il tarixə 1.681 manat 33 qəpik borcu yaranmışdır. «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 tərəfindən borcun ödənilməsi tələbi ilə Cavabdeh hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə isə xəbərdarlıq təqdim edilmiş, lakin Cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Buna görə də «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.X1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh məhkəməyə ərizə təqdim edərək «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X3 qarşı «pul tələbi» barədə iddiası üzrə müddəti keçdiyindən iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli **********370 nömrəli abonent kartından görünür ki, Cavabdeh xx.xx.2016-cı il üzrə 875 manat 68 qəpik, 2017-ci il üzrə 190 manat 35 qəpik, 2018-ci il üzrə 191 manat 25 qəpik, 2019-cu il üzrə 157 manat 05 qəpik, 2020-ci il üzrə 27 manat, 2021-ci il üzrə 50 manat 10 qəpik, 2022-ci il üzrə 54 manat 90 qəpik, 2023-cü il üzrə 54 manat, 2024-cü il üzrə 54 manat, xx.xx.2025-ci il tarixədədk 27 manat olmaqla yekun olaraq sudan istifadəyə və tullantı sularının axıdılmasına görə 1.681 manat 33 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh sudan istifadəyə və tullantı sularının axıdılmasına görə «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X6 1.681 manat 33 qəpik borcunun olduğu bildirilmiş və borcunu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənizlinə dair **********370 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, lakin həmin xidmətin göstərilməsi ilə əlaqədar yaranmış borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 Cavabdeh qarşı su təhcizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun əvəzi qismində 1.681 manat 33 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə görə yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 30 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 6 qəpik; xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1m3 suyun qiyməti 30 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 15 qəpik; xx.xx.2021-ci il tarixli qərarına əsasən 1 m3 suyun qiyməti 60 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti 30 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 432.1-ci maddəsinə görə əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 554.3-cü maddəsinə görə əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. «Viktor Ozerovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə **********370 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, qeyd olunan xidmət üzrə yaranmış borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. Məhkəməyə təqdim edilmiş abonent kartında sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar xx.xx.2016-ci ildən xx.xx.2025-ci ilədək olan müddət ərzində 1.681 manat 33 qəpik məbləğində borc hesablanmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötdüyündən iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair **********370 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə Cavabdehnın borcu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 22 manat 50 qəpik, 2023-cü il üzrə 54 manat, 2024-cü il üzrə 54 manat, xx.xx.2025-ci il tarixədək isə 27 manat olmaqla cəmi 157 manat 50 qəpik təşkil edir. Buna görə də iddia qismən təmin ediməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dair **********370 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə görə 157 manat 50 qəpik məbləğində pul vəsaiti «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X5 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X5 iddiası qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dair **********370 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə görə 157 (bir yüz əlli yeddi) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X5 xeyrinə tutulsun. «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X5 iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar