Məhkəmə qərarları › İş №e-2(125)-46/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-46/2025

19.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-46/2025 19.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakları ilə, iddiaçı X3 Cavabdeh qarşı «istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X10 Cavabdeh qarşı iddia ərizəsi, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə 18 mart 2010-cu il təvəllüdlü iddiaçının babası X10 ilə Cavabdeh rəsmi nikahda olmuşdur. Nikahdan dörd uşaq – X9, X6, X4 və İddiaçı (iddiaçının atası) doğulmuş, hazırda yetkinlik yaşına çatmışlar. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2083/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X10 arasında xx.xx.1978-ci il tarixdə Gəncə Şəhər Qeydiyyat şöbəsində bağlanmış və 1438 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Gəncə şəhəri, Qırmızıkənd ərazisi, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evindən ibarət **********86-10301 reyestr nömrəli daşınmaz əmlak iddiaçı X3 xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçının qanuni nümayəndəsi, atası İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında oğlu, 18 mart 2010-cu il təvəllüdlü X7 məxsusdur. Onun mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən fərdi yaşayış evi 2023-cü ilin yanvar ayında alqı-satqı müqaviləsi əsasında alınmışdır. Cavabdeh onun anası, oğlunun isə nənəsidir. Lakin ailədaxili münasibətlərin kəskinləşməsi nəticəsində anası, yəni cavabdehlə atası ayrılmaq qərarına gəlmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2083/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən onların arasında bağlanmış nikah pozulmuşdur. Atası hazırda onunla yaşayır. Lakin ayrılmalarına baxmayaraq, sonradan anası məhkəmədə onlara qarşı iddia qaldıraraq yeni aldıqları evə köçürülməsini xahiş etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-2253/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsinə əsasən onun oğluna məxsus evə köçürülməsi qət edilmişdir. Hazırda cavabdehlə münasibətləri çox kəskinləşmişdir və bir yerdə yaşamaları heç cür mümkün deyil. Buna görə mülkiyyətlərindən istədikləri kimi istifadə edə bilmirlər. Belə ki, anası atasını, onu və ailə üzvlərini tez-tez təhqir edir, mütəmadi olaraq dava-dalaş olur. Ona görə də hazırda 8000 manat məbləğində kompensasiya verilməklə cavabdehin iddiaçının oğluna məxsus olan evin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, bu məbləğ kifayət qədər yetərlidir. Belə ki, oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə oxşar kommunal şəraitə malik evlərin aylıq kirayə haqqının məbləği maksimum 120-130 manatdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, İddiaçı onun doğma oğludur. Mülk isə nəvəsi X3 adına dövlət reyestrində 2023-cü ildə qeydə alınmışdır. O hazırda ünvan 4 ünvan İddiaçı atası ilə birgə nikah dövründə əldə edilmiş əmlakdır. Sözügedən ünvanın 06 yanvar 2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalananadək ailədaxili heç bir münaqişələri olmamışdır. 40 ildən artıq bir müddət ərzində mehribanlıq şəraitində yaşamışlar. Ancaq birgə nikah dövründə əldə etdikləri əmlak satıldıqdan və satışdan əldə olunan vəsaiti bankdan qəbul etdikdən sonra ona qarşı münasibətdə İddiaçı atasının qeyri-səmimi davranışlarını hiss etməyə başlamışdır. Hesab edirdi ki, bu münasibət həm uzun müddət yaşadıqları mənzildən və qonşularından ayrılmaları, həm də yeni ev axtarıb tapmaq barədə keçirdiyi həyəcandan yaranmış ola bilərdi. Lakin birgə nikah dövründə əldə olunmuş əmlakın satışından sonra ünvan 6 ünvanı onun xəbəri olmadan nəvəsi X3 adına alındıqdan, İddiaçı öz ailəsi və atası ilə həmin ünvana köçdükdən sonra ona həmin evdə yer olmadığını bildirmişlər. Satılmış mənzildə əsaslı təmir onun maddi vəsaiti hesabına icra olunmuşdur. Həmin mənzildə İddiaçı və bacılarının qayğısını, bütün maddi və mənəvi təminatlarını onun həyata keçirməsini nəzərə almayan İddiaçı ona qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirməkdədir. Qanunvericiliyin tələbinə görə birgə nikah dövründə əldə olunmuş əmlak ər-arvadın birgə mülkiyyətidir. Hesab edir ki, ona qarşı verilmiş iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Ən azından ona görə ki, satılmış mənzildən əldə olunan pul vəsaitinin tən yarısı ona məxsus olmalı idi. Onun səmimiyyətimdən istifadə edərək İddiaçı öz məkrli niyyətini başa çatdırıb ünvan 1 ünvanı nəvəsinin adına alaraq, dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra onu həmin evdə yaşamaqdan məhrum etmək arzusunda olmuşdur. Belə bir hal ictimai qınağa səbəb olan hadisədir. Oğul anasına məxsus pul vəsaiti ilə əldə etdiyi mənzildən onu qovmağa cəhd etmişdir. Odur ki, yuxarıda qeyd edilənləri və humanizm prinsiplərini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə verərək hazırda təklif etdikləri kompensasiya məbləğini artırdıqlarını bildirmiş və cavabdehin Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, hazırda icraatın dayandırılmasına səbəb olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilərək qanuni qüvvəsini almış, bununla da icraatın dayandırılmasına səbəb olan hal aradan qalxmışdır. Həmçinin bildirmişdir ki, hazırda kompensasiya vermək üçün maddi imkanı olmadığına görə hələlik iddia ərizəsinin baxılmamış saxlanılmasını istəyir. Ona görə də mülki iş üzrə icraatın təzələnməsi, icraat təzələndikdən sonra isə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə verərək hazırda maddi imkanı olmaması səbəbindən təklif etdikləri kompensasiya məbləğini azaltmaq qərarına gəldiklərini bildirmiş və cavabdehin Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna 2000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili sonuncu ərizəsini müdafiə edərək göstərdi ki, hazırda iddiaçının maddi imkanının olmaması səbəbindən təklif etdikləri kompensasiyanı azaltmaq qərarına gəlmişlər. Ona görə də Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən cavabdehin istifadə hüququna 2000 manat kompensasiya verilməklə xitam verilməsini və onun əşyaları ilə birlikdə evdən çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı tərəfin maddi imkanı xeyli yaxşıdır, mübahisəli əmlakın dəyəri 150000 manatdır, hesab edir ki, 2000 manat kompensasiya məbləği xeyli azdır. Kompensasiyanın məbləği ən azı 20000-25000 olmalı idi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 02/02 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Gəncə şəhəri, Qırmızı kənd ərazisi, Yeni qaydalarla AZ 2009, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə oxşar kommunal şəraitli fərdi yaşayış evlərinin aylıq kirayə haqqının orta məbləği hazırda təxminən 120-150 manat təşkil edir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/731 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla, ünvan 1 ünvanında 0,045 ha torpaq sahəsində, ümumi sahəsi 108,7 kv.m olan fərdi yaşayış evinin və ona oxşar şəraitli fərdi yaşayış evlərinin bir aylıq icarə haqqının orta bazar qiyməti təxminən 400,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2253/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh X3 mülkiyyətində olan Gəncə şəhəri, Qırmızıkənd ərazisi, yeni qaydalarla ünvan 2 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-243/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdehlər X7 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)- 1407/2024 nömrəli mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, hаzırki mülki iş üzrə icrааt dаyаndırılmışdır. İddiaçı Cavabdehlər X7, X3 qanuni nümayəndəsi İddiaçı və X5 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 9 ünvanda yerləşən evə dair cavabdehlər X3 qanuni nümayəndəsi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 3 saylı notariat ofsisində bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, həmin evə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və Çıxarışın etibarsız hesab edilməsinə və həmin evin cavabdeh X10 ilə onun birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, evin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1407/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2(104)-1697/2024 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X10 ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 11 ünvanda yerləşən mənzilin satışından cavabdeh X10 tərəfindən əldə edilmiş 69000 manat pulun ½ hissəsi, yəni 34500 manat məbləğində pulun cavabdeh X2 alınıb iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)-278/2025 nömrəli qətnaməsi ilə cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(125)- 4183/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2169/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)-278/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına cavabdeh tərəfindən iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mübahisəli fərdi yaşayış evinin görüntülərini və 100000 manata təklif olunmasını əks etdirən 2 ədəd videogörüntüdən ibarət 1 ədəd “CD” disk əlavə edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi əsassızdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi iddiaçının - 18 mart 2010-cu il təvəllüdlü X3 mülkiyyətindədir. Cavabdehin həmin əmlaka mülkiyyət hüququnun olması təsdiqini tapmır. Məhkəmə iclasında araşdırılmış sübutlardan, tərəflərin izahatından məlum olur ki, cavabdeh iddiaçının nənəsidir (atasının anası). Hazırkı iddia tələbinin məzmunundan da görünür ki, iddiaçı cavabdehin fərdi yaşayış evinə istifadə hüququna 2000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini tələb etməklə onun sözügedən fərdi yaşayış evinə istifadə hüququnun olduğunu təsdiq edir. Beləliklə, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Göründüyü kimi, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş üzrə ekspert rəyi ilə mübahisəli fərdi yaşayış evinə uyğun olan fərdi yaşayış evinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 400,00 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində ona iddiada göstərilən məbləğdə kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X3 Cavabdeh qarşı «istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul X2 tutulsun və (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar