Məhkəmə qərarları › İş №e-2(125)-4896/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4896/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4896/2024 27.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********76998 OPPO 58 markalı telefon üçün 628.84 (altı yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 62.16 (altmış iki manat on altı qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********38045 Xiaomi Redmi A2+ markalı telefon X3 Mat üçün 260.01 (iki yüz altmış manat bir qəpik) manat ödənilməmiş hissə, 26.99 (iyirmi altı manat doxsan doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Huawei Freebuds 5i Qulaqlıq üçün 181.92 (bir yüz səksən bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 18.08 (on səkkiz manat səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********18662 Samsung Galaxy A13 markalı telefon üçün 113.73 (bir yüz on üç manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 11.27 (on bir manat iyirmi yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 1303 (bir min üç yüz üç) manat borc və 33.03 (otuz üç manat üç qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən İmei kod **********76998 OPPO A58 markalı telefon, İmei kod **********38045 XİAOMİ REDMİ A2+ markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT, HUAWEİ FREEBUDS 5i qulaqlıq, İmei kod **********18662 SAMSUNG GALAXY A13 markalı telefon almış və nəticədə 1303 (min üç yüz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 708.84 (yeddi yüz səkkiz manat səksən dörd qəpik) manat (18 ay x 39.38 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********76998 OPPO A58 markalı telefon üçün 691 (altı yüz doxsan bir) manat olmaqla ondan, 628.84 (altı yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 62.16 (altmış iki manat on altı qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 346.92 (üç yüz qırx altı manat doxsan iki qəpik) manat (12 ay x 28.91 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********38045 XİAOMİ REDMİ A2+ markalı telefon, VİNİL ŞƏFFAF, VİNİL MAT üçün 287 (iki yüz səksən yeddi) manat olmaqla ondan, 260.01 (iki yüz altmış manat bir qəpik) manat ödənilməmiş hissə, 26.99 (iyirmi altı manat doxsan doqquz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 235.08 (iki yüz otuz beş manat səkkiz qəpik) manat (18 ay x 13.06 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS 5i qulaqlıqüçün 200 (iki yüz) manat olmaqla ondan 181.92 (yüz səskən bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 18.08 (on səkkiz manat səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 459.96 (dörd yüz əlli doqquz manat doxsan altı qəpik) manat (12 ay x 38.33 manat + 0 manat ilkin ödəniş) İmei kod **********18662 SAMSUNG GALAXY A13 markalı telefon üçün 125 (yüz iyirmi beş) manat olmaqla ondan 113.73 (yüz on üç manat eytmiş üç qəpik) manat ödənilməmiş hissə, 11.27 (on bir manat iyirmi yeddi qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 566.3 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 708.84 manat olan İmei kod **********76998 OPPO 58 markalı telefon, dəyəri 346.92 manat olan İmei kod **********38045 Xiaomi Redmi A2+ markalı telefon X3 Mat, dəyəri 235.08 manat olan Huawei Freebuds 5i Qulaqlıq və dəyəri 459.96 manat İİmei kod **********18662 Samsung Galaxy A13 markalı telefon dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kod **********76998 OPPO 58 markalı telefon üçün hər ay 39.38 manat, İmei kod **********38045 Xiaomi Redmi A2+ markalı telefon X3 Mat üçün hər ay 28.91 manat, Huawei Freebuds 5i Qulaqlıq üçün hər ay 13.06 manat və İmei kod **********18662 Samsung Galaxy A13 markalı telefon üçün hər ay 38.33 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 11 iyul 2024-cü il tarixli məktubdan görünür ki, cavabdehə borcunu ödəməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. 23 iyul 2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********76998 OPPO 58 markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 708.84 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc 628.84 (altı yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 62.16 (altmış iki manat on altı qəpik) manat cərimə hesablanmış; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********38045 Xiaomi Redmi A2+ markalı telefon X3 Mat üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 346.92 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 260.01 (iki yüz altmış manat bir qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 26.99 (iyirmi altı manat doxsan doqquz qəpik) manat cərimə hesablanmış; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Huawei Freebuds 5i Qulaqlıq üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 235.08 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 181.92 (bir yüz səksən bir manat doxsan iki qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 18.08 (on səkkiz manat səkkiz qəpik) manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********18662 Samsung Galaxy A13 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 459.96 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 113.73 (bir yüz on üç manat yetmiş üç qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 11.27 (on bir manat iyirmi yeddi qəpik) manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 118.5 (bir yüz on səkkiz manat əlli qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 4 (dörd) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kod **********76998 OPPO 58 markalı telefon üçün 628.84 (altı yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, İmei kod **********38045 Xiaomi Redmi A2+ markalı telefon X3 Mat üçün 260.01 (iki yüz altmış manat bir qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, Huawei Freebuds 5i Qulaqlıq üçün 181.92 (bir yüz səksən bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, İmei kod **********18662 Samsung Galaxy A13 markalı telefon üçün 113.73 (bir yüz on üç manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 1189.50 (bir min yüz səksən doqquz manat əlli qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 33.03 (otuz üç manat üç qəpik) manat dövlət rüsumunun 31.89 (otuz bir manat səksən doqquz qəpik) manatı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İmei kod **********76998 OPPO 58 markalı telefon üçün 628.84 (altı yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, İmei kod **********38045 Xiaomi Redmi A2+ markalı telefon X3 Mat üçün 260.01 (iki yüz altmış manat bir qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, Huawei Freebuds 5i Qulaqlıq üçün 181.92 (bir yüz səksən bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, İmei kod **********18662 Samsung Galaxy A13 markalı telefon üçün 113.73 (bir yüz on üç manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 1189.50 (bir min yüz səksən doqquz manat əlli qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 31.89 (otuz bir manat səksən doqquz qəpik) manatı tutulub "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar