Məhkəmə qərarları › İş №e-2(125)-491/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-491/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-491/2025 17.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER , İmei kod **********03293 SAMSUNG GALAXY A54 markalı telefon üçün 1293.67 manat ödənilməmiş hissə, 129.33 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********58447 SAMSUNG GALAXY A14 markalı telefon üçün 182.34 manat ödənilməmiş hissə, 18.66 manat cərimə ümumilikdə 1624 manat borc və 36,24 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən SAMSUNG CHARGER , İmei kod **********03293 SAMSUNG GALAXY A54 markalı və İmei kod **********58447 SAMSUNG GALAXY A14 markalı telefonlar almış və nəticədə 1624 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1471.14 manat (18 ay x 81.73 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER , İmei kod **********03293 SAMSUNG GALAXY A54 markalı telefonüçün ümumilikdə, 1423 manat olmaqla ondan, 1293.67 manat ödənilməmiş hissə, güzəşt olunaraq 129.33 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 597.96 manat (18 ay x 33.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********58447 SAMSUNG GALAXYA14 markalı telefon üçün ümumilikdə, 201 manat olmaqla ondan, 182.34 manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.66 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 593.09 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, "xxxx" MMC ilə bağlamış olduğu xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranan borc tələbi hissədə iddianı mübahisələndirmir, ancaq xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, (A54 markalı telefon üçün) ondan tələb edilən borcun məbləğini mübahisələndirir və bildirir ki, həmin müqavilə üzrə borcundan 440 manat ödəmişdir. Məhkəmənin sonuncu iclasına Cavabdeh gəlməmişditr. Məhkəmənin sonuncu iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirak etmiş, təmsil etdiyi cavabdehdən hər iki müqavilə üzrə iddia edilən borcun doğru olduğunu və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh həmin müqaviləyə əsasən, "xxxx" MMC-dən nisyə qaydada A54 markalı telefon almış və həmin mala görə xx.xx.2025-ci il tarixədək cəmi 1471,05 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh həmin müqaviləyə əsasən, "xxxx" MMC-dən nisyə qaydada A14 markalı telefon almış və həmin mala görə 15.11. 2024-cü il tarixədək cəmi 597,91 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayığından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehin "xxxx" MMC-yə cəmi 1293,67 manat əsas və 129,33 manat məbləğində faiz borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 182,34 manat əsas və 18,66 manat məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdeh ABC TELECOM” MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqavilələri üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 36,24 (otuz altı) manat 24 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER , İmei kod **********03293 SAMSUNG GALAXY A54 markalı telefon üçün 1293.67 manat ödənilməmiş hissə, 129.33 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********58447 SAMSUNG GALAXY A14 markalı telefon üçün 182.34 manat ödənilməmiş hissə, 18.66 manat cərimə ümumilikdə 1624 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,24 (otuz altı) manat 24 qəpik məbləğində pul Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1293,67 (bir min iki yüz doxsan üç) manat 67 qəpik əsas borc və 129,33 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 182,34 (yüz səksən iki) manat 34 qəpik əsas borc və 18,66 manat dəbbə pulu olmaqla, ümumilikdə 1624 (bir min altı yüz iyirmi dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,24 (otuz altı) manat 24 qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar