Məhkəmə qərarları › İş №e-2(125)-4906/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4906/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4906/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 kompüter üçün 2047.12 (iki min qırx yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 326.88 (üç yüz iyirmi altı manat səksən səkkizqəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod SFWWW3RQP7J İPAD PRO 11 markalı planşet üçün 1029.72 (min iyirmi doqquz manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 307.28 (üç yüz yeddi manat iyirmi səkkiz qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 DUALSENSE CHARGİNG STATİON üçün 988.84 (doqquz yüz səksən səkkiz manat səksən dörd qəp) manat ödənilməmiş hissə, 182.16 (yüz səksən iki manat on altı qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 oyun pultu üçün 863.96 (səkkiz yüz altmış üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 177.04 (yüz yetmiş yeddi manat dörd qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 5923 manat borc və 79.23 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən APPLE MACBOOK AİR 13 kompüter, İmei kod SFWWW3RQP7J İPAD PRO 11 markalı planşet, PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 DUALSENSE CHARGİNG STATİON, LAYSTATİON 5, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 oyun pultu almış və nəticədə 5923 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3359.92 manat (24 ay x 136.58 manat + 82 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter üçün 2374 manat olmaqla ondan, 2047.12 manat ödənilməmiş hissə, 326.88 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2320.02 manat (18 ay x 128.99 manat + 0 manat ilkin ödəniş) olan İmei kod SFWWW3RQP7J İPAD PRO 11 markalı planşet üçün 1337 manat olmaqla ondan, 1029.72 manat ödənilməmiş hissə, 307.28 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1674.06 manat (18 ay x 76.17 manat + 303 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 DUALSENSE CHARGİNG STATİON üçün 1171 manat olmaqla, ondan 988.84 manat ödənilməmiş hissə, 182.16 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1611.96 manat (18 ay x 74.72 manat + 267 manat ilkin ödəniş) PLAYSTATİON 5, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 oyun pultu üçün 1041 manat olmaqla ondan 863.96 manat ödənilməmiş hissə, 177.04 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4036.32 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3359.92 manat (24 ay x 136.58 manat + 82 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2320.02 manat (18 ay x 128.99 manat + 0 manat ilkin ödəniş) olan İmei kod SFWWW3RQP7J İPAD PRO 11 markalı planşet almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1674.06 manat (18 ay x 76.17 manat + 303 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS5 oyun pultu, PS5 DUALSENSE CHARGİNG STATİON almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1611.96 manat (18 ay x 74.72 manat + 267 manat ilkin ödəniş) PLAYSTATİON 5, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 oyun pultu almışdır. Mülki işin materiallarında olan maliyyə arayığından müəyyən edilir ki, sözügedən müqavilələr üzrə cavabdehin "xxxx" MMC-yə cəmi 5923 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmədə iştirak etmiş və borcu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdeh ABC TELECOM” MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqavilələri üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 79.23 (yetmiş doqquz) manat 23 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2047.12 (iki min qırx yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 326.88 (üç yüz iyirmi altı manat səksən səkkizqəpik) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1029.72 (min iyirmi doqquz manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 307.28 (üç yüz yeddi manat iyirmi səkkiz qəpik) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 988.84 (doqquz yüz səksən səkkiz manat səksən dörd qəp) manat ödənilməmiş hissə, 182.16 (yüz səksən iki manat on altı qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 863.96 (səkkiz yüz altmış üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 177.04 (yüz yetmiş yeddi manat dörd qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 5923 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79.23 (yetmiş doqquz) manat 23 qəpik məbləğində pul Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2047.12 (iki min qırx yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 326.88 (üç yüz iyirmi altı manat səksən səkkizqəpik) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1029.72 (min iyirmi doqquz manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 307.28 (üç yüz yeddi manat iyirmi səkkiz qəpik) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 988.84 (doqquz yüz səksən səkkiz manat səksən dörd qəp) manat ödənilməmiş hissə, 182.16 (yüz səksən iki manat on altı qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 863.96 (səkkiz yüz altmış üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 177.04 (yüz yetmiş yeddi manat dörd qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 5923 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79.23 (yetmiş doqquz) manat 23 qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar