Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4889/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********37289 “X3 12 PRO” markalı telefon, “HUAWEİ WATCH GT 3” CLASSİC SAAT üçün 1097,62 (bir min doxsan yeddi manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 109,38 (yüz doqquz manat otuz səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********65669 “X3 11 PRO” markalı telefon 306,73 (üç yüz altı manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 30,27 (otuz manat iyirmi yeddi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmeı kodu **********49645 “XİAOMİ REDMİ 10A” markalı telefon üçün 81,9 (səksən bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 8,1 (səkkiz manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə 1634 manat borc və 36,34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********37289 “X3 12 PRO” markalı telefon ,”HUAWEİ WATCH GT 3” CLASSİC SAAT, İMEİ KODU **********65669 “X3 11 PRO” markalı telefon, İMEİ KODU **********49645 “XİAOMİ REDMİ 10A” markalı telefon almış və nəticədə 1634 (bir min altı yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1234,98 (bir min iki yüz otuz dörd manat doxsan səkkiz qəpik) manat (18 ay x 68.61 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********37289 “X3 12 PRO” markalı telefon, “HUAWEİ WATCH GT 3” CLASSİC SAAT üçün ümumilikdə,1207 (bir min iki yüz yeddi) manat olmaqla ondan, 1097,62 (bir min doxsan yeddi manat altmış iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 109,38 (yüz doqquz manat otuz səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 995.52 (doqquz yüz doxsan beş manat əlli iki qəpik) manat (18 ay x 51.17 manat + 75 manat ilkin ödəniş) İMEİ KODU **********65669 “X3 11 PRO” markalı telefon üçün ümumilikdə, 337 (üç yüz otuz yeddi) manat olmaqla ondan, 306,73 (üç yüz altı manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30,27 (otuz manat iyirmi yeddi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 443.82 (dörd yüz qırx üç manat səksən iki qəpik) manat (18 ay x 27.04 manat + 39 manat ilkin ödəniş) İMEİ KODU **********49645 “XİAOMİ REDMİ 10A” markalı telefon üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan, 81.9 (səksən bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.1 (səkkiz manat on qəpik) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 1269.97 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1234,98 (bir min iki yüz otuz dörd manat doxsan səkkiz qəpik) manat olan İmei kodu **********37289 “X3 12 PRO” markalı telefon, “HUAWEİ WATCH GT 3” CLASSİC SAAT, dəyəri 995,52 (doqquz yüz doxsan beş manat əlli iki qəpik) manat olan İMEİ KODU **********65669 “X3 11 PRO” markalı telefon, dəyəri 525,72 (beş yüz iyirmi beş manat yetmiş iki qəpik) manat olan İMEİ KODU **********49645 “XİAOMİ REDMİ 10A” markalı telefon dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kodu **********37289 “X3 12 PRO” markalı telefon, “HUAWEİ WATCH GT 3” CLASSİC SAAT üçün hər ay 68,61 manat, İMEİ KODU **********65669 “X3 11 PRO” markalı telefon üçün hər ay 51,14 manat və İMEİ KODU **********49645 “XİAOMİ REDMİ 10A” markalı telefon üçün hər ay 27,04 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 16 iyul 2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********37289 «X3 12 Pro» markalı telefon, «Huawei Watch GT 3» CLASSİC SAAT üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1234,98 manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1097,62 (bir min doxsan yeddi manat altmış iki qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 109,38 (bir yüz doqquz manat otuz səkkiz qəpik) manat cərimə hesablanmış; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ KODU **********65669 “X3 11 PRO” markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 995,52 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 306,73 (üç yüz altı manat yetmiş üç qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 30,27 (otuz manat iyirmi yeddi qəpik) manat cərimə hesablanmış; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********49645 “XİAOMİ REDMİ 10A” markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 525,72 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 81,9 (səksən bir manat doxsan qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 8,1 (səkkiz manat on qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 147,75 (bir yüz qırx yeddi manat yetmiş beş qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 7 (yeddi) manat məbləğində müəyyən edilməlidir Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********37289 «X3 12 Pro» markalı telefon, «Huawei Watch GT 3» CLASSİC SAAT üçün 1097,62 (bir min doxsan yeddi manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, İMEİ KODU **********65669 “X3 11 PRO” markalı telefon üçün 306,73 (üç yüz altı manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, İmei kodu **********49645 “XİAOMİ REDMİ 10A” markalı telefon üçün 81,9 (səksən bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 1493,25 (bir min dörd yüz doxsan üç manat iyirmi beş qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 36,34 (otuz altı manat otuz dörd qəpik) manat dövlət rüsumunun 34,93 (otuz dörd manat doxsan üç qəpik) manatı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********37289 «X3 12 Pro» markalı telefon, «Huawei Watch GT 3» CLASSİC SAAT üçün 1097,62 (bir min doxsan yeddi manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, İMEİ KODU **********65669 “X3 11 PRO” markalı telefon üçün 306,73 (üç yüz altı manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, İmei kodu **********49645 “XİAOMİ REDMİ 10A” markalı telefon üçün 81,9 (səksən bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 1493,25 (bir min dörd yüz doxsan üç manat iyirmi beş qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 34,93 (otuz dörd manat doxsan üç qəpik) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4889/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4889/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver