Məhkəmə qərarları › İş №e-2(125)-4616/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4616/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4616/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli 03033995 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 197 manat 32 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 19 manat 73 qəpik, xx.xx.2023-cü il tarixli, 03505741 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 423 manat 75 qəpik, cərimə qismində 42 manat 38 qəpik, xx.xx.2023-cü il tarixli 02975735 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 487 manat 52 qəpik, cərimə qismində 48 manat 75 qəpik, xx.xx.2023-cü il tarixli 18043703 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.252 manat 65 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 125 manat 27 qəpik, cəmi 2.644 manat 56 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 03033995 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 9 ay ərzində hissə-hissə ödəmək şərtilə «Xiaomi Redmi 12» markalı mobil telefonu 513 manat 99 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşya xx.xx.2023-cüil tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03505741 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 24 ay ərzində hissə-hissə ödəmək şərtilə «Monreal» markalı yatağı və onun döşəyini 540 manat məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 02975735 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 144 manat ödəmək şərtilə 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «Apple» markalı qol saatını 720 manat məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 18043703 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 15 ay ərzində hissə-hissə ödəmək şərtilə «İphone 14 Pro Max» markalı mobil telefonu 3.568 manat 05 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh İddiaçınə borcu barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hal-hazırda iddiaçıya olan borcu xx.xx.2023cü il tarixli, 03033995 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 197 manat 32 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 19 manat 73 qəpik, xx.xx.2023-cü il tarixli, 03505741 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 423 manat 75 qəpik, cərimə qismində 42 manat 38 qəpik, xx.xx.2023-cü il tarixli, 02975735 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 487 manat 52 qəpik, cərimə qismində 48 manat 75 qəpik, xx.xx.2023-cü il tarixli, 18043703 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.252 manat 65 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 125 manat 27 qəpik, cəmi 2.644 manat 56 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, 03033995 nömrəli müqavilə üzrə 19 manat 73 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, xx.xx.2023-cü il tarixli, 03505741 nömrəli müqavilə üzrə 42 manat 38 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, xx.xx.2023-cü il tarixli, 02975735 nömrəli müqavilə üzrə 48 manat 75 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, xx.xx.2023-cü il tarixli, 18043703 nömrəli müqavilə üzrə 125 manat 27 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, İddiaçı MMC İnnovativ Layihələr mərkəzinə ödənilmiş rüsumun əvəzi qismində 23 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il tarixli 03033995 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 197 manat 32 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 03505741 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 423 manat 75 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 02975735 nömrəli müqavilə üzrə 487 manat 52 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 18043703 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.252 manat 65 qəpik, cərimə qismində 5 manat, cəmi 2.381 manat 24 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 43 manat 81 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli 03033995 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 197 (bir yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik, cərimə qismində 5 (beş) manat, xx.xx.2023-cü il tarixli 03505741 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 423 (dörd yüz iyirmi üç) manat 75 (yetmiş beş) qəpik, cərimə qismində 5 (beş) manat, xx.xx.2023-cü il tarixli 02975735 nömrəli müqavilə üzrə 487 (dörd yüz səksən yeddi) manat 52 (əlli iki) qəpik, cərimə qismində 5 (beş) manat, xx.xx.2023-cü il tarixli 18043703 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.252 (bir min iki yüz əlli iki) manat 65 (altmış beş) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 43 (qırx üç) manat 81 (səksən bir) qəpik, cəmi 2.425 (iki min dörd yüz iyirmi beş) manat 05 (beş) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar